25.07.2014

İŞİD-dən qorxunc fətva


İŞİD-in ələ keçirdiyi ərazilərdə qadın və qızlar sünnət olunacaq

İraq və Şam İslam Dövləti ələ keçirdiyi bölgələrdə qadın və qızların sünnət olunması ilə bağlı fətva verib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı açıqlama verib. BMT-nin İraqdakı humanitar yardım üzrə nümayəndəsi Jaklin Bedkok İŞİD tərəfindən verilən bu qərarın narahatlıq doğurduğunu bildirib.
“Bu qərar İraq üçün qəbuledilməzdir. Bu, terrorçuların nəzarəti altında olan bölgələrdə yaşayan iraqlıların və iraqlı qadınların etirazına səbəb olub. Çox narahatverici vəziyyət yaranıb. Bu, mütləq müzakirəyə çıxarılmalıdır”, - deyə Jakelin Bedkok bildirib. Alınan son məlumata görə, İŞİD-in bu fətvası 4 milyon qız və qadına şamil ediləcək. (ANS)

Комментариев нет:

Отправить комментарий