14.05.2013

EY QADIN!


Nuray Nur 

Gözlərin ulduz tək gecənin  bəzəyi,
Çöhrənsə Günəşdir, doğurar səhəri.
Danişsan süzülər dilindən Günəşin şəfəqi.
Rəssamın ən gözəl çaları, şairin ilhamı,
Təpədən dırnağa sənətsən, şeirsən, ey qadın!

Məcnunu divanə eyləyən Leyli sən!
Kərəmi eşqindən yandıran Əsli sən!
Fərhada qayalar yardıran ən Şirin sevgi sən!
Sehr tək, tilsim tək ürəyə hopmusan.
Həm aşiq, həm  eşqsən, ey qadın!


Dünyanın içində başqa bir dünyasan,
Özün də içində dünyalar  qurarsan.
Bətnində hifz edən, bəsliyən, böyüdən,
 Soyuqdan qoruyan qucağı ocaqsan.
Nəğməylə qulaqdan ürəyə süzülən,
Muğamsan, laylasan, ey qadın!

Sən varsan həyat var, bəşər var,
Sən varsan səninlə yoxluqlar var olar.
Qayğıdan, şəfqətden yoğrulub varlığın,
Sən ancaq dünyada səvməkçün doğulan
Anasan, bacısan, övladsan, ey qadın!

Ürəyin övladçün çırpınar hər vədə,
Pərvanə misali atarsan özünü sən oda.
Dönməsə sübhədək gözlərsən bezmədən,
Təlaşdan qovular gözündən yuxu da.
Duayla, umidlə qaranlıq yollara nur saçan,
Zülməti əridən işıqsan, mayaksan, ey qadın!


Vücudun mərhəmət, şəfqətdən yoğrulub,
 Hər dərdə, möhnətə dərmansan, dəvasan.
Ağrılar qaygıkeş  əlinin odundan utanıb,
Tüstü tək buxara çevrilər, dərdləri qovansan.
 Hər dərdin çarəsi,  şəfası səndədir,
Ən gözəl  təbibsən,  loğmansan, ey qadın!

Sən elə sirsən ki,  cavabın bilinməz,
Sirrini  çözməyə bəşərdə dərk  yetməz.
Yaradan nə qədər möcüzə var edib,
Tək sənin içində möcüzə say, bitməz!
 Adına nə deyim bilmirəm, axı sən,
Büsbütün bəşərsən, hər şeysən  ey qadın!

Комментариев нет:

Отправить комментарий