Etimad Başkeçid
YUNUS ƏMRƏYƏ
təninnən bir can ayrılı,
uçar Allah deyə-deyə,
bir gün qeybin qapısını,
açar Allah deyə-deyə.
hankı ağrıma ağlayım,
hankı yaramı bağlayım,
hallarımı görən qayım
qaçar Allah deyə-deyə.
Başkeçid sapıb izinnən,
dost düşmən olub üzündən,
sallanıb çölün düzündən
naçar, Allah deyə-deyə.
SƏN ONDA SUYUŞİRİN BİR YENİYETMƏ İDİN
sən onda suyuşirin bir yeniyetmə idin,
bir qədər Başkeçidin
bulaq suyuna oxşayırdın,
bir qədər Sarvan yolundakı tikmə daşa,
bir suyundan da
Murtuz müəllimin qapısındakı
tənha yemişan ağacına çəkmişdin,
yer, dərdə dərmanım, mənim Ustadım.
dədən sufi, baban sufi,
az danışıb
azacıq yeyib, pis geyinib
Tanrı ümmanına bir qətrə kimi
qovuşmaq sevdası vardı başında,
16-17 yaşlarındaydı dünya,
yer, dərdə dərmanım, könlüm sultanı.
onda sənin iman adına yapdıqlarına
kor yapalaq kimi dadanmamışdılar,
onda səni hələ damlamamışdılar,
hələ Kautilyanın, Makiavellinin uşaqları
fərsizliyin ucbatından
səni danlamamışdılar,
sən onda suyuşirin bir yeniyetmə idin.
böyründə, başında,
adam cildində
quyruğu gövdəsini bulayan köpəklər yox idi,
sən özün dünyada yox idin elə bil,
suyuşirin bir yeniyetmə idin,
yer, dərdə dərmanım könlüm sultanı.
indiki zaman da
başqa bir zamanın ötəsindədir, dostum,
özgə bir zamanın içindədir,
hamının elliklə bir günahı
ancaq hər kəsin öz bağışlayanı, öz Allahı
sən onda suyuşirin bir yeniyetmə idin,
yer, dərdə dərmanım, mənim Ustadım.
YUNUS ƏMRƏYƏ
təninnən bir can ayrılı,
uçar Allah deyə-deyə,
bir gün qeybin qapısını,
açar Allah deyə-deyə.
hankı ağrıma ağlayım,
hankı yaramı bağlayım,
hallarımı görən qayım
qaçar Allah deyə-deyə.
Başkeçid sapıb izinnən,
dost düşmən olub üzündən,
sallanıb çölün düzündən
naçar, Allah deyə-deyə.
SƏN ONDA SUYUŞİRİN BİR YENİYETMƏ İDİN
sən onda suyuşirin bir yeniyetmə idin,
bir qədər Başkeçidin
bulaq suyuna oxşayırdın,
bir qədər Sarvan yolundakı tikmə daşa,
bir suyundan da
Murtuz müəllimin qapısındakı
tənha yemişan ağacına çəkmişdin,
yer, dərdə dərmanım, mənim Ustadım.
dədən sufi, baban sufi,
az danışıb
azacıq yeyib, pis geyinib
Tanrı ümmanına bir qətrə kimi
qovuşmaq sevdası vardı başında,
16-17 yaşlarındaydı dünya,
yer, dərdə dərmanım, könlüm sultanı.
onda sənin iman adına yapdıqlarına
kor yapalaq kimi dadanmamışdılar,
onda səni hələ damlamamışdılar,
hələ Kautilyanın, Makiavellinin uşaqları
fərsizliyin ucbatından
səni danlamamışdılar,
sən onda suyuşirin bir yeniyetmə idin.
böyründə, başında,
adam cildində
quyruğu gövdəsini bulayan köpəklər yox idi,
sən özün dünyada yox idin elə bil,
suyuşirin bir yeniyetmə idin,
yer, dərdə dərmanım könlüm sultanı.
indiki zaman da
başqa bir zamanın ötəsindədir, dostum,
özgə bir zamanın içindədir,
hamının elliklə bir günahı
ancaq hər kəsin öz bağışlayanı, öz Allahı
sən onda suyuşirin bir yeniyetmə idin,
yer, dərdə dərmanım, mənim Ustadım.
Комментариев нет:
Отправить комментарий