22.11.2012

Ruhum çıxıb bədənimdən

Xəyalə Sevil

Kimdi nazımı çəkən
Saçımı oxşayan kimdi
Bir az uzaqdan baxanda
O mənə oxşayan kimdi
Anamdımı atamdımı
Yoxsa elə bu dünyada
Ən qayğıkeş adamdımı
Nazımı çəkməyə gəlib
Tanrıya açıq əlimə
Pay verib bükməyə gəlib
Rəngimi ruhumu açır
Üz gözümü təmizləyir
…Düşdü dilimdən adı
Elə getdi döndü yada

İlahi şükür sənə
Məni kimsəsiz qoymadın
Ruhum çıxıb bədənimdən
Canımı əzizləyir

Комментариев нет:

Отправить комментарий