Elnur Nəhmətov
Faiq Balabəylinin “Lənətlənmiş həyat” povestini iki dəfə oxumağa cəhd etmişdim. Hər dəfə də bir əmma çıxmışdı; işin çoxluğundan problemlərlə dolu həyatımızda əsər oxumağa vaxt qalıb ki...
Kaş oxumayaydım. Mənə elə gəlir ki, əsər ürəyi zəif olan insanları, sözün əsl mənasında, məhv edə bilər. Ürək parçalayan mənzərələr, reallığı əks etdirən səhnələr insanı çox təsirləndirir.
Həyatın mənasını namusla yaşamaqda görən baş qəhrəman namussuz insanların şikarına çevrilir.
Qızının adını Xoşbəxt qoysa da, onu xoşbəxt edə bilməyən ata vicdansız, əclaf insanlardan ardıcıl olaraq zərbələr alır.Bu alın yazısı deyil, bu yaramaz hakim orqanların bu xalqın vətəndaşlarına olan münasibətidir.
Məmmədin daxili aləmi, körpə övladına olan münasibəti ,başına gətirilən haqsızlıqlar ürək yıxır,ürək parçalayır. Bulud kimi dolur ürək. Əsərdən “can qurtarmaq” istəyirsən. Əsərin finalında gözlərdən süzülən yaş “kişi ağlamaz” fikrini tamamilə məhv edir. Ağlamamaq mümkün deyil.
Realist nəsrin ən yaxşı nümunəsi sayıla biləcək bu əsərdə jarqonlardan, varvarizmlərdən, ümumiyyətlə, nəsrin tələblərinə uyğun ola biləcək hər bir detal öz əksini tapıb. Süjet xətti haqqında da heç bir irad ola bilməz. Lakin vulqar söz və ifadələr əsərdə olmasaydı, daha yaxşı olardı.
Azərbaycanlılar “Bu zalım dünyada doğulma” adlı hind serialına baxdı. Bu zalım dünyada doğulan elə bizlərik, bundan qaçmaq mümkün deyil. Əsəri oxumağı hər bir şəxsə tövsiyə edir, həyatda ehtiyatlı olmağa səsləyirəm.
Müəllifə isə yaradıcılıq uğurları arzulayıram.

Комментариев нет:
Отправить комментарий