20.02.2014

Səudiyyə müftisindən yenə fitnə: "Şiələr müsəlman deyil"

Səudiyyə müftisi Əbdüləziz əl-Şeyx canlı olaraq televiziya proqramında iştirak edib və tamaşaçıların suallarını cavablandırıb.
İslamazeri.az-ın “Al Aləm”-ə istinadən verdiyi xəbərə görə, bir müddət öncə hətta şəkil çəkdirməkdən imtina edən Səudiyyə müftisi Əbdüləziz Al əl-Şeyx canlı verilişdə tamaşaçıların suallarını cavablandırıb. 
Proqramlardan birində livanlı ləhcə ilə danışmayan bir şəxs özünü livanlı İhab kimi tanıtdırıb və bir neçə sual verib. İhab ilk öncə müftiyə zarafatyana deyib ki, mən hər zaman yorğunluq hiss edəndə sizin gözəl üzünüzə baxıram! Çünki alimin üzünə baxmaq ibadətdir! 

Tamaşaçı sözlərinin davamında 2006-cı il müharibəsində (Livanın Sionist rejimlə 33 günlük müharibəsi) iştirak etdiyini və Hizbullaha kömək etdiyini deyib və sual ünvanlayıb ki, görəsən buna görə cəzalandırılacaqmı? 
Verilişin aparıcısı İhabın sözünü kəsərək soruşub ki, "Hazırda səhvini anlayıb tövbə edirsən?" 
İhab cavabında deyib: “Mən İsraillə mübarizə üçün "Hizbullah"-a qoşulmuşdum...” bu yerdə əlaqə kəsilir və tamaşaçı ikinci sualını ünvanlaya bilmir. 
Amma Səudiyyə müftisi cavabında deyir: “Bu şəxs İsraillə vuruşduqlarını “iddia” edən və haqq olduğlarını təsəvvür edən Hizbullaha yardım edib. Ümid edirəm tövbə etsə Allah onu bağışlayar. Təbii ki, bu təhlükəli işdir. Çünki qeyri-müsəlmanlara yardım etmək İslama ziddir. Ümid edirəm ki, bu işindən tövbə edər."
Səudlu müfti bir kəlmeyi-şəhadət dediklərinə görə, Əbu Süfyanı və Peyğəmbərin əmisi Həmzənin ciyərini yeyən Hindəni müsəlman kimi qəbul etdiyi halda, gündə 5 dəfə namaz qılaraq Allahın təkliyini və Peyğəmbərlərin haqqa niyyətini qəbul edənləri niyə müsəlman saymadığını açıqlamayıb.
Qeyd edək ki, bu Səudlu müfti Allahın iki ayağının olduğunu qəbul edən vəhhabi alimlərindəndir və ərəblərin sosial şəbəkələrində buna "dəccal müfti" ləqəbi veriblər.

Комментариев нет:

Отправить комментарий