Sədaqət Əliqızı
“Küçə
uşaqları” elə sevirlər ,
ki
daş divarları,
Onlar
belə sevmirlər canlı adamları,
Həta doğmalarını.
Yuxularına
gəlsə belə
tanımazlar onları.
Çünki
hər gecə bu
daş divarlaradır sığınacaqları.
İsidir
hər axşam daş divarları
kiçik bədənləri.
Gecənin qaranlığı
Gecənin qaranlığı
,Gözlərinin yaşı
axır ürəklərinə,
damla- damla, gilə, gilə.
Daşlaşır
beləcə kiçik qəlbləri
İlahi...
Acı
siqareti hər şeydən
tez
Dadarlar.
Görəsən
bu dadda ,
Nəyi axtararlar ?
Ehtiyac
şərik çıxar ömürlərinə ,
Kölgə
salar məsum zlərinə.
Hər
şeydən çox nəyi
istəyərlər?
Düşünsənə.
Çox
şey yox ,bir tikə
çörək ,
Bir
sevgi dolu ürək,
arzulayarlar.
Arzuları
yollar boyu
tökülüb
qalar.
Axın-axın insanların ,
ayağı altda
tapdalanar,
Itib-batar
özləri kimi.
Kormuş
bu dünyanın
Gözləri sanki, Ilahi...
QORXULU YUXU
Yıxılmış
köklü bir ağac,
Tapdanmış budaqları.
Andırır
bir elin,
elatın yoxluğunu
.
Bir
yolçunun nəfəsinin
təngidiyni,
Gücünün
tükəndiyini.
Suyu
qurumuş arxın
ürəksıxan boşluğu.
Xatırladır
mənə insanların gözündə
Sonuncu
ümüdün xarabalığnı.
Dayandığım
yer sonuncu
_
Uçurum
Baxdıqca
gözüm qaralır.
_Boşluq
Sonsuz
uzanır
_Bu
yuxu
Qorxulu
yuxuların ən qorxulusu.
VİDA NƏĞMƏSİ
Dayanıb
önündə dedim sevmirəm
Sən
xoşbəxt ol deyə yalan deyirəm
Budur otağımda
tənha kimsəsiz
Sevgin
ürəyimdə ölüb gedirəm.
Bir
gün çıxararsan məni yadından
Olarsan
sən xoşbəxt bax hamı kimi
Sevərsən
yenidən ilk günkü təki
Bütün bu
olanlar olmamış sanki
Ruhm
göylərdən hey boylanacaq.
Bu həsrət
ayrılıq onu sıxacaq.
Gözümdən
süzzülən gözünün yaşı,
Yağış
tək üzərinə göydən yağacaq.
Səninçin hər zaman mən nigaranam
O sənsiz
dünyamdan sənə baxıram
Görsəm
bu dünyada sən bəxtəvərsən
O
zaman əbədi yoxa çıxaram
SONUNA QƏDƏR
Bu şəhərin canı
sıxıla – sıxıla içinə sığdırıb hər
kəsi .
Ümüdü üzülənləri , taleindən küsənləri ,
özünə künc gəzənləri
,
Bir badəlik
sevgiləri , mənəm – mənəm deyənləri
,
qoluzorlu
kəsləri ,
Zəifləri əzilənləri , daha kimləri , kimləri .
Bu qədər
geniş bu şəhərin daş
“ qəlbi”
Gühahlar içində
çırpınan gecələri ,
gizllətməyə çalışır
içindəki ,İyrənclikləri ,
ləkələnən şərəfləri , qırılan qürurları .
Hər kəsin
can atdığı bu şəhər
,
iradələri
sınağa çəkəcək sonuns
qədər.
Комментариев нет:
Отправить комментарий