23.11.2012

Tapmaca. Açması?

Günel Eyvazlı

Yayılmış xəmir,
Əyilmiş dəmir.
El qabağında
Barmağın əmir (???)

Rəngi bozarır,
Bəzən qızarır.
Dünyada onun
Sayı azalır. (???)

Əlini öpür,
Üzünə tüpür.
Sözü cibində
Evinə ötür. (???)


Başında işıq,
Yaşıl sarmaşıq.
Ucuz satılıb,
Baha almışıq. (???)

Amandı dəymə,
Dik durub əymə.
Ürəyində söy,
Üzünə söymə. (???)

Oğru əl salır,
Eşıb çıxarır.
Tükənən zaman,
Əl-əl axtarır. (???)

Dedim vurdular,
Gözün ovdular
Ələ götürüb,
Dilin sağdılar. (???)

Doğuldu kişi,
Gülüncdür işi.
Mental dəyərə,
Satılmış dişi. (???)

Əlimdə qələm,
Həyatım ələm.
Yerə düşmədim,
Hələ göydəyəm. (???)

Комментариев нет:

Отправить комментарий