Noyabrın 22-də Yeni Azərbaycan Partiyası sədrinin müavini, saxta deputat Əli Əhmədov "Media forum” saytına açıqlamasında deyib ki, yeni yaradılan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi haqda geniş məlumatı yoxdur. Bununla belə, Əli Əhmədov ölkədə etnik zəmində fəaliyyət göstərəcək təşkilatlara ehtiyac olmadığı vurğulayıb və hər hansı belə təşəbbüsü "separatçı meyilli" adlandırmışdır. Buna səbəb kimi o göstərmişdir ki, güya "Azərbaycan demokratik bir cəmiyyət olduğundan burada hər hansı separatçı meylin olması bütövlükdə Azərbaycanın qanunlarına, ölkənin bütövlüyünə, maraqlarına hörmətsizlikdir". Əli Əhmədovun üzərində mühakimələri qurduğu "demokratik Azərbaycan" ifadəsi nə qədər boğazdan yuxarı və yalandırsa, yeni yaradılan təşkilata YAP-ın mahiyyətinə uyğun vurulan "separatçı" damğası da o qədər böhtan və iftiradır.
İlk baxışdan bu müştəbehlik kimi görünə bilər. Amma Əli Əhmədovun sonrakı fikirləri belə münasibətin Əli Əhmədovun simasında YAP-ın pərdələnmiş irticacı mahiyyətini ortaya qoyur.
Əli Əhmədov: "Azərbaycanda etnik prinsiplər, amillər əsasında hansısa birliyin yaranması üçün heç bir əsas yoxdur"- deyir və buna əsas kimi: "Dövlətimiz bütün vətəndaşların maraqlarını bərabər şəkildə qorumasını" - göstərir. Görəsən Əli Əhmədov danışdığı nağıllara özü inanırmı? Məgər YAP idarəçiliyinin özülünü separatizmin klançıliq, regionçuluq, traybalizim kimi formaları təşkil etmirmi? Elə isə nədən ölkənin əksər rayonlarının icra başçıları, polis rəisləri, prokurorları Əli Əhmədovun kəndçilərindən təşkil olunmalıdır? Biz hələ nazir oliqarxları, saxta Milli Məclisin saxta deputatlarını demirik. Nədən büsbütün talışların yaşadığı ərazidə, bir kəlmə belə talış dilində bilməyən Əli Əhmədovun kəndçisi Ziyafət Əsgərov dalbadal deputat təyin olunmalıdır? Budurmu Heyder Əliyevin "demokratik Azərbaycan" standartı? Bunun bu gün bir adı varsa, o da mövcüd avtoritar rejimin yalançı "etnik separatizm" vay-şüvənlərlə, məhz süni surətdə cəmiyyətin parçalanmış obrazını yaratmaqla Azərbaycanı işğalda olan ərazi kimi idarə etməsidir.
Birləşmək hüququ hər bir insan birliyinin təbii haqqıdır. Bu hüququn təbiliyi onun Allah tərəfindən verilməsini ehtiva edir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində də ifadə olunub. Əli Əhmədov kimilərə bir daha sözü gedən maddənin mətnini xatırlatmaq yerinə düşür:
"I. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır.
II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.
III. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər".
Əgər Əli Əhmədov hesab edirsə ki, bu norma ölkənin köklü xalqlarına şamil edilə bilməz, onda zəhmət çəksin bir özündən referendum düzəltsin və bu normanı Konstitusiyadan çıxartsın.
talish.org

Комментариев нет:
Отправить комментарий