14.07.2014

Suriyanın Xəttab kəndində baş verən qətliam ifşa olundu


Həma əyalətində baş verən qətliamın təfərrüatları üzə çıxdı

“ANNA-NEWS”-a istinadən verilən  xəbərə görə, iyun ayının 12-də Suriyanın Həma vilayətinin Xəttab kəndində törədilən qətliamın təfərrüatları məlum olub.
Kütləvi qətliam nəticəsində 6 kişi, 8 qadın qətlə yetirlib. Qətlə yetirilənlərdən ən kiçiyi 14 yaşlı qız olub. Atasının qızını terrorçuların başçılarına ərə verməkdən imtina etməsi 14 yaşlı qızın kəndin ortasında zorlanaraq qətlə yetirlməsinə səbəb olub. Qətlə yetirilənlər arasında qızın atası, anası və qardaşı olub. Digər qadınlar isə işgəncə edilərək qətlə yetiriliblər. 6 nəfər kişinin başları kəsilərək qətlə yeirlib. Kişilərdən birinin dükanın üzərində Suriya bayrağı olduğu üçün öldürüldüyü bildirilir. Meyitləri Xəttab kəndində yerləşən stadiona gətirərək orada təhqir ediblər. 14 nəfəri qətlə yetirən terrorçu təşkilatlar isə “Sukur Şam” və “Feylyak Şam” təşkilatlarıdır. /islamaz.com/

Комментариев нет:

Отправить комментарий