Yaxud Gerri Muğanda hansı xariqələr yaratdı?
Masallıda bu gün ənənəvi atçılıq, çaparlıq yarışları keçirilib. 100-lərlə çaparın iştirak etdiyi at yarışında Cerri adlı at 1-ci olub.
Masallıda hər il keçirilən ənənəvi at yarışması ötən həftə yenə də rayonun Xırmandalı kəndindəki cıdır meydanında baş tutub. Buradakı at yarışlarına Masallı ilə yanaşı ətraf rayonlardan - Cəlilabad, Neftçala, Salyandan olan onlarla çapar qatılmışdı. Münsiflər 100-dən artıq çaparın gətirdiyi atların içində seçim etdilər. Onların seçimindən sonra yarışda 28 çaparın iştirak edəcəyi açıqlandı.
Çaparlar 7 qrupa bölündü. Hər qrupda 4 çapar öz məharətini göstərdikdən sonra qrupdakı qaliblər finala vəsiqə qazandılar.
Bu çaparlar Azərbaycan cinsləri olan Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə yarışdılar. Yarışın qaydalarına görə iştirakçılar 1000 metr məsafəni qət etməli idilər. Finiş xəttinə daha tez çatan çapar qalib sayılacaqdı.
Yarışdan öncə Gerri, Neqr, Kəhər atlarının qalib olacağını proqnozlaşdıranlar daha çox idi. Bu versiyalar da özünü doğrultdu. Çapar Elnur İsmayılovun (Masallı rayonu Xırmandalı kəndi) Gerri adlı atı bu yarışmada 1-ci oldu.
Münsiflər heyətinin nümayəndəsi Ramil Məmmədovun bildirdiyinə görə, artıq 10 ildir ki, kəndimizdə belə atçılıq yarışları təşkil olunur və getdikcə bu yarışmaya maraq xeyli artır. Belə at yarışlarının keçirilməsi isə gənclərdə bu idman növünə olan marağı daha da artırır. Arzu edərdik ki, gələcəkdə belə yarışmaların miqyası daha da genişlənsin.
Qeyd edək ki, yarış elə çaparların özləri tərəfindən təşkil edilmiş, onların hər biri 5 manatdan pul qoymaqla mükafat fondu yaratmışdılar. Texniki xərclər çıxıldıqdan sonra əsas mükafat çapar Elnur İsmayılova təqdim edilib.
"Cənub xəbərləri"

Комментариев нет:
Отправить комментарий