28.11.2012

ABŞ dağılır

Obamanın yenidən prezident seçilməsindən sonra baş verən ayrılma hərəkat böyüyür

Prezident Barak Obamanın ikinci dəfə ABŞ-ın prezidenti seçilməsindən sonra başladılan “Ayrılma hərəkəti” ərizəsinə imza atanların sayı bir milyona çatıb.

Öndə Texas gedir

Əlli ştatdan olan ayrılıq tərəfdarları  Ağ Evin ‘”We the People” saytındakı ərizədə adlarını qeyd edirlər. Hər dövrdə ayrılmaq istəyənləri çox olan Texas, 117,373 imza ilə siyahıya başçılıq edir. Texasın ABŞ-dan ayrılmaq istəyən sakinlərinin firkincə, federal hökumət, ölkəni quranların düşüncələri artıq yaşayışlarında öz əks etdirmir.

Şimali Karolina imzaçı ştatlar arasında 6-cı yerdədir. Hərəkatı başladan Randy Dye, “Əyalət ölkə olsun, pulumuz bizdə qalsın” şüarı ilə çıxış edir.

11 ştat

Siyahıda Texası, Georgia, Cənubi Carolina, Lousiana, Missouri, Tennnessee, Şimali Carolina, Alabama, Oklahoma, Florida və Ohio ilə yanaşı digərləri də izləyir. Bu 11 şatatda imza atanların sayı artıq 25 mini keçib. “Ağ Ev” artıq imza atanlara cavab vermək məcburiyyətindədir. Çünki “Ağ Ev”dən verilən açıqlamada, “25 mini keçən hər bir ərizəyə cavab veriləcək” deyilir.

Mümkündürmü?

Respublikaçı partiyanın rəhbəri Ron Paul, ABŞ-ın İngiltərədən ayrılaraq birlik qurduğunu və ayrılıq düşüncəsinin bu ölkənin ruhunda olduğunu deyir.
Ayrılmaq mövzusu, ABŞ-da hüquq müdafiəçilərinin ən çox müzakirə etdiyi bir mövzudur. Hüquqşünasların bəziləri ayrılığın nəzəri olaraq çətin olmasına baxmayaraq, praktiki olaraq mümkün olduğunu, bəziləri isə bunun könüllü olaraq mümkün olmadığını bildirirlər.
Nəticədə, böyük ölkənin, parçalanma tərəfdarı olanlara necə münasibət göstərəcəyi və ayrılmanın necə reallaşacağı müzakirə edilir.

“Long Island” adlı ölkə?

ABŞ-da, ayrılma hərəkatları yalnız ştatlarla məhdudlaşmır. Məsələn, New York ştatının “Long Island” bölgəsi “ayrı bir ştat deyil ayrı bir ölkə” olmaq istəyir. Bu bölgə sakinlərində artıq beş ildir ki, belə istək var.

“Xristian ölkəsi olaq”

“Christian Exodus” ayrılma hərəkatı isə, Cənubi Carolinanın “ayrı və Xristian bir ölkə” olması üçün 2003-cü ildən bu yana ciddi şəkildə fəaliyyət göstərir.
Çox saylı siyasi müşahidəçilər isə, ayrılıq tərəfdarı olanların çoxunun, əslində, iqtisadi böhrana və prezident Obamanın ictimai siyasətinə reaksiya göstərən vətəndaşlar olduğunu bildirirlər.

qafqaznews.com

Комментариев нет:

Отправить комментарий