3 gün əvvəl Rusiyanın Peterburq şəhərindən tarixi vətənim Azərbaycana yola düşdüm. İş belə gətirdi ki öz fərdi maşını ilə yola düşən dostum onunla yol-yoldaşı olmağımı xahiş etdi. Və mən də böyük məmuniyyətlə razılaşdım...
Rusiyanın Yuxarı Lars gömrük məntəqəsinə çatdıq .Təqribi mənzərə belə idi ki, növbədə 100-ə yaxın avtomobil var idi. Bu məntəqəni təqribən 1 saata keçdik.
İnsafən onu demək olar ki, götürdüklərimiz yükə adi nəzər yetirəndən sonra pasportlarımıza möhür vurub, yaxşı yol deyib bizi yola saldılar. Gürcüstan Respublikasının gömrük məntəqəsinə çatanda qabaqımızda olan maşınlardan əsər-əlamət görmədik. Məntəqəyə çatdıq çox ədəb və ərkanla bizi qarşılayıb və 3 dəqiqə müddətinə yola saldılar.
Nəhayət gəlib çatdıq Gürcüstan və Azərbaycan gömrük məntəqəinə. Adəti üzrə gürcülər yenə 3 dəqiqə çəkməmiş bizi mürəxxəs etdilər.....
Hə, əziz dostlar, necə deyərlər, Kərəmi burda ağlamaq tutdu. Doğma Azərbaycanımıza məxsus olan gömrük keçid məntəqəsində İt yiyəsini tanımırdı. Gecə saat 3:00 -da 300-ə yaxın maşın tıxac vurub qalmışdı. İsti hava millətin qız-gəlinləri it günüdə nalə çəkirlər. Bizi düz 4 saat gömrükdə saxlayıb və 100 dollar pulumuzu alandan sonra, tərimiz süzülə-süzülə oradan Allaha şükür deyə-deyə çıxdıq...
Deyirəm bəlkə ölkə rəhbərliyin belə hərc-mərclikdən xəbəri yoxdur. Axı müharibə şəraitində yaşayan bir ölkənin əhalisini belə sındırmaq nə qədər düzgündür?! Heç olmasa qonşu gömrük məntəqəsinə baxıb və onların insani hisləri oyansın. Axı belə olmaz. Mən şəxsən ölkə rəhbərliyinə üz tutub deyirəm. Cənab prezident: Sizin yerlərdə təyin etdiyiniz məmurlar xalqı talayır və Azərbaycanımızın imicinə böyük zərbə vururlar! Bu qeyri-insani yanaşmaya son qoymaq lazımdır! Bu sadəcə olaraq biabırçılıqdır.
Zabil Madoj
Комментариев нет:
Отправить комментарий