23 noyabr 2012-cu ildə Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı oldu.
Açılış mərasimi abidənin qoyulduğu M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçirildi.
Dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan mərasimdə “Çeloveçeskiy razum, etot bojestvenniy dar” kitabının təqdimatı da oldu.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasimdə rus və Azərbaycan ədəbiyyatı korifeyləri çıxış etdilər.
Комментариев нет:
Отправить комментарий