23.11.2012

MOSKVA ŞƏHRİYAR ƏMC-nin ŞAİRLƏRİNİN MDDU-nun RUS TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜ


Noyabr ayının 21-də Bakı Slavyan universitetinin Moskva Dövlət Dilçilik universitatinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti mərkəzində, Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin şairlərinin rus tələbələrilə görüşü keçirildi.
Tədbirdə mərkəzin rəhbəri Bella xanım Musayeva, tərcüməçi pedaqoq Olqa Kuraj, AMOR cəmiyyətinin sədr müavini Emin Hacıyev, RİA xəbərlərin müxbiri Sara Əliyeva, “Paritet”in müxbiri Əlimərdan Sultanov, ATV-nin müxbiri Fərhad Hacıyev, eləcə də MDDU-nun azərbaycan, kazax, türkmən və özbək dili öyrənən rus tələbələr, digər fakültetlərdən azərbaycanlı tələbələr və başqaları da iştirak edirdilər.

Görüşü professor Bella Musayeva açdı. O, qonaqları salamlayaraq, Azərbaycan dili və mədəniyyəti mərkəzində azərbaycanlı şairləri görməyə çox şad olduqlarını söylədi və: “Mən öz ana dilimizdə danışacam və universitetimizin məzunu olmuş, indi isə ingilis dilindən dərs deyən və eləcə də, azərbaycan dilini təmiz bilən Olqa Kuraj danışdıqlarımızı rus dilinə tərcümə edəcək”, - dedi.
Olqa böyük ustalıqla azərbaycanca deyilənləri sinxron olaraq rus dilinə tərcümə etməyə başladı.
Moskva Şəhriyar ƏMC sədri Vasif Məmmədov cənabları da görüşə gələn hər kəsi salamladı, belə görüşlərin zəruriliyi və mədəniyyətimizin qorunub saxlanartaq, gənc nəsillərə aşılanmasında rolu barədə danışdı.
Sonra söz şairlərə verildi.
İlk öncə Azərbaycan və Rusiya Yazarlar birliyinin üzvü şair, yazıçı, publisist Sultan Mərzili çıxış etdi. O, Türk dilinin qədim kökləri, onun digər dillərin inkişafına təsiri haqda maraqlı çıxış etdi və bir neçə  gözəl şeir oxudu.
Rusiya və Avroasiya Yazarlar birliklərinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü şairə Afaq Şıxlı bir neçə cümləlik qısa çıxışdan sonra, azərbaycan və rus dillərində oxuduğu Vətən həsrətli, həyat eşqli şeirlərilə tələbələrin rəğbətini qazandı.
Rusiya Yazıçılar və Jurnalistlər birliyinin üzvü, şair publisist Əliş Əvəz də tələbələri maraqlandıracaq mövzuda çıxış edərək, son dərəcə düşündürücü şeirlər ifa etdi.
Beynəlvalq Yazarlar və Publisistlər assosiasiyasının üzvü, tarix elmləri namizədi şair publisist Əşrəf Hüseynliyə verildi. Əşrəf bəy də öz növbəsində görüş iştirakçılarını salamlayaraq Azərbaycan dili, xalqı və gözəl vətənimiz haqda maraqlı çıxış etdi. Sonra o, “Azərbaycan deyəndə!” adlı kiçik poemasını oxudu. Bütün tələbələr və salonda əyləşən digər insanlar bu şeiri təntənəli alqışlarla qarşılayaraq. Şairdən daha bir şeir rica etdilər.
Sonra söz MYPA üzvü, hüquqşinas, şair Abbas Alıyevə verildi. Abbas bəy ədəbiyyata olan sevgisindən, ilk şeirinin yazılma tarixindən danışdı. Onun olduqca maraqlı və səmimi sözləri hər kəsin ürəyini riqqətə gətirdi. Şair, eləcə də, dinləyicilərə bir neçə gözəl şeir hədiyyə etdi.
Onu da qeyd edək ki, hər bir şairin çıxışından sonra, azərbaycan dili öyrənən rus tələbələri də onların bir şeirlərini ifa edirdilər. Və bu o qədər gözəl və sevindirici idi ki, hər kəs gənclərə öz minnətdarlıqlarını bildirdi.
Aradakı zaman fasilələrində, qarşı divardakı böyük ekranda video-poliklər: rus tələbələrinin azərbaycan milli rəqslərinin və azərbaycan dilində mahnıların ifası, milli bayramlarımızın neçə keçirilməsinin kişik epizodları izlənilirdi.
Şairlərimiz və qonaqlar, Azərbaycan mərkəzinin məzunu Oleq Ostaşkonun ifasında “Məhəbbət”, “Azəri torpağı” və s... mahnıları dinləməkdən böyük zövq aldılar. Öz dilimizdə Vətənimiz haqqında belə sözləri, başqa millətin dilindən eşitmək qürurverici idi!
Ən sonda söz, gənc yazar, elə həmin universitetin məzunu, hazırda isə dissertantı, BYPA üzvü, Risiya Dilçilik Akademiyasının müxbir üzvü Nilufər A.Şıxlı çıxış etdi. Vasif Məmmədov cənabları və Bella xanım Musayeva Nilufəri auditoriyaya xüsusi notlarla təqdim etdilər. Bella xanım belə dedi: “ Nilufəri tələbələrə və müəllimlərə tanıtmağa ehtiyac yoxdur. Çünki, o bu universitetin məzunu olmuş, təhsilini əla qiymətlərlə bitirmişdir. Hazırda isə namizədlik dissertasiyası üzərində işlətir. Bundan əlavə o, Lomonosov adına Moskva Dövlət universitatində ikinci təhsilini alır. Şeir, hekayə, povest və bir çox publisistik yazıların müəllifidir. Nilufər həm də, Azərbaycan mərkəzinin həyatında iştirak edən ən fəal gənclərdən biridir. Və biz, Moskvada yaşayan Azərbaycan ziyalıları onu, sözün həqiqi mənasında, müasir Azərbaycan gəncliyinin fəxri nümayəndəsi adlandırırıq!”
Nilufər xanım öz düşündürücü və axıcı şeirlərinə çıxış edərək, bu sözlərin doğruluğunu bir daha sübut etmiş oldu.
Armudu stəkanlara süzülmüş pürrəngi Azərbaycan çayı və milli şirniyyatlar düzülmüş süfrə başında maraqlı söhbətlərlə davam edən məclis sona çatdı. Heç kim, zamanın neçə keçdiyinin fərqində deyildi.
Tədbirin sonunda Vasif Məmmədov cənabları və Nilufər A.Şıxlı, unudulmaz görüşə görə bütün iştirakçılara öz minnətdarlığını bildirərək, Bella xanıma və bir neçə faəl iştirak edən tələbəyə təşəkkür bəlgələri təqdim etdilər.

Комментариев нет:

Отправить комментарий