Son günlər Azərbaycan televiziyalarında müxtəlif sahələrə aid işçilərin uzaqlaşdırılması halları yaşanmaqdadır. İlk öncə ixtisarlar ANS-də aparıldı, bəzi bölgədə şöbələr bağlandı. Daha sonra isə Xəzər və Lider televiziyalarından işçilər uzaqlaşdırıldı, ATV-də isə bəzi verilişlərin bağlanacağı artıq məlumdur. Düzdür, digər televiziyalardan çıxanlar cəmiyyətdə kifayət qədər tanınmasalar da, Azərbaycanda əl hərəkətləri ilə xəbər təqdim edən ilk aparıcı Anar Nəcəflini hamı tanıyır. Bir müddət öncə Xəzər televiziyasından uzaqlaşdırılan aparıcının rəhbərliklə sözünün çəp gəlməsi söylənsə də, təfərrüatlar barədə açıqlama verilmədi.
Aparıcını yaxından tanıyan bir nəfər isə bildirdi ki, əslində səbəb Suriya məsələsidir. Belə ki, Suriyada hadisələr başlayandan bəri Xəzər TV-nin birtərəfli şəkildə xəbər yayımlaması daim Anar Nəcəflinin etirazı ilə qarşılanıb. O, Suriyadakı qanlı olaylarda əsas günahın terror təşkilatlarının üzərində olduğunu və bunun da işıqlandırılmasının vacibliyini bildirib. Həmçinin terrorçuların törətdikləri qətliamların belə, Əsəd ordusunun işi kimi təqdim edilməsi narahatlıq yaradırmış.
Dəfələrlə edilən bu etirazlardan sonra isə kanal rəhbərliyi 7 ildir televiziyada çalışan təcrübəli aparıcı ilə yollarının davam edə bilməyəcəyinə qərar verib.
Qeyd edək ki, ölkə televiziyalarından fərqli olaraq Xəzər televiziyasında Suriya ilə bağlı birtərəfli məlumat yayılır. Və daim törədilən qətliamlarda Bəşər Əsəd ittiham olunur. Orada fəaliyyət göstərən və dünyanın hər yanından, o cümlədən Azərbaycandan gedən terrorçular barədə isə bir cümlə də xəbər verilmir.
Xatırladaq ki, Xəzər Televiziyası Türkiyənin Samanyolu Yayın Qrupuna məxsusdur və sahibi Türkiyə vətəndaşı Hüseyin Dinlemezdir. Samanyolu Yayın Qrupu isə nurçu təriqətinin lideri Fətullah Gülənin nəzarətindədir. Fətullah Gülənən moziələri də həftənin bir neçə günü məhz “Samanyolu”nda yayımlanır.
Səsələndirilən iddia ilə bağlı adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Əli Hüseynli faktxeber.com

Комментариев нет:
Отправить комментарий