Bu gün Azərbaycanın böyük qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı, Nardaran kəndinin ölkəmizə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri olan Hacı Ələmdar Mahir vəfat etmişdir. Allah rəhmət etsin.
Quliyev Ələmdar Əbdülrəhim oğlu Mahir 1950-ci il may ayının 26-da Bakının Nardaran kəndində dindar bir ailədə gözünü dünyaya açmış, burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbr və dözümlə onlardan da öyrənməyə səy etmişdir.
Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, H.Ə.Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır.
Hacı Ələmdar Mahir 1962-ci ildən kiçik heca şeirləri yazmağa başlamışdır. 1965- ci ildən isə "Mahir" təxəllüsü ilə əruzda klassik şerimizin qədim adət-ənənələrini davam etdirmişdir. 1993-cü ildə dini şeirlər müsabiqəsində qalib gəlmiş və bütün Qafqazın şeyxiHacı Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçrilən qəzəl müsabiqəsində birinci yeri tutmuş və Əliağa Vahid adına mükafata layiq görülmüşdür. Müxtəlif qəzet və jurnallarda şer və məqalələri ilə çıxış etmişdir.
1998-ci ildə Hacının "Səadət intizarında" kitabı çapdan çıxmışdır.
2000-ci illərdə tədqiqat işləri ilə məşğul olan şairin bir neçə kitabı işıq üzü görmüşdür.
Ədəbiyyatımızda Hacı Ələmdar Mahir imzası ilə tanınan dahi şəxsiyyətin 2010-cu ildə Bakı Muğam mərkəzində 60 illik yubileyi möhtəşəm şəkildə qeyd olunmuşdur.
Azərbaycanın böyük qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı, Nardaran kəndinin ölkəmizə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri olan Hacı Ələmdar Mahir bu gün (21 fevral 2014-cü il) uzun sürən xəstəlikdən sonra gözlərini əbədi yumaraq haqq dünyasına qovuşmuşdur. Allah rəhmət etsin.
Sonda biz Nardaran Rəhimə xanım (s.ə) ziyarətgahının rəsmi saytı olan "Nardaranpiri.com" olaraq mərhum Hacı Ələmdar Mahirin ailə üzvlərinə,yaxınlarına,qohumlarına ,dost və tanışlarına bu qəmli gün münasibəti ilə dərin hüznlə başsağıiği verib Allah rəhmət etsin deyirik.
nardaranpiri.com

Комментариев нет:
Отправить комментарий