29.11.2012

Azər Adıgözəlzadə: "Bəxtəvərlikdən danışırsız lap"

Azər Adıgözəlzadə “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Bəni-Adəm.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Azər.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Kimlərinsə unutduğu adam.

- Dost…
- Bu məfhum mənimçün böyük əhəmiyyət kəsb edir.

- İlk sevginiz?
- Daşa dəydi.


-Əsas ixtisasınız?
- Filoloq.

- İstifadə etdiyiniz nəqliyyat növü?
-Gediş haqqı 20 qəpiyə nə varsa, hamısından.

- Sevdiyiniz maşın markası?
- Range Rover.

- Sevdiyiniz brend?
- Swatch.

- Sevdiyiniz saç düzümü?
- Fərq etməz, əsas odur adama oxşayasan.

- Sevdiyiniz rəng?
- Mavi, yaşıl, qara.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Qədimliyini qoruyub saxlayan bütün ölkə və şəhərləri bəyənirəm.

- Sevdiyiniz yemək?
- Qışda Bozbaş, yayda isə
lobya çıxırtması.

- Ən çox istifadə etdiyiniz söz?
- Gözlə!

- Leksikologiyanıza yad olan söz?
- Çirkin.

- Sizi nə həyacanlandıra bilər?
- Sevdiklərimi ağlayan görmək.

- Ən çox sevdiyiniz kitab?
- Ən çox cümlələri, misraları sevirəm.

- Ən çox sevdiyiniz yazar?
- ) İ. S. Turgenevi oxuyanda çox təsirlənirəm.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Kıraç.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Lirik musiqilər.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəxtəvərlikdən danışırsız lap.

- Mənfi xüsusiyyətiniz?
- “N” qədər..

- İdeal insan necə olmalıdır?
- Həzrət Əli kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Bu, həyata keçməyən köhnə arzularımdan biridir.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Qeyri-etik davranış.

- Həyat fəlsəfənizi ifadə edin.
- Kim ola bilmirsənsə də, heç olmasa, nəsə ol bu həyatda!

- Siz xoşbəxtsinizmi?
- Şükür. Ayda təxminən 3-4 dəfə oluram..
.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Bədbəxtliyin bir neçə düsturu var.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Ona sonda baxarıq.

- Ölüm niyə ölmür?
- Hamını öldürəndən sonra o da öləcək.

- Dinlərə münasibətiniz?
- Hər kəs müsəlman olaraq doğulur.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Zalımlardan və zülmdən.

- Falçıya inanırsızmı?
- Heç vaxt müraciət etməmişəm.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Ən yaxşısı daş atmamaqdı.

- Sevinciniz nə qədərdir?
-  Mənim sevincim kədərimə əsir düşüb.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Sadəliyinə.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Söz tapa bilməyəndə gücü bağlayıcılara verirəm.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Çayda körpü salmaq.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Təbəssümü.

- Mənə sualınız.
- Necə yaşayırsız?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий