QafqAzNews-un xarici mətbuata istinadən verdiyi xəbərə görə, son vaxtlar dünya KİV-lərində nasizm ideyasının yaradıcısı Adolf Hitlerin adı daha tez-tez hallanmağa başlayıb. Hitlerin şəxsiyyətinə günü-gündən artan marağının səbəblərini “Rusiyanın səsi” radiosuna almaniyalı tarixçi və siyasi ekspert Hans Henninq Şröder izah edib.
Onun sözlərinə görə Avstriyada Hitlerin valideynlərinin məzarının ziyarətgaha çevrilməsi, Hindistanda onun şərəfinə kişi geyimləri mağazasınının açılması, Türkiyədə onun sürətindən reklamda istifadə olunması və s. dərin iqtisadi böhran şəraitində insanların nasizm ideyalarına qayıtmalarını göstərir.
Şröder deyib: “Keçirilmiş son sorğuya əsasən almanların 9%-i Hitlerin ideyalarını dəstəkləyir. Almaniyanın şərqi hissəsində isə bu rəqəm daha böyükdür – 16%. Bu insanlar demokratiyaya nifrət edirlər. Və bu vəziyyət təkcə ölkəmizdə yox, digər ölkələrdə də müşahidə olunur. Lakin hökumətimiz bu tendensiyanın qarşısını almaq üçün əlindən gələni edir.”
Qeyd edək ki, nasizm ideologiyasına rəsmi qadağanın mövcüd olmasına rəğmən, Almaniyada nasist yönümlü “Nasional-sosialist birliyi” partiyası fəaliyyət göstərir. Son 10 il ərzindən bu partiyanın üzvləri tərəfindən bir neçə yəhudi əsilli məmur öldürülmüşdü.

Комментариев нет:
Отправить комментарий