22.11.2012

Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb

“Azərbaycanda yeni xəbər portalı fəaliyyətə başlayıb”. Bunu www.azerbaycanliyam.com  portalının sahibi jurnalist Babək Göyüş bildirib. Onun sözlərinə görə, “Azərbaycanlıyam” adlı yeni xəbər portalı Azərbaycan mediasında ilk dəfə olaraq Azərbaycan, türk və rus dillərindəki xəbər lenti ilə yanaşı, Euronews televiziyasının yayımladığı video xəbərləri türk dilində oxucuların diqqətinə çatdırır. Portalda həmçinin Azərbaycan, Türkiyə və Rusiyanın aparıcı televiziya və radio kanallarına da canlı baxmaq və qulaq asmaq olur. Oxucular portal vasitəsilə öz ev və iş telefonu, qaz məsrəfi, elektrik enerjisi, su məsrəfi, nəqliyyat vasitələri üçün gömrük tarifləri, texniki baxış, sürücülərin cərimələri və cərimə balları haqqında da bilgi ala bilərlər. Portaldsa Hollivudun çəkdiyi filmlərə də heç bir qeydiyyata düşmədən asanlıqla baxmaq olur. Futbol həvəskarları isə sevimli komandalarının hansı televiziya kanalı ilə efirə gedəcəyi haqqında məlumat ala və nəticələri izləyə bilər.

Комментариев нет:

Отправить комментарий