Aqşin Kərimli
Ötənlərdə Facebook sosial şəbəkəsində müəllim yoldaşlardan birinin paylaşdığı status diqqətimi maraqlı bir mövzuya cəlb etdi. Söhbət orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş tarix dərsliklərindən gedir. Əslində tarix dərslikləri haqqında çox danışmaq, çox yazmaq olar. Zamanla dövrü mətbuatda nəinki tarix, habelə başqa fənlərə aid dərsliklərdən yazılıb. Məsələ onda deyil ki, tarix dərslikləri yazılarkən kitabları tarixi hadisələr-döyüşlər, sülh müqavilələri, tarixi şəxsiyyətlərin fəaliyyəti, yer adları və s. ilə doldurmaq lazımdır. Çalımaq lazımdır ki, dərsliyin məzmununda ziddiyyətlər ümumiyyətlə olmasın. Bu mənada məsuliyyət təkcə müəlliflərdə yox, həmçinin dərsliyə rəy verənlərdə, korrektorlardadır. Çox uzatmadan rastlaşdığım bir neçə fakta nəzər salaq.
Öncə başlayaq yuxarıda sözügedən müəllim yoldaşın qeydinə. 7-ci sinif “ Orta əsrlər tarixi”dərsliyinin “ Uyğur xaqanlığı” mövzusunda yazılır: “ Uyğur xaqanlığı gücləndikcə, qəbilə və tayfa başçılarının mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri də artırdı.”(?) Bu sadə məntiqi hamı etiraf edər ki, dövlətin güclənməsi ilə mərkəzləşdirmə prosesi düz mütanasibdir. Dərslikdə isə səbəb-nəticə əlaqəsi pozulub. Görəsən bu “ məntiqsiz” məntiqi nəyə borcluyuq?!
6-cı sinif “ Azərbaycan tarixi” dərsliyində yazılanlara inansaq ibtidai insanlar əkinçiliklə ilk dəfə mezolit dövründə tanış olublar ki, bu da ibtidai əkinçilik adlanır. Başqa bir mövzuda (“ İstehsal təsərrüfatının yaranması”) isə Eneolitdə “ toxa əkinçiliyi”ndən bəhs olunur. Onda sual olunur: Mezolitdə torpağı əllə şumlayırdılar? Yox əgər “toxa əkinçiliyi” Mezolitdə yaranıb Eneolitdə geniş tətbiq olunmuşsa, bu başqa məsələ.
İkinci fakt. 7-ci sinif “ Azərbaycan tarixi” dərsliyinin sonunda verilmiş proqramda, “Sacilər dövləti” mövzusunun tədris olunması üçün təqdim olunmuş direktivdə yazılır:” Yusif ibn Sacın Gürcüstana yürüşü. Kveli qalasının mühasirəsi və alınması.” Mövzunun özündə isə Yusif ibn Sacın Gürcüstana yürüşü xatırlansa da, Kveli qalasının mühasirəsi və alınması bir yana, heç qalanın adı belə yoxdur. Bəlkə dərslik müəllifləri ilə dərsliyin sonunda verilmiş proqramın müəllif(lər)i tamam başqa-başqa şəxslərdir?
Üçüncü fakt. 9-cu sinif “ Yeni tarix” dərsliyində 1603-cü ildə İngiltərədə kral kimi Birinci Yakov (1603-1625) qeyd olunur. Dərsliyin “ Şimali Amerikada istiqlaliyyət müharibəsi” mövzusunda isə həmin dövrdə kral kimi Birinci Ceyms təqdim olunur. Bəlkə hər iki şəxs adı eyni insana aiddir? Bunu dərslik müəllifləri açıqlasaydılar yaxşı olardı.
Digər bir məqam. 9-cu sinif “ Azərbaycan tarixi” dərsliyində 17-ci əsrin ikinci yarısı-18-ci əsrin birinci yarısında mədəniyyətin inkiaşfı ilə bağlı bölmədə Gəncədə 1606-1607-cillərdə inşa olunmuş Şah Abbas məscidindən danışılır. Fikrimizcə, burada xronologiyaya verilən ən bəsit tələb pozulub. Yaxşı olardı ki, bu faktı 8-sinif “Azərbaycan tarixi”nin “ 16-əsrin ikinci yarısı-17-ci əsrin birinci yarısında mədəniyyət” mövzusunda verilsin.
Hələlik bu qədər. Ümid edirəm ki, aidiyyatı qurumlar yazıdan lazımi nəticələri çıxaracaqlar.

Комментариев нет:
Отправить комментарий