Lalə Mehralı
Amerika mətbəxi bizim ölkəyə ayaq açandan ondan uzaq durmağa çalışmışam. “Cola”sından tutmuş qızardılmış kartofuna qədər. Heç ömrümdə “McDonalds” deyilən o zəhərli yeməklər anbarına da girməmişəm. Maraqlıdır, kimə deyirəm, inanmır ki, jurnalist olasan, orda yemək yeməyəsən. Çünki jurnalist harda asan başa gələn qida var, onu yeyir.
Yox, maddi problemə görə yox, məlumatlı olan bilir ki, inkişaf etmiş ölkələrdə yalnız “bomj”lar, acından günorta yuxudan duranlar “McDonalds”da yemək yeyir. Bizdə isə əksinə, özünü “elita” adlandıranın son dayanacağı “McDonalds”dır. Çünki qiymətlər o ölkələrdəki kimi keyfiyyətsiz yeməyə görə qəpik-quruş yox, keyfiyyətsiz qidaya görə dəfələrlə bahadır.
Amma heç olmasa o ölkələrdəki aclar o qiymətə “McDonalds”da yemək yeyəndə bilirlər ki, yedikləri “tullantıdan” başqa bir şey deyil. Bizim “elita” isə “McDonalds”ın təklif elədiyini ən keyfiyyətli yemək hesab edir. O Avropanın “bomj”u, bu da Azərbaycanın “elitası”...
Jurnalistlər isə əlüstü yemək axtaranda ora gedirlər, yəni həftənin ən az 5 iş günü. Özü də bilə-bilə yeyirlər. Düzdür, çoxusu etiraf eləmir bunu, amma dəqiq bilirəm ki, o qidaların zərərli olduğunu ən az ürəklərində bilirlər. Çünki informasiya gölündə üzən kateqoriyanın hər bir nümayəndəsi bilir “McDonalds”da yeməklərin içində insanlara nələrin yedirdildiyini.
Nə yedirirlər? Məsələn siçan, tarakan, hamamböcəyi. Soruşacaqsınız ki, qəsdən qoyurlar? Yox, canım! Sadəcə, “diqqətsizlik” nəticəsində düşür hamburgerlərin arasına. Sonra, canım sizə desin, geni dəyişdirilən toyuqlar, GMO-lu tərəvəz, təhlükəli yağ, quru süddən hazırlanmış ayran, kişilik potenensialını məhv edən içkilər (cavanlar onu içəndə elə bilirlər energetik içki içdilər)...
Bir müddət əvvəl 3 jurnalist bir saatda “McDonalds”ın qidalarından zəhərləndi, təcili yardım vaxtında yetişməsəydi, çoxdan 7-si, 40-ı çıxmışdı üçünün də. Məni qınamayın, nədənsə, onlara heç zərrə qədər də yazığım gəlmədi. Otaqdakı iş yoldaşlarım təsdiqləyər, xəbəri oxuyanda “heyf ki, ölmədilər” dedim. Niyə elə dedim?
Çünki biri var amerikan siyasətinin iç üzünü bilməyən, yalnız şubası və dəri çantası ilə öyünərək dünyadan bixəbər evdar qadın iki azyaşlı uşağına evdə nahar hazırlamağa ərinib “McDonalds”a aparsın, orda yedirdib-içirsin, sonra da uşaqlar zəhərlənsin. Bax, onda yanaram hadisəyə. Niyə yanaram?
Neyləsin, o qadın günahsız heyvanları soyub xəz geyməkdən başqa heç nə bilmir deyə yazıq uşaqlar onun əziyyətini çəkir, çünki anaları televizora baxmır (guya bizim kanallar “McDonalds”ı tənqid edə biləcək gücdədir), qəzet oxumur, inetrnetdə də yalnız MSN və “çat” anlayışlarını bilir, dırnaqlarım korlanar deyib, yemək bişirmir və uşaqlara o zəhərli yeməkləri verib zəhərləyir.
Bəs jurnalist? O ki məlumatlıdır. O ki bilir bu məkanlarda bizim genimizlə oynandığını. O ki bilir “McDonalds”da bizə yedirdilən kartof çubuqlarının sonsuz nəsil yetişdirdiyini. Jurnalist bilir axı o kotletlərin içindəki ət deyil, kartondur. Jurnalist bilir axı, o cola, pepsi, nə bilim daha nələr bizim başımıza nə corablar hörür... Yox, mənim başıma hörə bilmir, çünki həyatım boyu nə “McDonals”ın qapısından içəri girmişəm, nə yeməklərini yemişəm, nə də pepsi, cola içmişəm.
Bunları bilə-bilə gedib orda yemək yeyən jurnalist zəhərlənəndə ona necə yanasan? Axı cəmi iki-üç gün öncə öz gözü ilə oxumuşdu, yazmışdı bu qidalardan zəhərlənənlər haqqında xəbəri. Gözü çıxan qardaşdan dərs alsın barı...
PS: 5 yaşlı oğlum hər dəfə “McDonals”ın qabağından keçəndə deyir: “Ana, bax, utanmazlar harda oturub”...

Комментариев нет:
Отправить комментарий