28.11.2012

London yəhudilərini Hitlerlə hədələdilər

JewishWest Hamın azarkeşləri: “Cühudlar, Hitler ardınızca gəlir!”

QafqAzNews “Kommersant Ukraina” qəzetinə istinadən xəbər verir ki, futbol üzrə İngiltərə çempionatında “West Ham” və “Tottenham” klubları arasında keçirilmiş görüş qalmaqalla başa çatıb. Belə ki, Londonun yəhudi icmasıyla sıx bağllığı olan tottenhamlılar oyun boyu qarşı tərəfin anti-yəhudi şüarlarına məruz qalıblar. “Adolf Hitler ardınızca gəlir!” şüarını səsləndirən West Hamın azarkeşləri və polis arasında qarşıdurma baş verib. Nəticədə azarkeşlərdən 5 nəfəri həbs olunub. Onların birindən illik abunə bileti müsadirə olunub. Digərləri barəsində isə istintaq işi aparılır.
Xatırladaq ki, “Tottenham”ın ev stadionu “White Hart Lane” yəhudilərin cəm yaşadıgı “Stok-Nyuinqton” məhəlləsində yerləşdiyindən, bu klub həmişə yəhudilər tərəfindən dəstəklənilir. Bu səbəbdən ingilis azarkeşlər “Tottenham”i “Yid Army” (“Cühudlar ordusu”) adlandırırlar.

Комментариев нет:

Отправить комментарий