30.07.2014

Ulduzları sayılan bir gecə

Hüseyn Vahidi

Divardakı saat, yorqun-arğın 21:00-i göstərməyə sarı gedərkən, kişi qolundakı saata baxıb öz-özü ilə dedi:
-Bu gün yenə də yubandım. Payızda gəlib çatdı, mən, vaxtında evə gedə bilmədim. İndi Yaşar yenə deyəcək "ata gəl mənnən oyna" mənsə "yorqunam" cavabı ilə onun üçünü turşadaraq, otağına gödərəcəyəm.
Əlindəki telefonun təmirini qurtarıb, aracları yığışdırıb, tukanı bağlayıb getdi.
-"Ay bala səhərdən bağrım çartladı burada. Səsimi eşidən varmı? Nəyə heç kimdən səs çıxmır? ... Alooo ..." son təmir olan telefon haray çəkib dedi.
Telefonların heç birindən səs çıxmadı. Sonra həmən telefon dedi:
-İndi bildim nəyə danışmayırsınız. Sizin səssiz düymənizi basıblar. Keçən dəfə getdiyim tukandakı telefonlar da belə olmuşdurlar. Məni eşidirsiniz? Ay dildaşlar insanlar qoymazlar biz danışaq, ona görə bizlərin səsini kəsiblər. Bizdə bir-birimizə zəng edəndə fəqət onlar danışa bilir.
İndi isə hamınız, məni eşidirsiniz,sə başınızın solunda olan qara düyməni vuraraq özünüzü səssiz durumdan çıxardın. Tələsin, indi tez sabah olub gün çıxar, təmirçi gələr.
Beş-altı dəqiqə keçdi amma danışan olmadı. Sonra dicital telefon bir daha telefonların necə səssiz durumundan qurtulmalarını ucadan açıqladı.
Bir-iki dəqiqə çəkmədi tukanda hay-küy düşdü. Telefonların hamısı birgə danışmağa  başladılar. Dicital telefonun bağırması ilə hamı susub onu dinlədi:
-Nəyinizdi? Xata elədim sizin danışa biləcəyinizin sirrini açıqladım?! Bir-bir danışın görək kim nə deyir.
Bir üstünü toz-torpaq basmış qara telefon dedi:
-Allah səni saxlasın, 40 il idi səsim sinəmdə yığılıb qalmışdı, demək biz heç yaşamağın dadını çıxara bilməmişik, yaşayanlara baxmışıq fəqət. Kaşki bunu tez bilərdim.
-Əmi can, məndə taza bilmişəm.  Neçə ay bundan öncə iki insan bu mövzuda danışanda eşitdim. Ondan sonra hansı telefonla zəngləşəndə onu yuxudan oyadırdım.
Qəfəsənin orta qatında, cüt dəstəkli, gümüşü boyalı telefon ise onlara qatıldı:
-Bəs demək bizdə danışa bilırdik? Məndə deyərdim bəlkə elə telefonların yaşamağı belə olar da. Məndə sözlər var deməyə... desəm bəzi insanlar ölümə gedərlər...
Tukan,da pıçıldaşma səsi yüksəldi. Dijital telefon fikirə cumdu. Neçə dəqiqə,dən sonra dedi:
-Ay telefonlar, birzad zehnimə gəldi, gəlin hər telefon bir-bir xatirə söyləsin, həm başımız qarışsın həmdə ürəyimizdə qalan sözləri paylaşıb rahatlaşaq.
Telefon,ların çoxu bu fikiri qəbul edib dəstəklədilər. Sonra hamısındın qədimi görünən toz basmış qara telefon birinci xatirə söyləyən oldu:
"Axı hansını deyim hansı qalsın... elə günlərim var ıyıd...Sevimli yoldaşlar, məim köküm Almanlıdır, o zaman mən lə yüzlərcə başqa telefonları bura gətirdilər, sonra hər neçəmizi bir tukana göndərdilər. Neçə vaxt bir tukanın vitrinində qalandan sonra, bir yaşlı kişi ilə xanımı, məni alıb evlərinə apardılar. Bəlli idi heç vaxt telefonları olmamışdı. Evdə məndən çox muğayat olurdular. Başıma örtük salmışdılar. Bu örtüyü xanım özü toxumuşdu. O zaman indiki kimi dəyildi, hər kəsin evində telefon tapılmazdı. Məndən hər gün iki-üç dəfə zəng edərdilər. Günlərin birində öz qulaqlarımla inanılmaz bir sözlər eşitdim. Ev xanımı, qardaşına zəng edib dedi:
-Ay qardaş axırda öldü ... öldü ba...
-Kim öldü... bağrımı çartalatdın sahər çağı...
-Qardaş, kamal öldü... gecə yarısı yuxudan durdum davalarımı atam, gördüm kişi hərəkətsiz düşüb, baxdım nəfəsdə çəkmir...ölmüşdü köpək oğlu...
əvvəldə özümü itirdim, sonra dedim "hən indi vaxtıdı"... getdim yazdığımız vəsiyyətnaməni gətirib onun barmağını basdırdım... sonra tez barmağın silib, dedim qalaram tayfa-tırığının əlində...
Qardaşın nəfəsindən bəlli idi kef elir, bacıya qatılıb dedi:
-Deyərdin tünbətün düşmüşün oğlu, o yığdıqlarını diri vaxtı verərdin xərcləyəydik... indi ölərsən özümüz bilərik necə xərcləyək... sən get rahatca qəbirində köp...
Ay bacı, indi zəng elə bacı-qardaşına de gəlin ölünüzdən sahab olun... məndə özümü yetirirəm... çox  da hay-küy salma, onu toprağa tapşıraq, sonra bilərik bu miras ilə nə edək...
-Olsun qardaş... sənində zəhmətlərini unutmaram...
Bu sözləri eşidərək canımda zəlzələ oldu. Bir saat çəkmədi ev doldu. Evə gələnlər sankı gözləyirdilər bu kişi ölsün. hə kimsə bir qıraqda otursad, mən də xımır-xımır ağlayırdım.
Bir az keçmədi ev boşaldı və rəhmətliyi toprağa tapşırmaya apardılar. Gözünüz yaman gün görməsin, heç bir ay çəkmədi xanım evin hərnəyin satıb qaçdı Avrupaya. Bunuda deyim ki, xanım kişidən çox gənc idi."
Qu desəydin qulaq tutulardı. Telefonlar səssizcə qara telefonu dinləyirdilər. sanki həyəcanlı bir futbol yayılır radiodan.
Qara telefon bir az susdu. Göz yaşları narın-narın süzüb, toz basmış bədəninin iki yerindən qoşa zolaq saldı. Sonr artırdı:
"Daha başıma nələr gəldi soruşmayın, bir an gördüm illərdir bu tukanda toz-topraq yeyirəm....".
Dicital telefon, qara telefondan teşekkür edərək, o biri telefonlara üz çevirib dedi:
-Kim istəyir illər boyu danışa bilmədiyi çağlara son noqtəni qoyub danışsın?
Təmir masasının üstündəki balaca sarı boyalı telefon səsə gəlib dedi:
-Yoldşlar razı olsaz mən deyim xatirəmi?
Hamının razılığı ilə başladı söyləməyə:
"Mən iki ilin telefonuyam. Məndə buralı dəyiləm. Heç özümdə bilmirəm haralıyam. Onu bilirəm dünyaya gələndən sonra bir qutu içinə atıblar məni, sonrada bir tukanda görmüşəm özümü. Bir il tukanda qalıb, bir kişi məni alıb evlərinə apardı. Mənim ayağım o evə çatan gündən bir neçə ay keçməmiş, evin qızı aşiq oldu. Evdə səhərdən axşamadək, o qızdan sonra heç kim olmazıyı. Bu qız isə qonşu oğluna vurulub dost olmuşdular. Xoruz banlar-banlamaz bu qız mənlə o oğlana zəng edərdi. Hər nə gəldi deyərdilər telefonda. Getdikcə üzlərinin suyuda tökülmüşdü. İş az qalırdı qorxmalı yerlərə çatsın.
Günlərin birində evin atası qapıdan içəri girib əlin qulağına aparıb dedi:
-Canavar qız, evdə qalırsan kimlə danışırsan? Bax gör nə qədər telefon pulu gəlib. Altmış min tümən də fiş gələr?
Sonra qıza bir-iki şapalaq çəkib qulağının dibin qızdırdı. Anası olmasaydı qızınkı qıza dəymişdi. Allah heç kimə mənim başıma gələni göstərməsin. Bir anda məni masa üstündən götürüb yerə çırpdı. Qızın acığında məndən açdı namərdin balası. İndi yadıma gəlmir neçə aydı buradayam. Fəqət onu bilirəm təmirçi hərdən bir yerimi təmir edir, ancaq bədənim düz demir ki demir...".
Saat gecə yarısı ikini göstərirdi. Ay, ulduzlar la birgə, onlara qulaq asırdılar. Buludlar isə gahdan onlara dolaşmaq üçün qabaqlarından keçib röyalarını pozurdular. Ay ışığını tukana elə salmışdı telefonlar rahatca danışalar.
Onlara birgə, orada olan ağaclar, tikintilər, tablolar və bütün canlılar la cansızlar tukana baxıb oranı dinləyirdilər. Sanki dünya da olan bütün cansızlar istəyirlər haray çəkib danışsınlar.
Bu arada dicital telefon əsnərkən, dedi:
-Zaman elə keçib getdi, heç bilmədik saat haçan iki oldu. İndi isə hər kim istəyir danışmaqla ürəyin boşaltsın zamana aman verməsin. Digər telfonlar isə bir-bir danışmağa başladılar. Ürəkləri deşilmişdi. Hər telefon bir xatirə söylədi. Artıq heç kimin ürəyində söz qalmamışdı. Sonunda sıra dicital telefona çatdı:
"Hə uşaqlar, şirin və acı xatirələr eşitdik insanların bizlərlə zəng edib danışmalarından. Kaş insanlarda bunlalı eşidərdilər. Necə yaşadıqlarını anlayardılar. Bəzi pisliklərdən əl çəkərdilər. Nə gözl olardı insanlar barış içində yaşasaydılar. Bizlərlə zəngləşəndə vaxtı qənimət bilib bir-birləri ilə gözəl söhbətlər danışardılar.
Hər halda bizlər də günah yoxdur. İnsanların özləri belə yaşayırlar. Sizə canım desin bir qoca arvaddan. İnsanlar deməli, söz çəkər vaxtına. Lap gecə yarısı idi. Mən olan evdə bir qoca arvad tək başına qalırdı. Sizə deyim ki, məni qonşuların biri ona pay vermişdi. O şirin yuxuda gəzərkən məndə mürgülənirdim. Birdən zəngim çalındı. Məndə qarı nənə ilə bərabər diskindik. Əl-ayağı əsə-əsə gəlib dəstəyi götürdü:
-Alo... buyurun...
Otaydan, bir qorxunc səs dedi:
-İndi gəlirəm sənin canını alam... mən əzrayiləm... haaaa...
Qoca nənə, dili tutuldu. əlləri əsməyə başladı. Gözləri qaralıb yerə yıxıldı. Ancaq yerə yıxılanda, başı masanın dəmirdən olan ucuna dəydi. Mənim dəstəyim isə onla birlikdə yerə düşdü. Neçə gündən sonra, qonşular qapını sındırıb evin pis qoxusundan arvadın cənazəsini götürüb apardılar.
Sonralar  mənidə başqa şeylərlə birgə bir kişiyə verdilər. O kişi  bizləri tukanına apardı. Kör-köhnə ev əşyaları satılırdı orada. Həmən gün bir gəc ər-arvad məni alıb evlərinə apardılar.
O evdə məni çox əzdirirdilər. Hər gün xanım məni silərdi. Gül kimi saxlayardı. Mən lə ata-anasına zəng edərdi, qeyin ata, qeyin anası ilə danışardı.
Günlərin birində, ər-arvad, eşikdən, evə gəldilər. Kişi, arvada şirin dili ilə dedi:
-Da büyündən evin həy işi mənnən. əliyin ağ-qayaya vuyma... ay qız eşitdin... sənin canıvı yemişdim...
Arvad isə ərini qucaqlayarkən əzilə-əzilə dedi:
-Səni çox sevirəm sevgilim... canımsan mənim...sən dünyanın ən yaxşı, ən yaraşıqlı və ən məhəbbətli sevgilisisən...
Sonra sevişib, artırdı:
-Tez zəng eliyim anamdan muştuluq alım. Dəstəyi götürüb öncə anasına zəng etdi. Telefon nəqədər zəng çalsada cavab verən olmadı. Bir daha da zəng elədi, bu səfər anası cavab verdi:
-Buyurun...
Sevncindən ağlayırdı. Dolğun səslə dedi:
-Ana salam...
-Salam... qızım nə olun? ... ağlısan?
-Yox ana can... sənin qadanı alım.. başına dolanım... sənə qurban olardım... sonunda duaların qəbul oldu...
Qız bunları deyərkən, oğlan isə kağız dəsmal ilə onun göz yaşların silib, əli ilə də onu tumarlayırdı.
Ana isə cavab verdi:
-Qızım nə olub? Başına dolanım sənin... ağlama, ciyərlərim göynəyir...
-Ana Allah eləməsin... mən əsnin başına dolanım... muştuluğumu ver... xan nənə olursan...
-Allaaaaaah... çox şükür... üç ildi sənə yalvarıram...dualarım qəbul oldu...
Ana-bala telefon arxasında ağlaşıb, ürək sözlərini paylaşa-paylaşa, məndə sevincimdən üçmaq istəyirdim.
O gün məndə onlarla birgə, xoşhallıqdan yatmayıb gecəni gündüzə bağladım.
Bu xoş xatirə mənim üçün çox qalargı və gözəl bir xatırə olubdur. Əziz yoldaşlar, neçə gün bundan qabaq da, mən bura gəlməmişdən öncə, üşaq da dünyaya gəldi. Adını da, Aysu qoyublar. İnşalla ata-analı böyüsün.
İndi deyirsiz bəs səni nəyə gətiriblər bura?
Qara telefon səsə gəlib dedi:
-Ürəyim doldu dicital, ürəyin həmişə belə xəbərlərlə dolsun sənin dicital. Həmişə xoşum gələrdi məndən xoş xəbərlər ona-buna verilsin.
Hələ de görək sənin nəyə yolun bura düşüb. Sən ki saat kimi işləyirsən.
-Hə ocurdu yoldaş. Mənim elədə təmirə ehtiyacım yoxdu. Fəqət neçə günüydü, mənə zəng edəndə, otaydaki adam, səsi sanki quyu dibindən eşidir. Bir balaca qətəmi dəyişəcək təmirçi. Elə tələsirəm o evə dönməyə. Çox darıxıram burada...
- İnşalla bu gün işin qurtular və evə qayıdarsan...
Dicital telefon sözlərini qurtaranda, baxdı gördü telefonların bəzisi yatın, bir azı də mürgü vura-vura onu dinləyirlər.
Artıq, Günəşdə yuxudan durmuşdu. O da tukandakı danışmaları dinləyirdi. Bilmədiyi yerləridə, dan ulduzundan soruşmuşdu.
Ay isə oradan ayrılanda, quşlara tapşırmışdı axşam xatirələrin qalanın ona deyələr.
Günəş yavaş-yavaş saçlarını şəhərin üstündə hörməyə başlayırdı. Telefonların bəzisi də, yuxudan oyanıb, oradan getmək ümidiylə təmirçinin gəlməsini göləyirdilər.
Qoca telefon hələdə xumar-xumar eşitdiyi xatirələrə fikirləşirdi.

Комментариев нет:

Отправить комментарий