Son zamanlar ən çox eşitdiyimiz, və oxuduğumuz sözlər; fitnə, fəsad, öldürüldü, başları kəsildi, İŞID cihad, Fələstin, Qəzza, İraq, Suriya, sələfi, vəhhabi və s. Yaxşı, bəs bütün bu fitnə və fəsadlara səbəb olanlar kimlərdir? Və ya bunu doğuran amillər hansılardır? Bu gün sadəcə özlərini pak bilib, müsəlmanları, sünni-şiə demədən “Allahu-Əkbər” sədaları ilə qətlə yetirən, özlərinə bomba bağlayaraq ictimai yerlərdə eyni sədalar altında özlərini partladan, və bu çirkin missiyalarının adlarını, İslama calaq etmək istəyənlər, biz CİHAD edirik deyib, cihad məfhumundan bixəbər olanlar, müsəlman olduqlarını iddia edən, lakin müsəlmanların adına xələl gətirən bu şeytanpərəstlər kimlərdir?
İslam peyğəmbərimizin (s) fitnə və fəsadın mənbəyi, şeytan buynuzu, adlandırdığı (mənbə: Səhihi Buxari, Fitən kitabı,fəsil- 16, hədis 7094 – İbn Ömər rəvayət edir) insanlıqdan nəsibini almamış bu kafir dəstənin bu günkü günümüzdə adları nə olursa-olsun onların etdiklərinə heç cür bəraət qazandırıla bilməz. Özlərini sələfi-vəhhabi adlandıran, işləri çətinə düşdükdə “biz vəhhabi deyilik” “biz əhli sünnət vəl-cəmaətik” deyib əhli sünnənin adına ləkə olan, və əhli sünnə adından sui-istifadə edib yenidən öz çirkin niyyətlərini izhar edən münafiqlərdir onlar. Quran bunu münafiqlərin xüsusiyyətləri kimi qeyd etməkdədir. Uca Allah buyurur: “Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik deyirlər,” öz şeytanları (azmış dostları ilə) təklikdə qaldıqda isə: “Biz sizinləyik.Biz möminlərə ancaq istehza edirik” deyirlər.” (Bəqərə 14)
Sələfi- vəhhabilər həqiqətən də əhli sünnədirmi? Əgər onlar əhli sünnə əqidəsinin daşıyıcılarıdılarsa bəs nə üçün əhli sünnə alimlərinin kütləvi qətlinə fərman verdilər?!
Kontr-admiral general Əyyub Səbri, Osmanlı dövlətinin hərbi dəniz donanmasının ali məktəbinin rəisi yazır: “Məhəmməd ibn Əbdul-Vəhhabın sözlərindən təsirlənmiş Əbdul-Əziz bin Səud qəbilə başçıları qarşısında söylədiyi birinci çıxışında dedi: Biz bütün şəhərlərə və abadlıqlara sahib olmalı, öz əqidə və şəriətimizi onlara aşılamalıyıq.Bu arzunun həyata keçməsi üçün özlərini peyğəmbər sünnəsinin və Məhəmməd şəriətinin ardıcılları hesab edən əhli-sünnənin elm adamlarını aradan götürməliyik... İlk növbədə onların kökünü kəsməliyik” (Tarixe Vəhhabiyyan, səh. 33)
Vəhhabilər necə müsəlman olduqlarını iddia edə bilərlər ki, onlar tarix boyu İslami dəyərləri aradan aparmaq üçün çalışmışlar. Kəşful-irtiyab kitabının müəllifi yazır: “Kəbənin ətrafında və Zəmzəmin üzərində bütün qədimi əsərlər vəhhabilər vasitəsi ilə xarab edildi.Ələ keçirtdikləri şəhərin əməlisaleh şəxslərinin tarixi abidələrini məhv etdilər.Onlar bu abidələri məhv edərkən təbil vurur, rəqs edib və oynayırdılar. (Kəşful-irtiyab, səh.27)
Vəhhabilər necə peyğəmbər (s) sünnəsinin ardıcıllarıdır ki, onun xanımı olan Hz Xədicənin (r) evinin üzərində ümumi ayaq yolu tikdilər. Bu azğın tayfa bu murdal əməllərini yenidən təkrarlamaq üçün, özlərini onun ardıcılı hesab etdikləri, bütün müəslmanlara əziz olan Hz Muhəmmədin (s) mübarək qəbrini hədəfə almışlar. Lakin onlar bu istəklərinə nail ola bilmədilər. Bir xeyriyyəçi oranı kitabxana etməklə onların bu çirkin işinin qarşısını alır. (Nəsihəti lil ixvanina ən-nəcdiyəyn)
Peyğəmbərə (s) qarşı etdikləri bu ədəbsizliklərini utanmadan inernet saytlarında yayır və şəkillərini paylaşırdılar. Kəbəni büt adlandırıb onu yıxmağı planlaşdıranlardan bunu görmək heç də təəcüblü deyil.
Peyğəmbər sünnəsi ilə getdiklərini idda edən bu şeytan ordusu, nə üçün İslam peyğəmbərindən (s) miras qalan, müqəddəs məkan və əşyalara qarşı düşmənçilik edirlər? Nə üçün bütün müsəlmanların qibləsi olan Kəbəyə qarşı qarət planı həyata keçirtdilər? Nə üçün 1785-1797-1798-ci illərdə Məkkə və Mədinəyə hücumlar təşkil etdilər? Nə üçün 1800-cü ildə Kəbəni mühasirəyə alaraq, yeddi il müsəlmanların Kəbəyə həcc ziyarətinə getmələrinə mane oldular? Nə üçün Mədinəyə hücum edərək peyğəmbər (s) məzarı yerləşən otağı dağıdıb, içində olan qiymətli əşyaları qarət etdilər? Bu və bu kimi bütün sualların cavabını vermək üçün kiçik bir yazı kifayət edən deyil. Biz burda sadəcə o tarixə qısa nəzər salıb siz əziz oxuculara fitnə və fəsadın mənbəyini nişan veririk. Və bütün bu deyilənlər əsassız deyil və bütün İslam alimləri yekdilliklə İslamın başına gətirilən bu acıncaqlı tarixi hadisələri kitablarında qeyd etmişlər...
Vəhhabi vəhşiliklərinə daha bir bariz nümunə isə onların, içərisində misilsiz kitabları olan kitabxanaları yandırmaları olmuşdur. Bu kitabxanalardan bir də “Əl-məktəb əl-ərəbiyyə” kitabxanasıdır. 60 min adda misilsiz qiymətli əsəri olan bu kitabxanada ayrı-ayrı şəxslər tərəfindən müxtəlif üslublarda yazılmış 40 min nadir əlyazma mövcud idi. Bu əlyazmaların arasında cahiliyyət dövrünə mənsub xətt üslubunda yazılmış əsərlərlə, və yəhudilərlə müşriklər arasında Hz peyğəmbərin (s) əleyhinə müqavilə xüsusi maraq kəsb edirdi.Hz Əli (ə) və digər səhabələrin, habelə Abdullah ibn Məsud tərəfindən yazılmış Quran mövcud idi. Nasirəddin Səid tarixçilərin birindən belə nəql edir: “Vəhhabilər iqtidarı ələ aldıqdan sonra bu kitabxanalarda küfr yazılarının olmasını bəhanə gətirərək onların hamsını odlayaraq külə çevirdilər.” (Tarixu Ali –Səud, c.1 səh. 158; Kəşful-irtiyab, səh. 187-324; Əyani əş-şiə, c. 2, səh 72; Əs-səhih min sirətin nəbiyil-əzəm, c.1 səh. 81; Ali Səud min əyn ila əyn, səh. 47.)
Həsən Əs-Səqqaf “Əssələfiyyətul-vəhhabiyyə” adlı kitabında yazır: “Vəhhabilər öz ardıcıllarına düşünməyi qadağan edir və bir iş görmək istədikdə yalnız vəhhabi alimləri ilə məsləhətləşməyi tövsiyə edir, və başqa məzhəbdən olan alimlərlə söhbəti qadağan edirlər.( “Əssələfiyyətul-vəhhabiyyə” səh. 86)
Öz azğın əqidələrini kitab halına salaraq insanlara pulsuz paylanılması da onların İslam əleyhinə atdıqları növbəti bir addımdır. Təkcə 2012-ci il həcc mövsümündə 685, adda on milyon cild kitab dünyanın 20 əsas dilinə tərcümə olunaraq, Səudiyyə dövləti tərəfindən Allah evinin ziyarətinə gələnlər paylanılmışdır.(Miqat jurnalı, 43-cü sayı, səh. 198. 11. 9. 81. (h.şəmsi ilə) tarixdə dərc edilmişdir. Ukkaz qəzetindən nəq edərək.)
2011 ci ildə isə Küveyt respublikasında 100 minə yaxın kitabı, İslam adı ilə öz əqidələri əsasında çap edib yayırdılar... (30. 6. 2011- ci il tarixli “Ər-rəyul –am əl Kuveytiyyə” qəzeti.)
Onların etdikləri bu cinayətlər bu gün də bitmir. İraq, Suriya, Fələstin və Qəzza kimi müsəlmanların yaşadıqları yerlərdə hər gün müharibə odunu alovlandıraraq, terrorlar təşkil edərək, min bir bəhanə ilə, onları qətlə yetirirlər. Maraqlıdır nə üçün bu müharibələr yalnız müsəlmanlar yaşayan ərazilərdə gedir? Sələfi, vəhhabi, İŞID adları nə olursa olsun niyə ancaq müsəlman öldürürlər? Özlərini əhli sünnə adlandıran bu azğın firqənin Qəzzada öldürdükləri əhli sünnə deyilmi? Nə üçün öz əqidəsində, öz inancında olan birisini öldürürlər? Deməli məsələ əqidə məsələsi deyil.Yuxarıda qeyd etdiyim kimi, bunların dərdi İslam ilədir, müsəlman ilədir...
Bu günkü gündə “cihad” adı altında müsəlmanların qətlinə fərman verənlər nə üçün Quranın və peyğəmbərin (s) cihad etmə ədəbinə baxmırlar?
Məgər Quran buyurmurmu ki; “Sizə qarşı vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın. (Bəqərə sürəsi, ayə 190)
Məgər Allah Rəsulu kafir və müşriklərlə apardığı müharibələrdə, körpə başı kəsərək, qocaları, qadınları, əli yalın dinc sakinləri öldürübmü? Siz hansı İslamdan, hansı Peyğəmbərdən, hansı Qurandan danışırsınız?!
Xeyr, siz nəinki, əhli sünnə, heç müsəlman da deyilsiniz! Siz İslam, əhli sünnə adı altında, İslamı məhv etmək istəyən zalım bir tayfasınız. Amma siz bu istəyinizə çata bilməyəcəksiniz. Uca Allah belə buyurur: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır.” (Saff 8)
Sonda sizi bu ayəni oxuyub, haqqında düşünməyə dəvət edirəm. Uca Rəbbimiz buyurur: “Onlara: Yer üzündə fitnə fəsad törətməyin deyildiyi zaman: Biz ki, ancaq xeyirxahlıq edənlərik - deyirlər.” (Bəqərə 11)
“Sözsüz ki, onlar fəsad törədənlərdir, amma bunu başa düşmürlər.” (Bəqərə 12).
Комментариев нет:
Отправить комментарий