30.11.2012

“CIA” homoseksuallara qapılarını açdı

CIA homoseksuallara qapılarını açdıAmerika Mərkəzi Kəşfiyyat İdarəsi “CIA”, tarixində ilk dəfə homoseksualları sıralarına qoşmaq üçün kampaniya başladıb

“CIA” nümayəndələri, “Miami-Dade” bölgəsində gay, lezbian, biseksual və transeksual ictimayyətlərinin üzvləri ilə bir araya gəliblər. ”CIA” bu görüşü ilk dəfədir təşkil edir. İkinci görüş isə bu həftə Orlandoda baş tutacaq. İlk görüşdə ”CIA”-nın qapılarının hər kəs üçün açıq olduğu və heç kəsə cinsi seçiminə görə ayrı-seçklilik edilmədiyi söylənilib.
ABŞ federal hökuməti, 1995-ci ilə qədər homoseksualları təhlükəli hesab edərək onların gizli sənədləri görməsinə icazə vermirdi. Keçmiş prezident Bill Klinton, 1995-ci ildə bir sənəd imzalayaraq, federal hökumətin heç bir məmura irq, din, etnik mənşə və xüsusilə cinsi seçim mövzusunda ayrı-seçkilik edilməyəcəyini bildirib.
Qeyd edək ki, “CIA”-da üzvlərinin sayı 230-a çatan, gay və lezbian məmurlar tərəfindən dəstəklənən bir dərnək fəaliyyət göstərir.

Комментариев нет:

Отправить комментарий