13.02.2014

Ustad Abdullah Fatiminiya qəzəb haqqında


Ustad Abdullah Fatiminiya: “Bütün hədisləri bir yerə toplasaq ümümi bir nəticə çıxarmaq olar: cavanları ən çox ziyana salan şey qəzəbdir. Mənəvi qapıların üzünüzə bağlanmasının birinci səbəbi qəzəbdir. Yəni əsas problemlər onunla əlaqəlidir. Maşallah görürsən hər şeyi qaydasında- əlində təsbehi, barmağında üzüyü, saqqalı xətli, zahirdə mömin bir cavandır.
Çöldə çox ədəbli, mömin görsənir. Elə ki evə gedir anası ilə kobud danışır. Hələ soruşsan harda idin, qürurla deyir kumeyl duasına getmişdim. Nə kumeyl? Bəzi adamlar 40 ildir kumeyl duasına gedirlər amma evdə arvadları ilə düzğün rəftar etməyi öyrənməyiblər. Sən hələ 40 ildir dilini kontrol edə bilməmisən. Nə faydası? Həzrət Əli demişkən ruhumuzu mühasibə etsək, yaxşı götür qoy etsək görərik ki, əksər rəhmət qapılarının üzümüzə bağlı qalmasına bais olan həmin qəzəbdir. Qəzəb məsələsini həll edə bilsə insanın çox qapılar üzünə açılar”.

Комментариев нет:

Отправить комментарий