Şeir həm hər şeydi, həm də hər şey deyil
Hər şey ondan başladı ki, mən Xuraman Hüseynzadənin Fasebook-dakı şeirlərini oxumaq həvəsinə düşdüm. Bu sosial şəbəkədə şəkillərini tez-tez dəyişən Xuraman pərəstişkarlarının və həmkarlarının gözünə daha gözəl, daha yaraşıqlı görünmək istəyir. Bunu şəkillər arasındakı fərqli görüntülərdən də sezmək mümkündür. Təbəssüm və kədərli baxışlar... Xuraman öz görkəmiylə şeirlərindəki təzadlardan daha güclü obraz yaradır. Astroloqların belə bir fikri var ki, insanın uğuru onu himayə edən bürcdən asılıdır və həyatda hər kəsin bir himayədar bürcü var. İnsan hansı bürc altında doğulubsa, həmin bürcün hakimiyyəti dövründə il ərzində yığılıb qalmış problemlərinin çoxu həll olunur. Ona diqqət də artır.
Mənim Xuramanın yaradıcılığına marağım da onun doğulduğu Tərəzi bürcünün hakim olduğu oktyabrda yarandı. Pəncərədən oktyabrın on birinə - doğum günün ab-havasına baxan Xuramanın hüznlü düşüncələri küçələrdə harasa tələsən yarıyuxulu insanların üzündəki payıza bələnib. Bu, Xuramanın öz fikridi, sayta da verib və dostları ilə paylaşıb: “Hər ilin bu günü səhəri bax beləcə, günəşlə birgə açır, insanların ətrafında, amma tənhalıqla baş-başa günə “əlvida” deyirəm... Heç nəyə əlim yatmaz bu gün. Ağacdan bir yarpaq düşərsə, gözümdən düşən damla hesab edərəm, külək əsərsə, başımın üstündən gəlib keçən qovğalar sanaram, şəhər dumana bürünərsə, ünvansız bir kədər boğar məni. Hər ilin bu günü dönüb sonbahar olaram...” Xuraman doğum gününda niyə bu qədər kədərli və sirayətedici fikirləri qələmə alır? Tərəzi bürcü temperament və erudisiya bürcüdür. Tərəzilərdə həm də təfəkkür zənginliyi var və çox vaxt bütün istəklərinə nail olurlar. Sevgi hissləri də ki, aşıb-daşır... Bəlkə astroloqlar yanılırlar?
Mənim Xuramanın yaradıcılığına marağım da onun doğulduğu Tərəzi bürcünün hakim olduğu oktyabrda yarandı. Pəncərədən oktyabrın on birinə - doğum günün ab-havasına baxan Xuramanın hüznlü düşüncələri küçələrdə harasa tələsən yarıyuxulu insanların üzündəki payıza bələnib. Bu, Xuramanın öz fikridi, sayta da verib və dostları ilə paylaşıb: “Hər ilin bu günü səhəri bax beləcə, günəşlə birgə açır, insanların ətrafında, amma tənhalıqla baş-başa günə “əlvida” deyirəm... Heç nəyə əlim yatmaz bu gün. Ağacdan bir yarpaq düşərsə, gözümdən düşən damla hesab edərəm, külək əsərsə, başımın üstündən gəlib keçən qovğalar sanaram, şəhər dumana bürünərsə, ünvansız bir kədər boğar məni. Hər ilin bu günü dönüb sonbahar olaram...” Xuraman doğum gününda niyə bu qədər kədərli və sirayətedici fikirləri qələmə alır? Tərəzi bürcü temperament və erudisiya bürcüdür. Tərəzilərdə həm də təfəkkür zənginliyi var və çox vaxt bütün istəklərinə nail olurlar. Sevgi hissləri də ki, aşıb-daşır... Bəlkə astroloqlar yanılırlar?
Xuraman deyir, mən heç böyümədim ki! Məntiqlə, bu qənaətə gəlmək elə böyüməkdir. Bəs gözəl bir şeirin gözəl bir misrası olan bu fikrin poetik tutumu nə deyir? Xuraman Hüseynzadə çağdaş Azərbaycan qadın şairləri içərisində emosional-intellektual poeziyanın yaradıcısıdır. Onun şeirlərinin təfəkkür qaynağı publisistikadır. Siyasi və ədəbi məqalələri Xuraman Hüseynzadənin özünü və sözünü o qədər müdrikləşdirib ki, bu böyüklük artıq onun poeziyasında daha bariz şəkildə görünür. Artıq sözdən qaçmaq, mətndaxili semantikaya üstünlük vermək, güclü təzadlar yaratmaq, hər şeirə sərrast və tutumlu poetik yekun vurmaq – Xuraman Hüseynzadə şeirlərinin sənətkarlıq yüküdür.
Qorxuram
boğazımda ilişib qalan
kəndirə
azad ruhumu etibar etməyə...
Azadlıq ideyası Xuraman Hüseynzadə yaradıcılığında çoxşaxəlidir: milli azadlıq, vicdan azadlığı, fikri azadlıq, insan azadlığı və nəhayət qadın azadlığı! Mentalitetik tabuları və buxovları qırmaq qadın üçün yaşadığı cəmiyyətdən təcrid olunmaq qədər təhlükəlidir. Qadın – Ana insanlığın yaradıcısıdır, lakin onun azadlığının hüdudları var:
Bir az qorxu olsun gözlərində
təbəssümə de,
üzündən uzaq dursun
əllərin öyrəşsin
tez-tez kədərli gözlərinin
yaşını silməyə
ağır ol
fağır ol
evin küncündə süpürgəyə
dönməyi öyrən,
azadlıq dediyini
özün süpürməlisən
həyatından
anam
bacım
unutma
bizdə azad qadın ya heykəl olur,
ya da fahişə...
Ağrılı və ağrılı olduğu qədər tragik bir mənzərədir. Ürəyi dolanda buludlarla dərdləşən balaca Xuraman böyüyəndə görəcək ki, elə sirdaşı da, ilk oxucusu da “çəməndi, çiçəkdi, ağacdı, otdu”. Sanki poetik hisslərini bölüşməyə adam tapmır. Xuraman doqquzuncu sinifdə oxuyanda bu reallığı dərk edib və indi də oxşar hisslərin qucağında yaşayır:
Sənin şeirlərini oxumaq nə gözəldi
ürəyini oxumaqsa çətin...
alnında qara yazısı var
kor taleyin, nakam məhəbbətin...
Sevdiyi adamın poetik zənginliyi içərisində yetimliyini, kasıblığını görməyən şairə onu şeirləri qədər sevir. Lakin bu, bir qara sevdadır ağ rəngi sevənlər üçün... Sonu kədərli şeirin bu misraları isə nəyə desən dəyər:
Canım mənim, bircə bunu bilmirsən
şeir həm hər şeydi
həm də hər şey deyil
çoxuna gərəkdi
lap çoxuna gərək deyil...
Şeir həyatdı
sevgidi
amma çörək deyil...
Xuraman Hüseynzadənin şeirlərindəki aforistik misralar o qədər sadə və güclüdür ki, onları xırdalamağa, təhlil etməyə ehtiyac duymursan. Xuraman Hüseynzadənin sözlə yaratdığı poetik lövhələr də canlı və təsirlidir: “Taleyin ədalətsiz hökmü oxunsun... gözlərimizdən...” Yaxud: “Aramızda elektron uçurum var, sən gedəli nə adıma toz qondurdum, nə klavyeyə...” Şeirlərində Xuramanın tənhalığı da hiss olunur. Bilmirəm, psixologiya termini kimi tənha və tək sözlərinin tutum fərqi var, yoxsa yox? Mənə elə gəlir ki, tənhalıq və təklik ayrı-ayrı psixoloji durumlardır. Bu halları birləşdirən psixoloji durum isə özünəqapılmadır. Xuraman iddia edir ki, o tez-tez özünə qapılır. Belə də yazır: “Mənə irad tuturlar ki, çox özünə qapanırsan. Haqlıdırlar. Bu həyatda özümdən başqa kim var ki, ruhumu ona etibar edim? Təklik gözəldir. Qarşında monitor, yaxud kitab olduğu halda... Təklik yaradıcılıq üçün bəhanədir. Tək olanda özüm oluram, düşüncələr olur, bir də... arada uşaqlıq illərim oyun oynayır mənimlə”. Əslində Xuraman tək deyil, elə Facebook-da da barmaqları çox işləyən həmkarlarımdan biridir. Dostları da çoxdu, sevənləri də. Kimsəyə etibar etmədiyi ruhu çoxlarına yaxındır. Onun “Bu otaq” şeirində təsvir etdiyi ədəbi qəhrəman isə həqiqətən psixoloji durumuna görə tənha və təkdir. Şeir o qədər xoşuma gəldi ki, onu burada tam vermək qərarına gəldim:
Bu otaq
bu otağın divarı
gözlərindən nəm çəkib
sən siqaret çəkəndə
sənə baxıb qəm çəkib,
otağını toz basıb
güldanında gül solub
tora saldığın qızlar
dönüb hörümçək olub
belə getsə bu tənha
otaq udacaq səni
qadın qucağı boyda
yataq udacaq səni
paltarların çirklənib
kitabların saralıb
bir otağa sığırsan-
dünyan necə daralıb?!
bu otaq-doğum evin
bu otaq-qəbir yerin
nə zamansa öləcək
yaxşı şairin biri...
Xuramandan fərqli olaraq, mən kənddə yaşamağa üstünlük vermişəm, şəhərin səs-küylü həyatından, tıxaclardan, metro basabasından, qutu evlərdən, üfunətli dalanlardan, bahacıl bazarlardan uzağam. Mənimçün asudə vaxtlarımda həyətimdə şum vurmaq böyük bir şəhərdə hansısa vəzifə kreslosunda oturub ona-buna boş-boş göstərişlər verməkdən daha ləzzətlidir. Kimlərinsə qabağında boyun əymirəm, kimlərinsə mənim qabağımda boyun əyməsini istəmirəm. Mən narı, üzümü, heyvanı, ənciri, hətta fısdığı öz əlimlə əkdiyim ağaclardan dərib yeyirəm. Pomidora, bibərə, soğana, kortofa, göy-göyərtiyə pul vermirəm, çünki öz həyətimdə becərirəm. İş yerimə də piyada gedirəm. Gündə altı-yeddi kilometr piyada gəzməkdən zövq alıram. Kəndimizdə internet klubundan tutmuş inşaat materialları mağazasınadək xeyli sosial, məişət və ticarət obyektləri fəaliyyət göstərir. Düzdür, qəzet köşkü, kitab mağazası yoxdur. Teleradiostudiyalar, qəzet-jurnal redaksiyaları yoxdur. Əvəzində kənd həyatının romantikası və romantik münasibətləri var. Bakıya gedəndə də, nə qədər vacib işim olsa belə, bir gündən artıq qala bilmirəm. Xuraman Hüseynzadənin Facebook-dakı bu qeydi, elə bil, mənim yaşadığım kənd haqqında yazılıb: “Kəndlər şəhərlərdən çox özlənər. Bilirsizmi niyə? Kəndlər öz adamlarına bənzər, şəhərlər də öz adamlarına. Kənd adamları saf olar: bulaq suyu, dağ havası kimi...” Xuraman Hüseynzadə şəhər mühitində yaşayıb, canında əyalət saflığı gəzdirən bir şairədir. Buna görə də onun bütün yazıları ağrılıdr. O həmişə bu saflığı axtarır. Ömür-gün bahasına başa gələn axtarışdı bu: “Mənə isə elə gəlib ki, anadan elə dünyanın özü yaşda doğulmuşam. Xarakterimlə də payızın özünə oxşayıram, poetik ovqatımla da: Tanrı alnıma yazı yazmadı, payızı yazdı. Yazı yazsaydı xoşbəxt olardım bəlkə də...” Həyat təcrübəsi Xuraman Hüseynzadəyə və onun daxili dünyasının təcəssümü olan ədəbi qəhrəmanına baş verənlərin fövqündə dayanmaq şansı verib, obrazlı desəm, bu qız yaradıcılıq stoluna üfüqü istiqamətdə deyil, perpendikulyar baxmağı bacarır:
Belə olur sevmək-
ürəyin
onda qalır
baxışların pəncərədə
sən də özündə olmursan heç
belə olur sevgi...
sevgidən payına düşən
ya uşaq olur
ya da xatirə...
Qayıdaq “Doğum gününün şeiri”nə! Xuraman Hüseynzadə bir şairə və bir ədəbi qəhrəman olaraq deyir ki, gözlərim urəyimin tələsi, ürəyim gözlərimin köləsidi. Allahın ətəyindən yapışıb sürünən, el ilə birgə kəfənə oxşar palaza bürünən uca yaradanın gözünə xoş görünür.
Sevmə məni!
məni sevmək-cinayət
səni sevmək-xəyanət...
Sevmə məni,
sevmə, a bədbəxt!..
Sevgi ən ali hissdi, dünyanın ən yaxşı şeirləri sevgiyə bələndiyinə görə adamı körpə nəfəsi kimi isindirir. Ana-ata sevgisi kimi, ana-ata olmaq sevgisi də var insanın canında. Filosoflardan biri deyir ki, insanın ən ali məqsədi bu bəşəri ənənənin varisi olmaqdır. Şairin durumu şeirin durumudur. Hansı hiss güclüdürsə, o, daha güclü ovqat yaradır. Şeir yaşantıdır, şeir həm də sənətdir. Xuraman Hüseynzadənin şeirləri sənətkarlıqla ifadə olunmuş yaşantılardır. Qadın şairlər həmişə itki ilə üz-üzə qalıblar. Şeirlərinin çapı qadağan olunan dövrdə Anna Axmatova dünyanın poetik inciləri sayılan poeziya nümunələrini məhəbbətlə rus dilinə çevirirdi. Əri güllələnən, oğlu güllələnmə cəzası ilə həbs edilib sürgün olunan Annanın qəlbində belə tükənməz qüvvət və məhəbbət hardandı görəsən? Yazmağından qalmayan türk əsilli böyük rus şairəsi şeiri zamanla özü arasında əlaqə sayırdı. Ömrü boyu əzab çəkən Anna Axmatova ölümündən bir qədər əvvəl sovet rejiminə işarə edərək yazırdı: “Mən xoşbəxtəm ki, bu illəri yaşadım və belə naköntəm hadisələri gördüm”. Onun avtobioqrafik qeydlərində belə bir cümlə var: “Bizim nəsildən olanları keçmişə qayıdış qorxutmur, çünki biz heç yerə qayıtmırıq”. Nəyisə qazanmaq üçün nəyisə itirməlisən… Yaxşı şeir vaxt itkisidir. Yaxşı şeir həm də yaxşı şeirin yazılmasına sərf olunan vaxtın əbədiləşməsidir. Vaxta və zamana qoyulan ən yaxşı heykəl sözdən yapılır. Xuraman Hüseynzadə “Sən yaxşı oğlansan, şair” şeirində belə dilemmatik seçimlərə təzadlı cavabı ilə oxucusunu heyrətləndirir:
İki yol var, şair,
amma heç biri ürəyimdən keçmir...
Комментариев нет:
Отправить комментарий