12.05.2013

BAŞIN SAĞ OLSUN CİBİMİZ

Qalib Şəfahət

Bu dünyanın dərdindən,
Elə bizim dərdimizdən,
Cibimiz xəstə düşüb...
Əlmizi cibimizə salmırıq,
Cibimizi incitməyək deyə.
Əlimiz cibimizdə ölər,
Cibimiz cibimizdə.
Daha cibimiz tab gətirmir.
Nə bazara,
Nə də ev-eşiyə,
Onlar da dərk eləmir,
Körpə uşaq kimi,
Cibimizin nə çəkdiyini.
Dost-tanış yanında
Əlimizi cibimizə salmırıq.

Qoyuruq ürəyimizin başına.
Balıq başdan iylənir deyə,
Əvvəlcə başını kəsirlər.
Bizim cibimizi kəsdilər.
Cibimizin dərdinə şərik çıxıb,
Baş sağlığı veririk,
Başın sağ olsun cibimiz...

Комментариев нет:

Отправить комментарий