İyulun 24-də Türkiyə mediasının manşetə daşıdığı daha bir xəbər Suriya və İraqı qana boğan İŞİD-ın Türkiyə qolu haqqında olub. İnternet resurslarının yaydığı xəbərlərdə bildirilir ki, İŞİD liderləri Mosulu almazdan öncə İstanbulda toplanaraq müzakirələr aparıb. Toplantı 29 fevral-2 mart aralığında İstanbulun Yeni Bosna səmtindəki “Gönen Hotel”də keçirilib. Verilən xəbərlərə görə İŞİD liderləri görüş məkanına Milli İstihbarat Təşkilatının xüsusi mühafizəsi altında gəlib. Bu görüşmədən bir müddət sonra - iyunun 1-də eyni qrup İordaniya paytaxtı Ammanda bir araya gəlib. Bir həftə sonra İŞİD Mosula girib.
Türkiyə qaynaqları yazır ki, Mosulun ələ keçirilməsi planını İŞİD Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya ilə birlikdə hazırlayıb. İŞİD beşinci qatda müzakirələr apararkən türkmənlər də otelin alt qatında toplantıda imişlər. Toplantıya İordaniya təhlükəsizlik qüvvələrinin təmsilçiləri, keçmiş “Baas” Partiyasının üzvləri, Nəqşibəndi Hərəkatınıi, Cayş el Mücahiddin, Ensar el İslam, Ceyş Ensar el Sune, Cayş El Tayfa El Mansura, Kefayıp Sevra el İşrin, Ceyş el İslami və Şoraya Ensar el Tevhit olmaqla, radikal sünni qrupların təmsilçiləri qatılıb. Türkiyə MİT-in xüsusi qoruması altındakı bu tədbirin faş olmasına səbəb isə eyni gündə eyni oteldə İraq Türkmənlərinin toplantı keçirməsi olub. (Mənbə: musavat.com, Aygün Muradxanlı)
Комментариев нет:
Отправить комментарий