27.11.2012

İsrail ordusunun məxfi sənədləri ortaya çıxdı

İsrail Qəzzə əməliyyatları zamanı "İslami Cihad" hərəkatının hakerləri tərəfindən israilli zabitlərə təhlükəli SMS ismarıçları göndərildiyini təsdiqləyib.
"Yaxa.org"un "Yeni Şərq"ə istinadən verdiyi məlumata görə, İsrail KİV-ləri bildirirlər ki, ölkənin silahlı qüvvələri (TSAHAL) Qəzzədə həyata keçirdiyi son hərbi əməliyyatlar zamanı "İslami Cihad" müqavimət hərəkatının İT mütəxəssisləri tərəfindən israilli hərbiçilərə təhlükəli SMS ismarıçları göndərdiyi faktını təqdiqləyib.
Dünən bir sıra Fələstin KİV-lərinin İsrail silahlı qüvvələrinə aid 7 məxfi sənəd əldə etməsi məlum olub. Sənədlərdə İsrailin 100-dən çox hərbiçisi haqda şəxsi məlumatlar da yer alıb. "İslami Cihad" hərəkatı kəşfiyyat bölməsinin xüsusi əməliyyatı nəticəsində 2012-ci ilə aid "ən yeni məlumatlar" əldə etməyə müvəffəq olduğunu bəyan edib.
Ekspertlər olayı İsrail silahlı qüvvələrinin son əməliyyatlarda düçar olduğu növbəti uğursuzluq kimi dəyərləndiriblər.
Xatırladaq ki, Qəzzə əməliyyatındakı uğursuzluqdan sonra, dünən İsrailin müdafiə naziri Ehud Barak tutduğu vəzifədən istefa verdiyini və siyasətdən getdiyini bildirib.

Комментариев нет:

Отправить комментарий