Ülkər Mehdiyevanın tərcümələri
Stanislav Grof
Bəzi istisnalar xaric, Mayalıların kosmik dövrün sonu haqqında fərziyyələri bəşəriyyətin və material dünyanın faktiki məhvi kimi təhrif olunmuşdur.
Bu, Amerikan xristianları başda olmaqla xristian fundamentalistlərinin “apokolips” terminini yalnış anlamaqlarına bənzəyir. Onlar inanırdılar ki, baş verəcək qlobal məhv zamanı onlar öz varoluşlarını itirəcək və ruhları İsa peyğəmbərə qovuşacaq.
“Apokolips” termininin həqiqi və ədəbi mənası “məhv olmaq” yox, “pərdələri qaldırmaq” və “aşkara çıxarmaq” dır. Yəni bu bütün insanlara bəlli olmayan, yalnız seçilmişlərin anlaya biləcəyi sirlərin aşkara çıxarılmasına istinad edir.
Şüurun qeyri-adi hallarına dəlalət edən araşdırmama əsasən mən Maya fərziyyələrinin daha ilkin, optimist variantı, kökünə inanıram. Material dünyanın fiziki məhvini xəbər vermək əvəzinə, Maya təqvimi bəşəriyyətin kütləvi ruhi transformasiyasının mümkünlüyünə əsaslanırdı- dünyanın sonu acgözlük, xəsislik və qarşısıalınmaz zorakılıq tərəfindən idarə olunur.
Mayalılar təbii ki uğurlu astronomlar idilər. 2 000 ildən daha əvvəl onlar qışda gecə ilə gündüz bərabərliyi zamanı günəşin mövqeyinin qalaktik ox ilə düz xətt boyu istiqamətini dəyişdiyini anlamışdılar.Bu hərərkət Yer kürəsinin az da olsa öz oxundan çıxması nəticəsində əmələ gəlmişdir. Mayalılar belə nəticəyə gəlmişdilər ki, kosmik sahənin əsas dəyişikliyi yalnız hər 25. 800 ildən bir, günəş və ya qalaktik bərabərləşmə zamanı baş verir.
Amma mürəkkəb astronomik müşahidələrdən əlavə, qədim Mayalılar həmçinin öz daxili dünyalarının həvəskar tədqiqatçıları idilər. Əlimizdə kifayət qədər şəkil sübutları var ki, onlar bu məqsəd üçün Lophophora Williamsii nin kaktusu, Psilocybe göbələkləri, Salvia divinorumu, zənçiçəyi toxumları, yabanı tütün, balche( bal və longistylus ağacından düzəldilmiş turş içki), Bufo marinus qurbağasının dəri sekresiyaları daxil bir sıra “müqəddəslərin texnologiyaları” ndan istifadə etmişlər.
Son 50 ildir ki, mən müasir insan ağlını və onun bərpa potensialını tədqiq etmək üçün “müqəddəslərin texnologiyaları” nı istifadə etmişəm. Mənim vəziyyətimdə bu, xəyal görən insanlarla, eıəcə də bir çox sahələr və nəfəs təlimi proqramları ilə təcrübi tədqiqat idi. Qoruyucu mühitdə və məsuliyyətli nəzarət altında ayrı-ayrı fərdlər bu üsulları şüurun faydalı, eyni zamanda məlumatlandırıcı və ötürücü vəziyyətlərini sınamaq üçün istifadə edə bilərlər. Mən bu vəziyyətləri bizə tərəf bütünlüklə hərərkət edən mənasına gələn –holotropik adlandırıram.
Şüurun holotropik hallarında ayrı-ayrı şəxslər kainat haqqında əhəmiyyətli, onların gündəlik təxəyyül çərçivələrini aşan kəşflər edə bilərlər. Və adətən belə vəziyyətlərdə, fərdlər daxili təcrübə və xarici həyat arasındakı önəmli əlaqəni dərk edə bilərlər.
Baxmayaraq ki, müasir, inkişaf etmiş şüur bu ideyanı təkzib edir, kainatın hər şeyin biri-birilə sıx əlaqədə olduğu və insan ağlının kainatı əks etdirən kiçik bir varlıq olduğu fiziki bütöv kimi dərki daxili düşündürücü təcrübənin səciyyəvi xüsusiyyətidir. Beləliklə Mayalılar belə holotropik hallarda daxili təcrübələri, dünyəvi hadisələr və göy cisimləri hərəkəti arasındakı məntiqi əlaqəni göz önünə gətirdilər.
Apardığım tədqiqat nəticəsində diqqətimi çəkən daha bir məsələ odur ki, holotropik hallara daxil olan fərdlər əhəmiyyətli bir çevrilmə yaşayırlar-mənəvi-psixoloji “ölüm” və “yenidən doğulma” prosesi. Bu proses sözün əsl mənasında onların əvvəllər gizli qalmış mənəvi təbiətinin üzərindən pərdəni götürən “apokoliptik” ola bilər.
Və hələ fərdlər bu pərdəni qaldırma və ya aşkara çıxma üçün əvvəl öz öncəki şəxsiyyətlərini tərk etməlidirlər. Və bu “ölüm” böyük məhvolma qorxusu, mövcud problemlərlə uzunsürən mübarizə oyada bilər. Belə bir dəlil göstərərək bunu qeyd etmədən fikrimi yekunlaşdıra bilmərəm ki, bizim tipimizdəki insanların davranışları daxili çevrilmə qorxusunun düşüncəsiz əksidir.
Hazırki hadisələrə nəzər salsaq, kimsə deyə bilər ki, dünya məhvə doğru gedir.Və Maya kahinləri bu haqda məlumat verməsəydilər belə, biz bütün bəşər tarixində tayı-bərabəri görülməmiş heyrətli rəqabətə cəlb olunmuşuq. Yəni əslində qarşıya qoyulan mühüm məsələ bəşəriyyətin gələcəyi və planetimizin həyatıdır.
Birgə işlədiyim insanların çoxunun holotropik baxışlarında insanlığın yolayrıcında durmasını- görülməmiş təbiət və ölçü idrakında kollektiv məhv və ya təkamül partlamasını müşahidə etmişəm. Filosof-şair Terence McKenna bunu çox konkret şəkildə belə ifadə etmişdir: “ Səfeh meymunun tarixi bitmişdir. İstər bu yolla olsun, istər bir başqa cür.” Biz gərək bəşəriyyətin köklü çevrilişinə davam gətirək, əks təqdirdə məhv olacayıq.
Üzləşdiyimiz böhranın son nəticəsi qeyri-müəəyyən və qətiyyətsizdir. O, öz yerini pessimist və ya optimist çevrilmələrə verir və onalrın hər biri mövcud məlumat tərəfindən dəstəklənir. Əgər biz nəticələri ziyanlı və dağıdıcı olan köhnə strategiyalarla davam etsək, müasir sivilizasiya çətin ki tab gətirsin.Buna baxmayaraq, əgər yetərincə insan əsaslı daxili çevrilmə prosesinə dözə bilirsə, biz tipimizə-homo sapiensə verilmiş fəxrli ada layiq olacağımız idrak dərəcə və səviyyəsinə çata bilər və keçmişdəki ilə çox az bənzərliyi olan yeni bir dünyada yaşaya bilərik.
Tərcümə etdi: Ülkər Mehdiyeva

Комментариев нет:
Отправить комментарий