26.11.2012

Fələstinli qız İsrail əsgərinə qarşı…


Fələstinli qızın İsrail əsgərlərinə reaksiyası internetdə böyük əks-səda doğurub.
Atasının nəzarətə alınmasına əsəbləşən 10 yaşlı fələstinli qız, İsrail əsgərinə təpki göstərib.
Fələstinli qız, qarşısına çıxan İsrail əsgərinə, “ərəbcə danışdığını bilirəm, onu hara apardınız?” deyə soruşur. İsrail əsgərinin cavab verməməsi qızcığazı əsəbləşdirib.
İsrail əsgərini vuran kiçik qıza, digər fələstinli balacaların də dəstəyi maraqlı bir görüntüyə səbəb olub.
İsrail əsgərlərinə Qəzzada törətdikləri qətliamları xatırladaraq qışqıran uşaqlara İsrail əsgərləri kinayəli gülüşlə cavab verib.
Jurnalistlərin hadisəni qeydə almasına görə uşaqlara güc tətbiq etməyə cəsarət etməyən İsrail əsgərlərinin tam təchizatlı olmaları diqqət çəkib.
Sonda bir xarici mətbuat nümayəndəsinin də İsrail əsgərləri tərəfindən nəzarət altına alınması görünür.

qafqaznews.com

Комментариев нет:

Отправить комментарий