01.07.2014

Qasim Süleymani - İslamın igid sərkərdəsi


Qasim Süleymani İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ən məşhur və sevilən komandanlarından biridir və region və dünyada inqilabçı müsəlman gənclər üçün bir nümunə sayılır.
Fars Xəbər Agentliyi, Təhlükəsizlik və Müdafiə Qrupunun məlumatına görə, Qasim Süleymani 2000-ci ilin sentyabr ayının əvvələrində İslam İnqilabının Böyük Rəhbəri tərəfindən Sepah-ın Qüds Korpusunun ikinci komandanı təyin edilib. Qasim Süleymani hərbi qüdrət məfhumunu gözəl dərk edir, rəqiblərini yaxşı tanıyır və risk əhlidir. Düşmənlər belə, onun böyüklüyünü etiraf edirlər.

İngiltərənin “Guardian” qəzeti onun barəsində yazır: "Hətta Soleymanini sevməyənlər belə, onu ağıllı adam hesab edirlər".
"Amerikan İnterprayz" strateji araşdırmalar müəssisəsi Qasim Süleymanini belə təqdim etmişdir:  "General Süleymani bir pragmatik adamıdır və taktiki çətinliklər ilə qarşılaşmada öz rəhbərlik bacarığını sübut edib".
Həmçinin, general Süleymaninin İslami Müqavimətin qələbə çalmasında, 33 günlük Livan, habelə 22 və 8 günlük Qəzzə müharibələrində əldə edilən qələbələrdə və ya İraq və Əfqanıstanın siyasi dosyelərindəki təsirli və uğurlu taktikaları heyrətləndiricidir.
Bəlkə də daha öncə medialarda yer alan mətləblər arasında xitab olunan üçün daha çox maraqlı olanı, Qüds Korpusunun komandanı- Qasim Süleymani ilə sabiq prezident- Mahmud Əhmədinejad arasındakı ixtilafların haradan qaynaqlandığını və necə sonuclandığını bilməkdir.
Və ya nə üçün Cəlal Talibani Mahmud Əhmədinejad ilə görüşdə əvvəl Hacı Qasim ilə salamlaşıb?
Və yaxud Qasim Süleymaninin Bağdadda prezident Cəlal Talibani ilə görüşüb, danışıqlar apardığı zaman Obama telefon əlaqəsi saxlayanda o, "Mam Cəlal"ın şux təbinə cavab olaraq, Obamaya xitabən nə dedi?
Bu gün insanların müxtəlif "filtr edilən və ya edilməyən" və ya "parazitli və ya parazitsiz" medialara çıxış imkanları var. Onlar üçün bunu bilmək maraqlıdır ki, görəsən, Qüds Korpusunun komandanı Hacı Qasim Süleymaninin Suriyaya xarici hərbi müdaxilə təhlükəsini yarmağa nail olmaqda rolu necə olub?
Çoxları istəyir bilə ki, o necə bu qədər rahat İraq, Suriya, Livan, Rusiya, Türkiyə, Çin, Əfqanıstan və dünyanın digər nöqtələrinə səfər edir?
İnsanlar bilmək istəyirlər ki, Hacı Qasim və Hacı Rizvan (şəhid İmad Muğniyyə) arasındakı son xudahafizləşmədən nə qədər ötür və o, dostu və əməliyyat komandanı olan İmad Muğniyyənin şəhadəti xəbərini necə aldı?
İnsanlar bilmək istəyirlər ki, "Sarəllah 41" batalyonunun sabiq komandanı anasının dəfn mərasimində iştirak edə bilmək üçün necə özünü İrana yetirdi?

20-ci əsrin 90-cı onilliyinin sonları və 21-ci əsrin əvvələrində təsirli və nüfuzlu bir regional qüdrətə çevrilən İran istilaçı qüdrətlərin nigaranlığına səbəb oldu.
Digər tərəfdən, Livan Hizbullahının 33 günlük müharibədə İsrail rejimi üzərində qələbə çalması yalnız Təl-Əvivi nigaran etmədi. Bu qələbə Əfqanıstanın fəth edilməsi və İraqda toqquşmaların davam etməsindən sərməst olan və "Yeni Yaxın Şərq" röyasına qapılan amerikalıları da şoka salmış oldu.
Daha öncə İraqda Süleymaninin tədbirlərinin dadı ilə tanış olan və siyasət meydanında elə də uğur qazana bilməyən amerikalılar Hacı Qasim barəsində araşdırma aparmağa başlamışdılar. Amerikalılar çalışırdılar ki, ərəbləri qorxutmaqla, Qasim Süleymanini "Şiə hilalının qaynağı" elan etsinlər.
Amma bu, 33 günlük müharibədəki qələbə idi ki, Hacı Qasim Süleymaninin adının dünya medialarında geniş formada hallandırılmasına səbəb olmuşdu.
Digər tərəfdən, amerikalılar İraqda hər gün daha ağır vəziyyət ilə üzləşdikləri üçün, Sepah-ın Qüds Korpusunun komandanına qarşı təbliğatlarını daha da gücləndirmiş oldular. Amerikalılar özləri istəmədən onu Yaxın Şərqdə bir nömrəli simaya çevirdilər.
Orta Asiya və Pakistandan tutmuş Aralıq dənizi, Ərəbistan Yarımadasının cənubu və Afrikanın şimalına qədər, nəticə əldə edə bilmədikləri hər yerdə "İranlı Komandan" adlandırmağa başladıqları bu kirmanlı sərkərdəni səbəbkar görürdülər.
Onlar işi o yerə çatdırdılar ki, ABŞ-ın bəzi hərbi rəsmiləri açıqcasına Süleymaninin terror edilməsini istədilər.
Ərəb dünyasında və Afrikanın şimalında dəyişikliklərin başlanması ilə Hacı Qasim Süleymaniyə qarşı bu media savaşı daha da şiddətləndi.
Və elə bir həddə çatdı ki, Misir mediaları iranlı turistləri Qasim Süleymaninin adamları adlandırdılar və onu Suriya ordusunun həqiqi komandanı elan etdilər.
Təbiidir ki, onların medialarının Qüds Korpusu və onun komandanına qarşı hücumları ölkə daxilində də işıqlandırılır və buna görə də o, az danışan bir insan olmasına və medialardan kənar gəzməsinə rəğmən, Sepah-ın digər komandanlarından daha artıq məşhurlaşmış oldu.
KARİZMATİK POPULYARLIQ. Böyük sərkərdə, şəhid Hacı Məhəmməd İbrahim Hemmətin oğlu- Məhəmməd Mehdi onun barəsində deyir: "Hacı Qasim ilə bağlı mənim ilk təəssüratım bir xatirəyə bağlıdır. Belə ki Hacı Hemmət 7 mart 1984-cü ildə Məcnun adasında döyüşlərin getdiyi və 27-ci batalyonda uşaqların bir çoxunun şəhid olduğu bir vaxtda, 41-ci diviziyadan dəstək almaq üçün Hacı Qasimin yanına gedir ki, köməyinə adam göndərsin. Hacı Qasim onun istəyinə cavab olaraq, bir qrup döyüşçünü "Həzrət Rəsul" batalyonuna dəstəyə göndərir”.
Hacı Hemmətdən sonra onun canişini olan sərkərdə şəhid Abbas Kəriminin yeganə oğlu- Davud Kərimidən "Hacı Qasim barədə ilk hissiniz və təsəvvürünüz nədir?" deyə soruşduqda deyir: “Digər şəhid övladları ilə Hacının görüşünə getdikdə uşaqları bir-bir qucaqlayırdı və kimsənin bizi tanıtdırmasından öncə, bizim kim olduğumuzu təxmin etməyə çalışırdı. Məni qucaqladığı zaman dedi: Sən şübhəsiz, Abbasın oğlusan. Atana çox oxşayırsan. Çox şirin və unudulmaz bir an idi ki, atamın dostu məni bu cür tanıdı”.
Hacı Qasim Süleymani müharibədən sonrakı illərdə şəhid ailələri ilə əlaqəsini qoruyub, saxladı. Hətta çətin günlərdə şəhid ailələri ilə əlaqəsini daha da möhkəmləndirməyə çalışırdı.
Şəxsi və fərdi göstəriciləri, xalqa olan sevgisi və xalq ilə münasibətlərində təmənnasız olması ilə yanaşı, sevilən bir şəxsə çevrilməsinin səbəbini, onun ölkə məsələlərinə olan baxışının milli olması və hər hansı bir cinahın tərəfində yer almamasında axtarmaq lazımdır.
Hacı Qasim Süleymaninin baxışında İran unikallığa malikdir və siyasi qruplaşmalara bölünməzdir. O, öz əməli ilə sübut edib ki, vətənin iddiasız əsgəridir. Və danışmaqdan çox, düşüncə və əmələ yer verir.
Siyasətdən yorulmuş insanlar, xüsusilə də gənclər bu günlər bir milli qəhrəman olaraq, Qasim Süleymaninin varlığını həmişə olduğundan daha artıq zəruri hesab edirlər. Elə buna görə də ona vurğunluq gözü ilə baxırlar.
“Sarəllah 41” diviziyasının sabiq komandanının ifratçılıqdan uzaq olan və reallığa əsaslanan rəftarları sübut edir ki, Süleymani kənar və ötəri siyasi məsələlərə zaman sərf etmək yerinə, öz bacarığı və enerjisini əsas məsələlərə, İslamı qorumağa, İran İslam Respublikasının əzəməti, iqtidarı və nüfuzunun genişləndirilməsinə yönəldir.
Sepah-ın Qüds Korpusunun şücaətli komandanı praktiki olaraq, bütün siyasi qruplar üçün etimadlı və hörmətə layiq bir şəxs olduğunu sübut edib və öz baxışlarını çox rahat şəkildə siyasi simaların diqqətinə çatdırır. Necə ki, 2009-cu ildə keçirilən prezident seçkilərinin sonrakı həftəsində islahatçıların əsas simalarından biri ilə görüşə getdi.
Aşağıda oxuyacaqlarınız sərdar Qasim Süleymaninin 16 fevral 2014-cü ildə “Sarəllah 41” diviziyasının Müqəddəs Müdafiə illərindən qalan yadigarları arasında etdiyi çıxışın tam mətnidir ki, onda İslam Dünyasında cərəyan edən hadisələr dəqiq və əlbəttə ki, xülasə şəkildə analiz edilir.

"Bismillahirrəhmanirrəhim!
Mərhum İmam(r.ə)-in və İnqilab və Müqəddəs Müdafiə illəri, xüsusilə də Sarəllah diviziyasının Vəlfəcr-8 əməliyyatı şəhidlərinin, Kirman vilayəti və bütün vilayətlər, Sistan və Bəluçistan və Hörmüzqan və digər məntəqələrdən gəlmiş bu diviziyanın tərkibində olan qardaşlarımızın ruhu şad olsun deyə, habelə əziz və böyük rəhbərimizin sağlamlığı üçün bir salavat çevirin!
Siz əzizləri İran İslam İnqilabının qələbəsinin ildönümü günü münasibətilə təbrik edir və əziz və Böyük İmamımız(r.ə)-in xatirəsini yad edirik. İnşallah, Allah-Tala öz bərəkəti və rəhmətini o pak və xilaskar, İslam İnqilabının Böyük Rəhbərinin dedikləri kimi, misilsiz insanı məsumlar ilə həmnişin etsin və onu peyğəmbərlər və övlyalar ilə bir araya gətirsin, inşallah.
Bu dəvəti qəbul edərək, burada iştirak etdiyiniz üçün səmimi qəlbdən təşəkkür edirəm.
Bu dəfə əziz qardaşımız- Rəzm Hüseyni, Kirmanın valisi də bizimlədir və bu, çox sevindirici bir haldır. Hər halda, bu toplantı “Sarəllah 41” diviziyasının Müqəddəs Müdafiə dövründə xoş xatirələrini canlandırır.  Elə bir dövr ki, qırmızı və qara yox idi. Hər kəs ixlas sahibi idi. Bir tavanın altında yer almışdı. Heç kəs, heç kəsdən soruşmurdu ki, marağı nədir. İmam(r.ə)-in çağırışına ləbbeyk deməsi, İmama həqiqi sevgisini nümayiş etdirməsi kifayət idi. Ora, onun evi idi. Elə bir yer ki, hər kəs, harada yorulsa idi, orada sakitlik tapardı. Ruhu, cismi və canı rahatlıq tapardı.
Cəbhə canlı bir behişt idi və onun gözəl ətrini cəmiyyətimizə yaymağı bacaran hər kəs, şəhidə xidmət etmişdir.
Mən bu toplantıda ki, doğurdan da iki əzizimizin, müqəddəs müdafiə dövrünün yadigarlarından olan sərdar Nuri və cənab mühəndis Rəzm Hüseyninin hüzurundan xeyli istifadə etdik, çalışacağam ki, sizin vaxtınızı çox almayım. Çünki Ciroft və digər yerlərdən gəlmiş əzizlərimiz var ki, tez qayıtmalıdırlar.
Bu gün, 11 fevral və çox böyük gündür. Biz özümüzü, bu cəmi deyirəm, İnqilaba daha yaxın hiss edirik. Ancaq belə hesab edirəm ki, mənim və sizin İnqilab barədəki biliyimiz düşmənlərimizdən daha azdır.
Biz İnqilabla bağlı həqiqi dərki düşmənin səylərində hiss edirik. Baxın, 35 ildir, bu qədər böyük həcmdə səylər- müharibədən tutmuş sanksiyalara kimi- bütün bunlar İnqilabın əzəmətindən xəbər verir və sübut edir ki, İslam İnqilabı son dərəcə qiymətli bir şeydir və ona görə də düşmən onu dəyərdən salmağa çalışır.
Mən istəyirəm bu toplantıda İslam İnqilabı mövzusunu yenidən tanımaq üçün onu başqa formada yenidən bəyan edim.
Bu cəm həm İnqilabdan öncəni dərk edib, həm İnqilab zamanı yaşanan hissləri dərk edib, həm də ondan sonrakı dövrdə İnqilab yolunda səy və təlaş göstərib.
İnqilabı öz aramızda 3 mövzu əsasında araşdıracağıq: İslam və İslam Məktəbi əsasında İnqilab, Şiə və Şiə Məzhəbi əsasında İnqilab, İran və etnik mənsubiyyət əsasında İnqilab.
İslam tarixində ilk mühüm hadisə, 1492-ci ildə baş verdi. Yəni Andalosun süqutu. İslam Dünyasının yüksəlişinin zirvə nöqtəsi. 1492-ci ildə Andalos süqut etdi. Bu da təqribən Amerika Qitəsinin kəşfi ilə bir vaxta təsadüf edir. O zamandan bəri İslam Dünyası bir deqradasiya, bir tənəzzül və bir enişin şahididir. Biz bu dövrdə Osmanlının süqutunun şahidiyik ki, böyük bir islam imperatorluğu idi və İslam Dünyasının böyük bir hissəsini idarə edirdi.
İslam Dünyasının müxtəlif müstəmləkələrə bölüşdürülməsində Şam diyarının bir hissəsi fransızların payına düşdü. İngilislər Asiyanın şərqini və Yaxın Şərqin böyük bir hissəsini ələ keçirdilər. Digər Avropa ölkələri, o cümlədən Belçika və Yunanıstan İslam Dünyasının müəyyən hissələrini öz müstəmləkələrinə çevirdilər. Bu ölkələr İslam Dünyasını parçaladılar, tikə-tikə etdilər. İslam Dünyası Andalosun süqutu ilə başlanan tənəzzül dövründə sıfır nöqtəsinə çatmış oldu ki, bunun nəticəsi, 1967-ci ildə Qüdsün süqut etməsi idi. İslam Dünyasının mərkəzində yerləşməsinə, müsəlmanların böyük  sərvətə, imkanlara və insan resurslarına malik olmasına baxmayaraq, yəhudilər Qüdsü fəth etdilər.
Qüds Andalos kimi Avropanın mərkəzində yerləşsəydi, bəlkə də bunu anlamaq olardı. Amma Qüds İslam Dünyasının mərkəzində idi. 1967-ci ildə Qüdsün süqut etməsindən bəri baş verən hər hadisə İslam Dünyası üçün sıfırın altında olub ki, bunların arasında ən mühüm olanı Kemp-Devid məsələsi olub. Misirin sabiq prezidenti- Sadatın Təl-Əvivə səfəri oldu. Bütün bunlar sıfırın altında olub.
1981-ci ildə Ərəbistan kralı Fəhd cinayət etdi. Birinci dəfə deyildi ki, o, İslam Dünyasına xəyanət edirdi. Onun ilk xəyanəti Fas Konfransını təşkil etmək idi. Gəldilər, İordaniyada Fəhdin planı olan sionist rejim ilə saziş planını gündəmə gətirdilər. O zaman Ərəfat ağladı və qayıtdığı zaman dostlarına dedi: “Ərəblər bizi satdılar”.
Bu tənəzzül İmam Xomeyni (r.ə.) gələnə kimi davam etdi.
Sadatın işğal olunmuş Fələstin torpaqlarına səfər etməsində və Benquryon hava limanında əl yelləyərək, təyyarədən enməsindən bir neçə ay sonra İmam Xomeyni Tehranda Mehrabad hava limanında təyyarədən endi.
İslam İnqilabının qələbə çaldığı və İmam(r.ə)-in qayıdışı zamanından İslam Dünyasının yüksəliş dövrü başlandı və İslam Dünyasının tənəzzülü və deqradasiyasının qarşısı alındı və yüksəliş dövrü başlandı.
İmam idi ki, öz şücaətli qərarları, addımları, misilsiz davranışları ilə İslam Dünyasını tənəzzüldən xilas edərək, yüksəlişə doğru yönəltdi. Siz, hər halda bu yüksəlişdəsiniz. Baş verən bütün hadisələr, bir yüksəlişin hadisələridir. 33 günlük müharibə, 22 günlük müharibə və digər mövzular bu qəbildəndir.
Ərəb dünyasında ən çox sevilən bir rəhbər, Camal Əbdülnasir idi ki, ərəblərin sionist rejimə qarşı müharibəsində Ərəb Cəbhəsinə liderlik edirdi.
Ərəb dünyasında "Nasirizm" adı ilə mövcud olan bu Nasir cərəyanı geniş bir cərəyandır. Yalnız Misirə aid deyil. Bu Nasir "Zafər" adlı bir raketə də malik idi ki, Təl-Əvivi vurmağa qadir idi.
Camal Əbdülnasir ərəblərin şücaətlilərindən idi, çox da sevilirdi. Amma Təl-Əvivi raketlə vurmağa cürət etmədi. Halbuki müharibədə idilər və Sina səhrası işğal edilmişdi. Lakin bunu edə biləcək cəsarəti olmadı. İslam və Ərəb ölkələrinin illik gəliri, fələstinlilərin daşla müqavimət göstərdikləri bir şəraitdə, 1 trilyon dollara yaxın idi. Silah anbarları isə Avropadan alınmış müxtəlif növ silahlar ilə dolub, daşırdı.
Ərəbistana baxın, hər il Amerika və digər ölkələrdən aldıqları silahların həcminə baxın, aldıqları silahların sayı ölkədəki adamların sayından belə, çoxdur!
İmam Xomeyni gəldi və daşı raketə çevirdi. İmam gəldi və bu cəsarəti müsəlmanlara  verdi. Təl-Əvivə düşən raket ərəblər və İsrail rejimi arasında baş vermiş bütün müharibələrin əksinə olaraq, ərəb raketi deyildi, bu raket Misir raketi deyildi. Bu raket Osmanlı iddiasında olan türk raketi deyildi. İmam yüksəltdi, məktəb baxımından bütün İslam Dünyası İmama borcludur.
Allah bilir, əgər İmam olmasaydı, əgər bu inqilab və quruluşu formalaşdırmasaydı, bu hadisə baş verməzdi. İslam Dünyasının vəziyyəti necə olardı? Necə ki, onun bir hissəsi hələ də belə bir vəziyyətə malikdir. Bu məktəb baxımından.
Şiə məzhəbi baxımından, biz şiəyik və bu ölkənin iftixarı, əhalisinin 92%-nin şiə olmasıdır.
Hicrətin 40-cı ilində Möminlər əmiri- Əli(ə) şəhid olduğu zamandan İslam Tarixi boyunca, İslam İnqilabına kimi müxtəlif dövrlərə nəzər salın, 80 il Bəni Üməyyə hakimiyyət sürüb, 600 il Bəni Abbas hakimiyyət sürüb, 400 il Osmanlılar hökmranlıq ediblər. Amma heç bir yerdə şiə, şiə məzhəbi olaraq öz məzhəbini elan etməyə cürət etməmişdir.
İmam bizim boynumuzda böyük haqq sahibidir. Bunu dərk etməli və İnqilabın ildönümündə İmamın gördüyü bu böyük işə bir qədər diqqət yetirməliyik.
Osmanlıların məclisi var idi, seçilmişlər məclisi. Seçilmişlər məclisində bütün dinlərin nümayəndələri var idi. Xristianlar, yəhudilər və bizim sünni qardaşlarımızın nümayəndələri var idi. Şiələrin isə nümayəndəsinin iştirakı qadağan edilmişdi.
İngilislər İraqa hücum etdikləri zaman, o zaman İraq Osmanlıların hakimiyyəti altında idi və Osmanlı İmperatorluğunun bir hissəsi sayılırdı. İngilislər qarşısında müqavimət göstərən yeganə məcmuə, yalnız şiələr və şiə alimləri oldular.
İraq yenidən təsis olunduğu zaman və Məlik Feysəl İraqda hakimiyyətə gəldikdə, İraq əhalisinin təqribən 60%-ni şiələr təşkil etsələr də şiələrə yalnız iki nazir vəzifəsi verilmiş oldu. Nazirliklərin strukturu isə yox!
Əbdüssəlam Arif ilk dəfə İraq ordusunu təsis etmək qərarına gəldikdə və hərbi məktəbə 300 tələbə qəbul etdikdə, bu tələbələrdən yalnız 3-ü şiə idi. 297-si isə sünni idi. Şiə dini mərcəliyə malik idi, fiqhi məsələlərdə mərcə təqlidin göstərişlərinə əməl edirdi. Lakin siyasi baxımdan mərcəiyyətə malik deyildi. İmam Xomeyni gəldi, şiə üçün bu siyasi mərcəiyyəti formalaşdırdı.
Bu İslam Respublikası şiələr üçün siyasi mərcə oldu. Şiənin bu siyasi mərcəyi, biz bu işin şəxsi və fərdi olduğunu təsəvvür edək, yox, İmamın banisi olduğu bu quruluş kamil və hərtərəfli idi və görün, İmamın İranda qurduğu bu quruluş, İranın konstitusiyasında məna və məfhuma malik olan bu quruluş necə hökm edir və bu quruluşun islam və respublika yönlərini necə qoruyur.
Əgər bu qab naqis olarsa, bu formatın zəif cəhəti olarsa, bu quruluşun nöqsanı olarsa, heç kəs bu işi görə bilməz. Heç kəs, nə qədər xarizmatik olsa da bir işarə ilə böyük bir iş görə bilməz.
İmam bu böyük iş ilə bir quruluşda tərif olunasıdır. Bu quruluşun tutumu elə bir tutumdur ki, bütün dəyərləri, dini, insani və əxlaqi dəyərləri onda bir araya gətirmək mümkündür. Bu imkan yaranmış olur. İmam bu imkanı yaratmış oldu ki, İran şiənin siyasi mərcəyi olsun.
Bir məsələni də izah edim. Çünki bəzi vaxtlar bir çoxları səhvə düçar olurlar və elə təsəvvür edirlər ki, ruhaniyyət yalnız bir yönlüdür və yalnız dini-məzhəbi xarakter daşıyır. Amma elə bu mərcəlik idi ki, İraqı ABŞ-ın hulqumundan çəkib çıxardı və qaydaya saldı. Əgər mərcəlik olmasaydı, kim bu işi görə bilərdi? Necə İraqın şiə mübarizələri İrana arxalana bilərdilər? Bu quruluş, bu sistem, bu format bu mövzu və bu işin formalaşmasına səbəb oldu. İmam əsaslı və böyük işlər gördü.
Şiəliyin dirçəlişi nədir? Şiəliyin İran mərcəliyi ilə dirçəlişi İrana bir güc verir. Həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi baxımdan.
Bu ki deyirlər, "Şiə hilalı", Şiə hilalı ki, siyasi deyil. Şiə hilalı iqtisadi bir hilaldır. Dünyanın ən mühüm iqtisadi məsələsi neftdir. Biz bilirik ki, 3 ölkə- İran, İraq və Ərəbistan dünyanın ən zəngin neft ehtiyatlarına malikdirlər. Ərəbistan birinci, İran ikinci və İraq üçüncüdür. Dünyanın neft ehtiyatlarının təqribən 70%-i şiə sakinli məntəqələrdədir. Və ya təqribən 80 faiz şiə sakinli məntəqələrdədir. İraq nefti Bəsrə-Bağdad dəhlizində, Ərəbistan neftinin 80%-i şiə sakinli Dəmam, Qətif məntəqələrində yerləşir. İran isə aydındır.
Şiənin siyasi mərcəliyi İrana əlavə qüdrət vermiş olur. Eyni zamanda İran şiəliyə özünü bərpa imkanı yaratmış olub ki, bu da qalıcı təsirlərdən biridir. Əgər İran olmasaydı, bu hadisələr də baş verməzdi. Bir zaman İraqın liderlərindən biri mənim yanıma gəldi. Deyirdi: Mən Tariq Haşimi ilə Məlik Abdullanın yanına getdim. O narahat idi və Tariq Haşimiyə dedi ki, mən sizə 2 milyard yardım etmişəm ki, İraqda hələ də şiələr hökumət etsinlər?
Tariq Haşimi bildi ki, o, mənim şiə olduğumu bilmir, güldü və dedi: Biz şiəni özümüzlə gətirmişik!!
İranın böyük siyasi siması bu işi gördü və İraqın xeyri nədir?
İraqı İranın müqabilində müqavimət qalasına çevirmişdilər. Bütün ərəblərin İran qarşısında bir qalası və ya şərq cəbhəsi idi. Səddama verdikləri pullar da elə buna görə idi.
Uzun müddət idi, İslam Respublikası dövrünə də aid deyildi. Şah vaxtı da var idi. Əgər biri belə fikirləşsə ki, bu münasibət İslam Respublikası dövrünə aiddir, səhv edir. Şah zamanında İraq ilə bir neçə savaş oldu ki, onlardan biri 343-cü Mehran təpəsində savaş idi.
Lakin şiənin siyasi mərcəyi bunu verdi və nə nəticə əldə etdi: "İslam Respublikasına siyasi, təhlükəsizlik və digər məsələlərdə güc vermək".
Elə fikirləşməyin ki, biz İraqa xərcləyirik, xeyir. Biz hazırda İraq ilə 12 milyard riyallıq ticarət edirik. Bu rəqəmi 30 milyard dollara qədər artırmaq olar.
Ötən il 1 milyon 200 min iraqlı zəvvar İrana səfər edib ki, onların hər biri 3-5 min dollar pul xərcləyib. Bu, mənim sözlərim deyil və qərar da deyil, iqtisadi məsələlərdən bəhs edəm.
İmam Hüseyn(ə) Ərbəinində Ərəbistanın kənarında baş tutan 20 milyonluq manevr və yürüş, vəsfə gəlməzdir. Bəzi vaxtlar ağlımıza belə gəlməyən adi adamlar hərtərəfli sözlər deyirlər.
İranlı olmayan bir şəxs şiələrin bu yürüşü barəsində deyir: Siz mənə deyin görüm, dünyada hansı sultandır ki, 20-25 milyon insanı öz hesabına, piyada olaraq özünə doğru səfərbər edə bilsin və heç kəs də hər hansı bir çatışmazlıq hiss etməsin? Dünyada elə bir sultan, şah, prezident və ya hər hansı bir güc varmı? Və sonra özü cavab verdi: Bəli! Bir sultan bu işi gördü. O, İmam Hüseyn(ə) idi.
Bu, bizim qüdrətimizdir. Bu, şiənin 20 milyonluq dini-məzhəbi təzahürü idi. Bu, haqlı olan təyyarələr, tanklar və topları nümayiş etdirmək üçün silahlı paraddan öncəki qüdrət nümayişi idi.
Bir mövzuda təəccüb edirlər və İmam ona rol verdi, mehvər təyin etdi. İran və İran etnosu tarix boyu bu hökumətlər və müharibələrin şahidi olub. Siz İran tarixinə nəzər salın, həmişə İran müharibələr meydanı olub. İran tarixinin 700 ili, Samanilər, Xarəzmşahlar və müxtəlif millətlər İranda hökmranlıq ediblər. Səlcuqilər müxtəlif yerlərdən gəliblər və uzun bir müddət üçün əfqanlar, monqollar İranda olublar, bütün millətlərdən.
Ancaq bunu hamı deyir ki, bu son müharibədə, yəni İraq-İran müharibəsində ilk dəfə olaraq bir tərəfdə İran və digər tərəfdə dünyanın bütün qüdrətləri dayanmışdı, İran öz torpağının bir qarışını belə itirmədi və dayandı, başıuca və qalib olaraq müharibədən çıxdı. 
Bu, İmamın böyük işi idi ki, məzhəbi xalq və millət üçün dayağa çevirdi. Əgər bu deyildisə, iftixarlı Vəlfəcr-8 əməliyyatının ildönümündəyik, bəs nə idi? Bu səhnələr, Şəhid Əmini və Kərbəla 4 və 5 əməliyyatındakı digər dalğıclar, o qorxunc və dəhşətli səhnələr, gecənin qaranlığında suda, heç bir müdafiə olmadan, kimin buna cürəti çatardı, məzhəbdən başqa?
İmam din və cümhuriyyəti birləşdirməklə İslam Respublikası adlı bir zəmin hazırladı ki, İslami İranı sığortalamış oldu. Məgər bu günün qüdrətləri monqollar, əfqanlar, tatarlar, taciklər, samanilər, xarəzmşahlar ilə müqayisə ediləsidir?
Nə üçün kimsə belə bir cəsarət edə bilmir? Bu gün bu qüdrət ki, hamı onu gördü. Bu, sizin gördüyünüz qüdrət, İmamın hünəri idi. Məzhəbi milli xüsusiyyətlərlə birləşdirmək və İmam elə planlaşdırdı ki, biri digərinə üstün gəlməsin, biri digərini məğlub etməsin. Nə məzhəb demokratiya və xalqı, nə də xalq və demokratiya məzhəbi. Kim belə bir hissi yarada bilərdi? Heç kəs bu işi görə bilməz. Bizim dövlətimiz, bizim parlamentimiz, bizim ədliyyə sistemimiz, bizim şuralarımız. Bütün bunlar İmamın hünəri idi.
Bir çox böyük şiə alimləri mübarizə ediblər, İslam və Şiəliyə xidmət ediblər, kitablar yazıblar. Amma İmam hara, İmamın da öz sözlərində dəfələrlə alqışladığı və hörmətlə yad etdiyi o dəyərli cəmiyyət hara?
İmam bu quruluş üçün iki böyük iş gördü: Bütün qanun-qaydaları Vilayət Fəqihə və digər dəyərli qurumlar və ikincisi İranın qüdrəti və əzəməti. Bundan əvvəl burada bir növ millətçilik formalaşdıdırmışdır. Millətçilik "Vətən sevgisi" mənasında olsa pis deyil. Amma, Şah zamanı formalaşdıdırmış “millətçilik” Vətəni qurmaq mənasında olsaydı biz müharibədə görərdik. Ancaq görmədik. Müharibə xarici bir hücum idi. İran hücuma məruz qalmışdı. İranın qədim və tarixi düşməni tərəfindən. Bəs, bu “millətçilər” harada idilər? Biz görmədik “azadlıq hərəkatını”, biz görmədik “milli cəbhəni” və “azadlıq cəbhəsini”.
Bunlardan kimisə cəbhədə batalyon. ya diviziya düzəltmək ardınca deyildi, biz görmədik. Bu sözləri deməkdə məqsədim o deyil ki, “millətçilik” hissinə malik olanlar bu gün İmamın yoluna səcdə etsinlər. İmamın gördüyü bu böyük iş, İslam, millət, qövm və ölkə üçün idi.
Necə olur ki, ekologiya tərəfdarları bir heyvan öləndə və ya başqa bir yerdə yanğın çıxanda hərəkətə keçir, bir araya gəlirlər, amma, biz öz “millətçilərimizdə” bu qədərini də müşahidə edə bilmədik. Uzun müddətli bir müharibə baş verdi və biz görmədik ki, onlar bir araya gəlib İran üçün bu işi görsünlər. Amma İmam həqiqi millətçiliyi və bu qövmü sığortalamış oldu. Bugünkü İran həqiqi bir qüdrətə malikdir ki, İranın qədim əfsanələri və tarixi ilə fərqlidir. Aralıq dənizinin şərqində güclü bir İranın varlığından danışmaq olar.
İranın məntiqi budur. İran heç bir yerdə düşmənlərinin etdiyi kimi etməyib, zorakılıq, müharibə və ya pul hesabına inkişaf etməyib.
Bu gün əsaslı savaşın şahidi olan Suriyada bir tərəfdə bütün dünya dayanıb. Digər tərəfdə isə İran. Bəziləri ziyalısayağı nəzəriyyələr verirlər ki, qoy bu Bəşşar Əsəd ağa getsin və yerinə başqası gəlsin. Elə bilin ölüb. Amma məsələnin həqiqətini dərk etmirlər.
Amerika, sionist rejim, Türkiyə və Ərəbistanın yer aldığı bu düşərgədə "xəvarici" yaxşı görürük. Müharibədə mübahisə edirdilər, Əmmar Yasirin öz tərəfdarları arasında olmasına, peyğəmbərdən rəvayət edilən o hədis əsasında ki, deyir: "Əmmar Yasir haqq olan orduda, nahaq olanlar qarşısındakı savaşda öldürüləcək". Müaviyənin qoşunu arasında sonralar bu qəbul edildi, lakin mübahisə edirdilər ki, Əmmarı biz öldürmədik və Əmirəlmömininin(ə) ordusunun daxilində, özləri onu öldürdülər!! Müaviyənin ordusunda 40000 Quran hafizi var idi. Əmirəlmöminin(ə) bu qoşunla savaşa getmişdi və indi bunların hamısını görürük. Küfr, şirk və sionizm, bu gün biz Suriyada bunları görürük ki, Allah Əkbər deyib, baş kəsirlər.
Bir nəfər mənim yanıma gəldi və dedi: "Zərqavi bütün gecəni səhərə kimi Quran oxuyur, ağlayır və bir dəfəyə özü 120 baş kəsir".
Suriyada İran təfəkkürünün müvəffəqiyyət qazanmasına səbəb İranın məntiqidir. Çünki bu məntiq güclüdür. Bütün o təbliğatlar, təlaşlar təsir göstərə bilmir. Bu gün regionda bir model yaranıb. Səudiyyəlilərin bütün səyləri iki əsas işdən ibarətdir. Birincisi hər tərəfə pul səpir, səpələyirlər. İkincisi sələfiliyə rəvac verməklə İslam Dünyasında nifaq salmaq istəyirlər. Bütün bunların səbəbi isə bu model, bu nümunə onların daxilinə təsir qoyar və təsir qoyur.
İmamın bu hünəri və İmamın bu işi idi ki, bu dəyəri formalaşdırdı. O imam ki, 25 yaşında "Namazın Sirləri"ni yazır ki, ariflər onu dərk etməkdə, təfsir etməkdə acizdirlər. Namazla bağlı o bilgiyə malik olan İmam buyurur: Bu İslam quruluşunu qorumaq namazdan vacibdir. İran və İnqilaba bu prizmadan baxırlar və biz həmişə İmamın qədrini bilməliyik. Özümüzü İmama, şəhidlərə və İmamın yoluna borclu bilməliyik.
Bu 11 fevral, məgər bizim telekanallarımız, təbliğatlarımız, idarələrimiz bu gücə malikdirlər ki, istirahət günündə bu qədər insanı bir araya gətirsinlər ki, hamı heyrətdə qalsın? Biz bunu təkmilləşdirməliyik. Məsuliyyət daşıdığımız hər yerdə, bacardığımız qədər bu məsələyə kamil və ciddi diqqət göstərməliyik.
İnşallah, Allah-Tala hamımızı bu yolda sabitqədəm etsin. Diqqət göstərək ki, harada olsaq da, bu iki məsələni unutmayaq. Birincisi İslam Respublikasının varlığı, ikincisi Vilayət Fəqih. Xüsusilə də mühüm olanı Vilayət Fəqih məsələsidir ki, alim və təqvalı bir şəxs onun başında durur və bizim hamımızın qırmızı xətti olmalıdır."

azeri.sahartv.ir

Комментариев нет:

Отправить комментарий