10.07.2014

Şarlatanın qulluqçusu

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -6

Mayis Güləliyev: Azərbaycanda əsl müxalifət həqiqi islami dəyərlər ətrafında formalaşmış müxalif insanlar və təşkilatlardır. Çünki yerdə qalan digər müxalif qüvvələrin hamısının Amerika, Qərb ölkələri və beynəlxalq maliyyə institutları ilə bağlılıqları var. Bu baxımdan onlar islami dəyərlər ətrafında toplanmış insanların təşkilatlanmasında və güclənməsində maraqlı deyillər.
Şıxızadə Rizvan: Allah Rusların atasını rəhmət eləsin, mən neçə ildi burdayam hələ qarşıma nə qaluboy, nə trans çıxmayıb, Bakı komediya imis ki!
Günel Mövlud: Süründürməçilik, bürokratiya, məmur özbaşınalığı Almaniyanın hər addımında, hər yerindədir. Bir məmurun “yox” cavabı verdiyi işə başqa məmur ovqatından asılı olaraq “hə” cavabı verə bilər. Ən maraqlısı budur ki, hər iki məmur öz cavabını qanuni şəkildə əsaslandıra da bilər.
Elşən Cəfərov: 1982-ci ildə bizim sinifin 33 şagirdindən 30 nəfəri ali məktəblərə daxil olmuşdular (hələ 10 nəfəri başqa Rusiya və Ukrayna şəhərlərində ali məktəblərə daxil olmuşdular). Bu adi bir hal sayılırdı. İndi isə rayon üzrə 10 nəfər ali məktəbə daxil olanda bu rayonun adı bütün müşavirələrdə çəkilir. Bax budur qərb demokratiyasının və Soros fondunun bizə sırıdıqları təhsil sisemi. 
El Guseynov: Türkiyənin bizə verdiyi ən əsas strateji tovar DÖNƏRdir. Dönər olmasaydı əsgərlərimiz acından ölərdi.
Əhmədov Qoşqar: Mən fikirləşirdim ki, 30-40 il keçəcək, Türkiyə adlı ölkənin etdiyi fahişəliklərin üstü açılacaq, amma bu gedişlə elə bu 2-3 ildə xaraba Türkiyənin etdikləri bütün dünyaya məlum olacaq. Əlbəttə tək deyil, ABŞ koloniyasıdır, iti-tulasıdır o ölkə. Yaşasın İran və Rusiya!
Elçin Bayramlı: İŞİD-in yaralanmış döyüşçüləri Türkiyədə müalicə olunurlar... sağ olsunlar Türkiyə dövləti bir nato uzvu olaraq heç vaxt belə təşkilatlardan öz yardımlarını əsirgəməyib.
Bayram Quliyev: Araşdırmalar zamanı məlum olub ki, qərb bölgəsindən olan məmur övladları bircə gün də olsun hər şeyinə sahib olduqları bu vətən torpaqlarının keşiyində durmayıblar. Bunun əvəzində isə Azərbaycanı dünyanın böyük dövlətlərində təbliğ etmək adı altında özlərini sığortalayıblar.
Anar Musayev: Suriyalı qacqınların Türkiyədə sığındığı düşərgədə həkimlər tibbi yardım etməzdən öncə “Alevimisin, sünni misin?” sualını verir...
Yozef Gebbels: Yəhudi ilə pozitiv üsullarla mübarizə aparmaq olmaz. O neqativdi, və bu neqativi sistemdən yox etmək lazımdı. Yoxsa o həmişə sistemi korlayacaq...
Avrasiya İnteqrasiya Mərkəzi: Kim istəyirsə Avropaya, natoya inteqrasiya eləsin, qoy kimin könlündən keçir anasının-bacısının yarıçılpaq gəzməsinə müasirlik adı qoysun. Biz istəmirik. Azərbaycan xalqı sovet dövründə olduğu kimi, öz namusunun, əxlaqının qorunmasını istəyir. Üzdə qardaş deyib Bakıya qız dalınca gələn türklərdən fərqli olaraq, rus heç bir azərbaycanlının qeyrətinə toxunmayıb. Bu əlbəttə ki məsələnin yalnız bir tərəfidir. Min səbəbdən biridir, amma vacib səbəbdi.
Xaqani Əliyev: Fikir verirsinizsə, istər Rəşad Məcid, istərsə də Etibar Hüseynov nurçu olmadıqlarını vurğulasalar da, özlərini nurçu hesab edirlər. Son vaxtlar bu ikibaşlı mesajlara yəqin ki, hamınız adət etmisiniz- “Mən nurçu deyiləm, amma nurçuluq budursa, mən nurçuyam”. Bu bilirsiniz nədir, əziz oxucular? Bu o deməkdir ki, nurçu olduğumu açıq şəkildə deyə bilmirəm, amma sizi dəstəkləyirəm, verdiyiniz pulları, hədiyyələri halal edin və davam edin. Yəni buralarda olun...
Turan Türk: Kəlbəcərdən göstərilən epizodlardan birində isə bir şəxs onların Kəlbəcərdən çıxmasına İskəndər Həmidovun yardım etdiyinə görə ona minnətdarlıq edir. Həmin İ.Həmidova ki, Kəlbəcər işğal olunmamışdan bir neçə gün öncə, televiziya vasitəsilə pafosla xalqa müraciət edib: “gedirəm Kəlbəcərə, bir “Kamaz” erməni qulağı gətirəcəyəm”, demişdi. 
Vüqar Məmmədov: Hələ də Türkiyənin əksər bölgələri nöyüt və kerosin, qışda isinmək üçün isə daş kömür yandırrılar! Bizdə metro olanda onlar hələ də arabada gəzirdilər, yenə də gəzirlər. Hətta Avropanın ən məşhur şəhərlərində belə metro yox idi. Hər il Türkiəydən arkadaşlar gəlir bura. Rayonları belə gəzirik. Onlar Sovet dövründe tikilmiş evlərə, binalara baxıb gözlərinə inanmırlar! Deyrilər ki, bizim sizə catmağımıza hələ 100 il var)). Sosialist ölkəsi olmaq bu demək idi, Kapitalizmdən fərqli olaraq!
Taleh Məmmədov: Qaçqınlara bakılılar yaxşı tərif qoyublar: bir neçə evi olan azərbaycanlıya qaçqın deyilir.
Anar Məmmədov: Mənnən olsa şəhərdəki Makdonaldslara, koka-kolaya, pepsiyə baykot aksiyası keçirdərəm.
İlkin Abbasov: Son 22 ildə ən böyük səhvimiz Ayaz Mütəllibova qarşı dövlət çevrilişi etməyimiz oldu.
Cəmil Həsənli: Azərbaycanda elə bir ailə yoxdur ki, bank əsarətinə düşməsin.
Ağəddin İbrahimov: Əgər ölkə müstəqildirsə, vətəndaşı Rusiyada kölə işləyirsə, bu müstəqillikdənsə rus vətəndaşı olmaq yaxşıdır.
Vüsal Hətəmov: Təxminən 17-18 il bundan qabaq bir zəngilanlı qonşumuzun toyunda idik. Müğənni oxuyurdu: “Qubadlı da bizimdir, Zəngilan da bizimdir, Füzuli də bizimdir, Cəbrayıl da bizimdir”. Qonşum bərk piyan idi. Qışqırdı ki: “Yox bir, Vaşinqton da sizindir”. Müğənni isə öz işində idi: “Şuşa da bizimdir, Laçın da bizimdir”. Piyan qonşum hisrindən dözə bilməyib durdu ayağa, yumruğunu üç barmağın biədəb həndəsi fiquru edib qışqırdı: “De, Gala sizindir”.
Araz Əlizadə: 1992-ci il  martın 6-da səhər saat 6-da dörd istiqamətdən Azərbaycanda olan 4-cü Rusiya diviziyası Qarabağda hücum əməliyyatına başlayacaqdı. Bir həftə ərzində Qarabağı ermənilərdən təmizləyəcəkdilər. Ayaz Mütəllibov Xalq Cəbhəsi liderlərinə, o cümlədən, İsa Qəmbərə təklif etdi ki, imkan verin Qarabağ problemini həll edim, ondan sonra prezident seçkilərinə gedək. AXC-nin  cavabı belə oldu ki, “biz uşaq deyilik, Qarabağ problemini kim həll etsə, xalq ona da səs verəcək. Bizə hakimiyyət lazımdır. Mayın 14-də Laçından qüvvələri gətirib tökdülər Bakıya və bununla da Mütəllibovu devirdilər.
Devran Abdullah: Amerika əvvəlcə sizin ölkədə liberalizasiya etmənizi istəyir. Sizə deyir ki, bunu etsəniz sizə toxunmayacaqlar. Liberalizasiya müəyyən səviyyəyə çatdıqdan sonra sizin ölkənizdə çevriliş edir. Ona görə də İran kimi ölkələr Amerikaya aldanıb liberalizasiya avantürasına getməməlidirlər. Sanksiyalar şəraitində yaşamaq çətindir. Amma ölkənizin darmadağın olub sonradan müstəmləkəyə çevrilməsindən yaxşıdır.
Atilla Əli Ağazadə: Rusiyanın dağılmasını indidən sonra yuxuda görərsiz, pettədi Obamanı da, bütün Avropanı soxdu içlərinə Suriya davasında. 100 ildir çalışırlar Rusiyanı dağıtsınlar, hələ də bir qələt edə bilmirlər. Alkaş Yeltsinin vaxtı qaldı keçən əsrdə. Bəlkə Rusiya dəyişər 200 il sonra, amma dağılmasını yuxunuzda görərsiz.
Ceyhun Salahov: Dünya mediası Hizbullahın vəhhabi terroristlərinin üzərində qələbəsinin səbəblərini araşdırırlar. Yalan doğrü müxtəlif fikirlər yürüdürlər. Amma əsas məsələ gözardı olunur. Vəhhabilərdən fərqli olaraq Hizbullahın muzdlu əsgərləri yoxdu və cərgələrinə hardan gəldi, kimi gəldi qəbul etmirlər. Hizbullah öz ilk fəaliyyətinə Beyrutun zibilli küçələrini süpürməklə başlayıb, az bir müddətə xalqın sevgisini qazanıb. Bütün üzvləri də Ali təhsillidilər. Bu cəhətlərin heç biri vəhhabi gədələrində yoxdu.
Elnarə Paşayeva: Rus təhsil sistemi ilə bunların kəndçi təhsilləri muqayisə olunmazdır.
İbrahim Quliyev: Ölkə ziyalısı, düşünən beyinlər qrant adı altında asılı vəziyyətə salınır. Az-çox savadlı olan kimi görünürsə, layihə verib qrant gözlədiyini bildirir. Məgər bu ölkənin öz vətəndaşını normal yaşamağa, normal saxlamağa maddi-iqtisadi bazası yoxdur? Həmin qrantı Azərbaycan dövləti özü verə bilməzmi? Əski dillə desək, niyə hər idarədə, hər müəssisədə beş-on xarici ölkə agenti bəslənməlidir?
Eflatun Mazandaranlı: Elə də 10 faiz deyir ki, elə bil camaat 5000 manat pensiya alir... gedin topunuzla oynayın... 10% nədi, hətta 100% belə artsa, yenə də pensiya belə bir ölkəyə görə normadan aşağı hesab olunur! Bəsdirin ucuz taktikalarla camaatın gözünə pərdə asdız!
Sapand Sapand: Sovetin vaxtı insanların 10% -i yaltaq idisə (əsasən vəzifə sahibləri), indi bu rəqəm 90%-dən də çoxdur. Vəzifədə olanı necəsə başa düşmək olar, amma sıravi fəhlələrin az qala ucdantutma yaltaq olması böyük bəladır... Bax indiki azad kapitalizimdə biz beləyik.
Zaur Məmmədov: Taliban, Əl-Qaidə, İŞİD, Nusra, Boko Haram, PKK, PJAK kimi terror qrupları yaradıb məsum və məzlum insanları qətl edənlərin heç biri şiə deyil! Ola da bilməz! Çünki İmperializmə sadiq nökər olmaq və günahsız yerə qan tökmək Şiəliyin ruhuna ziddir!
Telman Nurullayev: Avropa İttifaqına girmək istəyiriksə, maaşlarımızı, mədəniyyəti çatdırsınlar o səviyyəyə. Bu cəhətdən Avropaya yaxınlaşmaq lazımdır. 100-150 manat müavinətlə Avropaya getmək olmaz. Bizə çörəyi Rusiya verir. Qoy vətəndaşlarımız getsin Avropa ölkələrində işləsinlər də. Getmirlər. Çünki Avropa çörək vermir.
Rauf Hüseynov: Turk dövləti, şərəfsiz Ərdoğan Suriyadakı namərd terrorostlərə vaxtında yardım etməsəydi, indi o qeyrətsizlər bu qədər şişməzdilər. Suriyada öldürülən hər bir körpənin, qadının və günahsız insaların qanı türk dövlətinin və xüsusən də Ərdoganın boynundadır. Bunu hər kəs bilməlidir. Suriyada qeyrətsiz vəhhabi sələfilər insan və insanlığa qarşı vuruşur, bizim şərəfsiz telekanalizasiyalar da İsrailin marağına görə Bəşərin boynuna yıxır, halbuki Suriyada döyüşənlərin 85 %-i xaricdən gələn it sürüsüdür. Son hesablamaya görə Suriyaya xaricdan 32 000 it sürüsü gəlib (yəni bığsız saqqalı uzun çaqqal sələfilər).
Azər Qasımov: Heç bilirsiniz AXCP və Musavatın missiyası nədən ibarətdir? Azərbaycanda narazı insanları müəyyən edib, hakimiyyətə donos vermək, xalqı polis vasitəsi ilə cərimələmək və külli-miqdarda pul toplamaq... Beləliklə hakimiyyətin cinayətlərində vasitəçilik edib varlanmaqdan ibarətdir!
Elvar Golivand: Türkiyə mətbuatı şarlatanın qulluqçusu.
Üzeyr Məmmədli: Klassik müxalifət reaksionistdir. Hadisələrə reaksiya verir, adətən, özü hadisə yarada bilmir. Klassik müxalifət heç bir planı, birliyi məntiqi sonluğa çatdıra bilmir, yarıyolda hər şeyi məhv edir və hər dəfə biriləri günah keçisi elan edilir. Heç bir uzunmüddətli srategiya yoxdu, gündəlik, uzaqbaşı aylıq planlar var. Peşəkar yanaşmadan söhbət belə gedə bilməz. Bu müxalifət dəyişməyə məhkumdur. Bu müxalifət həm də biz gənc nəslin qarşısında da maneədir. 2011-ci ildən bəri baş verən posesləri diqqətlə izləsəniz görərsiniz ki, bütün hadisələri gənclər yaradıb, klassik müxalifət daha sonra qoşularaq növbəti ideyanı məhv etməklə məşğul olub və həmişəki kimi buna uğurla nail olub.

Hazırladı: Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий