İbrahim
Fərhadoğlu
Professional
Oxucu Liqası
Qəribəsi burasındadır ki, Azərbaycanda heç də bütün
təşkilatlar İsrail cinayətinə mövqelərini bildirmədilər
“Xeyirlə şər daim yan-yana addımlayır”
söyləyənlərlə razılaşmaq çətindir. Çünki xeyirlə şər dünya yaranandan bəri daim
üz-üzə gəlir və toqquşur. “İn” və “Yan”, “işıq” və “zülmət”, “gündüz” və
“gecə”, “isti” və “soyuq”, “ağ” və “qara” əbədi mübarizədədirlər.
Min illər əvvəl də belə olub, indi də belədir.
Və əgər minilliklər öncə baş verən toqquşmalar haqqında yalnız tarix
kitablarında oxuyuruqsa, günümüzdə bu toqquşmaların canlı şahidlərinə
çevrilirik. Bu gün də dünya iki düşərgəyə bölünərək, qismətində olan mübarizəni
davam etdirir.
İsrail, sionizm, ABŞ “qara” bayraq altında, digər “ağ” səngərdə isə Fələstin, müsəlmanlar, ədalət, vicdanlı insanlar dayanıb. Qarşıdurma hər gün baş verir və günahsız insanların başı bəlalar çəkir. Hər gün qara qüvvələr gündəmi yeni cinayətlərlə zəbt edirlər. Sonuncu raket zərbələri nəticəsində Fələstində 165 ev dağıdıldı, 200-dən çox körpə qanına qəltan oldu. Sionist hərbi birləşmələri hətta Qəzzaya humanitar yardım aparan gəmilərə basqın edib mülki vətəndaşları da qanına qəltan edir.
İsrail, sionizm, ABŞ “qara” bayraq altında, digər “ağ” səngərdə isə Fələstin, müsəlmanlar, ədalət, vicdanlı insanlar dayanıb. Qarşıdurma hər gün baş verir və günahsız insanların başı bəlalar çəkir. Hər gün qara qüvvələr gündəmi yeni cinayətlərlə zəbt edirlər. Sonuncu raket zərbələri nəticəsində Fələstində 165 ev dağıdıldı, 200-dən çox körpə qanına qəltan oldu. Sionist hərbi birləşmələri hətta Qəzzaya humanitar yardım aparan gəmilərə basqın edib mülki vətəndaşları da qanına qəltan edir.
Əslində, İsrail ordusu onilliklərdən bəri adət
etdiyi durumu davam etdirir. Müdafiəsiz, əli yalın adamları qətlə yetirir. Amma
bu dəfə durum başqaydı. Çünki bu dəfə sionist canilər Türkiyəyə əlcək
atmışdılar, bu dəfə Türkiyə vətəndaşlarını qanına qəltan etmişdilər. İsraildən
fərqli olaraq dərin tarixi köklərə malik və böyük qeyrət sahibi olan Türk xalqı
da baş verənlərə təbii reaksiyasını verdi. İstər iqtidar, istər müxalifət,
istərsə də ölkənin sıravi vətəndaşları həmrəylik nümayiş etdirərək bəşəriyyətə
və insanlıq adına bir utanc olan İsraili qınadılar. Türkiyənin prezidenti
Abdulla Gül, baş naziri Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd
Davudoğlu sionist qurumunu dəniz quldurluğunda ittiham etdilər. Dünya da
susmadı, bu dəfə canini elə öz adı ilə çağırdı. Əlbəttə ki ABŞ istisna olmaqla!
Pakistanda, Əfqanıstanda, İraqda, Somalidə və dünyanın digər bölgələrində
minlərlə günahsız insanı qanına qəltan edən Amerika digər qatilin əməllərini
pisləyərdimi? Yox, bu heç vaxt olmayıb və olmayacaq da.
Elə İsrail də əməllərindən peşman deyil.
Canavarın quzunu parçaladıqdan sonra üzrxahlıq etməsi nə dərəcədə absurddusa,
sionistlərin də günahsız insanların qətlinə üzülmələri bir o qədər gülünc
görünür. Əksinə, canavar bu dəfə yenə quzunu ittiham etdi. Mülki vətəndaşların
vəhşiləşmiş İsrail əsgərlərindən müdafiə olunmaq üçün dəmir və ağac
parçalarından istifadə etməsini az qala başdan-ayağa silahlanmış bir mütəşəkkil
ordu ilə toqquşma kimi qələmə verdi. Həqiqətən, sionist həyasızlığının hüdudu
yoxdur.
Türkiyə ilə İsrail arasında yaranmış gərginlik get-gedə artdığı bir dövrdə bəzi qüvvələr qonşularımızın sionistlərə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini də dilə gətirdilər. Amma bu baş vermədi. Və ümumiyyətlə baş verəcəyi real görünmür. Əlbəttə ki sionistlərin və havadarlarının süni surətdə yaratdıqları bu qurum gec-tez məhv olmalıdı- İran, yaxud digər qüvvənin vasitəsiylə- fərq etməz.
Türkiyə ilə İsrail arasında yaranmış gərginlik get-gedə artdığı bir dövrdə bəzi qüvvələr qonşularımızın sionistlərə qarşı hərbi əməliyyatlara başlaya biləcəklərini də dilə gətirdilər. Amma bu baş vermədi. Və ümumiyyətlə baş verəcəyi real görünmür. Əlbəttə ki sionistlərin və havadarlarının süni surətdə yaratdıqları bu qurum gec-tez məhv olmalıdı- İran, yaxud digər qüvvənin vasitəsiylə- fərq etməz.
Sionistlərin cinayəti, müsəlmanları yer
üzündən silmək niyyətləri Azərbaycanda da əks-səda doğurur. Etirazlar səngimək
bilmir, İsrail səfirliyi qarşısında tez-tez aksiyalar təşkil olunur. Bir çox
təşkilatlar quldurluğu birmənalı şəkildə sərt qınayırlar. Bu təbiidir və insan
xislətindən irəli gəlir- canini qınamaq, məzluma dəstək vermək. Amma qəribəsi
burasındadır ki, Azərbaycanda heç də bütün təşkilatlar İsrail cinayətinə
mövqelərini bildirmirlər. Söhbət bunu etməyə borcu olanlardan gedir. Maraqlıdır
ki 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsinə etiraz əlaməti olaraq
Rusiya səfirliyi qarşısında piket təşkil edənlər bu gün müsəlman
qardaşlarımızla həmrəy olmaq istəmədilər. Görəsən niyə? Bəlkə maliyyə mənbələri
yol vermir? O vaxt ABŞ-ın strateji rəqibi olan Rusiyaya nifrət nümayiş
etdirənlər bu gün ABŞ-ın strateji müttəfiqi İsrailə qarşı çıxmırlar. Hətta
İsrail qardaş Türkiyəni hədəfə alanda belə dillənmədilər. Necə deyərlər, “kor
kor, gör gör”.
Azərbaycan liberalları təəssüf ki bu
münaqişədə İsrailin tərəfini tuturlar.
Əgər Fələstin tərəfi işğaldakı torpaqlarını geri almaq üçün mübarizə aparırsa
və bizim liberalların fikrinə görə bu səhvdirsə, onda elə çıxır ki, Azərbaycan
tərəfinin də hər belə addımı
və ya şəhid Mübariz İbrahimovun
ermənilərə zərbəsi də bu qəbildən olduğu üçün səhv hesab olunar.
İsrail-Fələstin münaqişəsində Azərbaycan-Ermənistan münaqişəsinə oxşar çox
cəhətlər var. Bu cəhətlərdən birincisi və ən təhlükəli olanı münaqişəyə “tarixi
baxışdır”. Sionizm Fələstin ərazisində min illər bundan əvvəl Yəhudi dövlətinin
olduğunu iddia edərək Fələstini işğal edir. Eyni məntiqlə (Böyük Ermənistan
xülyası ilə) Ermənistan qoşunları Dağlıq Qarabağı öz nəzarətlərinə alaraq bu
ərazinin Azərbaycandan ayrılmasını tələb edirlər. Başqa sözlə desək, Azərbaycan
ərazilərini işğal etmiş Ermənistana qarşı BMT tərəfindən qəbul edilmiş dörd
qətnamə yerinə yetirilmir, əksinə Azərbaycana mümkün yardımlara məhdudiyyətlər
qoyulur. Eyni ilə belə münasibət İsrail-Fələstin münaqişəsində də aydın
görünür. İsrail nə üçün BMT-nin qəbul etdiyi qətnamələri vecinə almır? Kim
onu beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir; beynəlxalq təsir
mexanizmləri, yoxsa hər şeyini, nəhayət hegomon güclərdən ümidini itirmiş
insanların özünümüdafiə hərəkətləri? Bəs BMT tərəfindən müəyyən edilmiş
sərhədlərdən kənarda xeyli ərazini zəbt etmiş, yerli əhalini öz ev-eşiyindən
qovmuş İsrailin, bu hərəkətləri nə üçün bizim liberalların qınağına səbəb
olmur?
Mərhum prezidentimiz Heydər Əliyev Fələstinli
liderdən birilə görüşdə belə demişdir: “Azərbaycan Fələstinin dostudur.
Müstəqil Azərbaycan Respublikası Fələstin xalqının qəhrəmanlıq mübarizəsini
həmişə dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir”. Bu gün çaşdırıcı
fikirlər səsləndirənlər, heç bir təqsiri olmayan fələstinlilərin Sionist
qoşunları tərəfindən öz yurdlarından qovulmasını və Sionist ordusu tərəfindən
zorakılığa məruz qalmasını unutmamalıdırlar. Bunu da unutmamalıdırlar ki,
Ermənistandan, Dağlıq Qarabağdan və işğal edilmiş ətraf rayonlardan qovulmuş
günahsız azərbaycanlılar məhz sionist rejiminin və onu müdafiə edən
imperializmin qurbanı olmuş Fələstinlilərin taleyini yaşayırlar. Hər bir kəs,
siyasi fikirlərindən, şəxsi maraqlarından asılı olmayaraq insaflı olmağa
çalışmalıdır.
“İn” və “Yan”, “işıq” və “zülmət”, “gündüz” və
“gecə”, “isti” və “soyuq”, “ağ” və “qara”nın əbədi mübarizəsi davam edir. Biz kimin
tərəfindəyik? Biz hansı səngərdəyik? Biz İsrail, ABŞ, qatillər dəstəsindəyik,
yoxsa qardaş və müsəlman Türkiyə, Fələstin dəstəsində? Seçim hamı üçündür.
qafqaznews.com
qafqaznews.com
Комментариев нет:
Отправить комментарий