Yaşamımın ilk hicasının səslisi
Bir daha getmə
Qal sana,
yaşam yoluna son qoyma
Tiyanmen, Əl təhrir, saat meydanı
Sənilə doğulur
Son dəfə getdiyində
Atam körpünü yıxanda öldürüldü
Atası başsız buraxıldı kilisa küçələrinə
qarabağdan, Anamın sızıltısını duymadın mı?
qal deyirdi,
sürünərək qasidin arxasıca
sən, urşəlimdən roma aparılan məktubun qansız sözüydün
bir daha getmə, qal
bilirsənmi?
Beynimdəki yaşam bitməməlidir
Atam bir daha çaldırana getməməlidir
Cocuq becətməlidir, bulut daşımağa,
Bağçadaki duz fırtınasın görürsənmi?
Qal sana, bu yaşam sənilə ayaqdadır...
Qal və yaşat
Yaşat bu küçələri
Bir daha yaşat bu ölmüş mahnını
Bax, suzuz olsanda,
Qan səpəcəm küçələrə, yar gələndə toz olmasın...
Səni necə anladım,
Hər hicada bircə səsli olmalıdır,
Bu qayda pozulmamalıdır
Sən birinci hicanın səslisisən
"Umud" gedirsə, yaşam sözcüyü dağılacaq,
Qal sana, dirək ol bu sözcüyə...
Bir daha getmə
Qal sana,
yaşam yoluna son qoyma
Tiyanmen, Əl təhrir, saat meydanı
Sənilə doğulur
Son dəfə getdiyində
Atam körpünü yıxanda öldürüldü
Atası başsız buraxıldı kilisa küçələrinə
qarabağdan, Anamın sızıltısını duymadın mı?
qal deyirdi,
sürünərək qasidin arxasıca
sən, urşəlimdən roma aparılan məktubun qansız sözüydün
bir daha getmə, qal
bilirsənmi?
Beynimdəki yaşam bitməməlidir
Atam bir daha çaldırana getməməlidir
Cocuq becətməlidir, bulut daşımağa,
Bağçadaki duz fırtınasın görürsənmi?
Qal sana, bu yaşam sənilə ayaqdadır...
Qal və yaşat
Yaşat bu küçələri
Bir daha yaşat bu ölmüş mahnını
Bax, suzuz olsanda,
Qan səpəcəm küçələrə, yar gələndə toz olmasın...
Səni necə anladım,
Hər hicada bircə səsli olmalıdır,
Bu qayda pozulmamalıdır
Sən birinci hicanın səslisisən
"Umud" gedirsə, yaşam sözcüyü dağılacaq,
Qal sana, dirək ol bu sözcüyə...
Комментариев нет:
Отправить комментарий