Turqut Qaraca
Yazacağım konuda iddia yoxdur. Buddalıq etmək niyyətində də deyiləm. Sadəcə gənc bir insan olaraq bu günə qədər qazandığım bəzi müşahidələri sizinlə paylaşmaq istəyirəm. Ümid edirəm yeni üfüqlərə açılmaq üçün bir vəsilə olar.
İntellektual olmaq düşünən və sorğulayan hər bir insanın çatmaq istədiyi şüur səviyyəsidir. Bu başqalarına yol göstərmək üçün deyil, insan olaraq öz ciddiliyini anlamaq üçün lazımdır. Amma bu bilgəlik yoluna girişmədən əvvəl bəzi suallar ortaya çıxır. Kimi oxuyacam, hardan başlayacam və ən əsas, bütün bunları nə üçün edirəm.
Genetik və ailə səviyyəsində elmi balansı olmayan insanlar rahatlıqla bir- iki şey oxuduqdan sonra , sənə yol göstrəmək cəsarətini özlərində tapa bilirlər. Cəmiyyətdə yıxım dalğasının yaşam dalğasını keçməsinin əsas səbəbi budur məncə. Paylaşımdan daha çox oxuduğu şeylərlə polemikaya girməyi məqsəd edinən insanlar çox olduğu üçün, zəka səviyyəsində bir inqilab yaşanmır. Dəyərli insanlar bu “budda”ların arasında itib batır.
Mənə görə dəyərli insanlar oxuduğu romanlardan bilgi bazası yaradıb ondan sitat gətirən deyil, pozitiv elmlər işığında öz müşahidələrini insanlara çatdırandır. Ancaq bu cür etməklə həyat dalğasını yaratmaq olar. Çünki həyat təkcə romanlar və digər fəlsəfi ekolların baxış bucağından ibarət deyil. Yalnız fəlsəfi düşüncə və müşahidə prosesiylə sosyal və fərdi problemləri düzəltmək olmaz. Çünki çürüməni yaradan şeylər intiqra bir sistem şəklindədir. Və bu çürüməni anlamaq üçün hər iki qütbi, yəni həm fəlsəfi həm də elmi resursları enerji israfına yol vermədən, düzgün şəkildə birləşdirmək lazımdır. Romanlar və ya başqa fəlsəfi düşünürlərin həyat təcrübələrini depolamaq əvəzinə, hər gün oyun kuralları dəyişən həyatı öz fərdi istedadınla müşahidə edib, bunu elmi yeniliklərlə birləşdirmək lazımdır. Və yalnız bundan sonra hərəkətə keçmək olar məncə. Təbii ki əgər bir insan olaraq sizi, bu cəmiyyətin çivisi çıxmış problemləri narahat etsəydi, əgər həqiqətən problemlərə qarşı həssas olsaydınız, ciddən ortadakı qadın, təhsil və şüur problemi sizi narahat etsəydi, bütün gücünüzü bunu həll etmək üçün verərdiniz. Bir ilanı gördüyünüz zaman, ondan qurtulmaq üçün sizdə heç bir tənbəllik qalmaz, çünki bütün ruhunuzla, ən dərin səviyyədə problemin fərqindəsiniz. O an istəyəcəyiniz tək şey , bütün ağıl gücünüzü ortaya qoyub, o ilandan qurtulmaqdır. Və problemlərə qarşı bu cür reaaksiya göstərməyi bacaran insanın, yerində oturub olub-bitəni izləməsi üçün heç bir səbəb yoxdur. O spontan şəkildə eyləmə hazırdır. Onun üçün kimin yaxşı və ya pis olmağı, kimin cəmiyyəti pozduğu maraqlı deyil. Onun tək marağı ən tez şəkildə özünü anlamaq və çevrəyə yardım etməkdir.

Комментариев нет:
Отправить комментарий