«Azərsun» şefinin klubunda vəhabi-vəhabi oyunu…
Məlum olduğu kimi, bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək. Bildirək ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” növbəti sınağına çıxacaq.
Ağdam klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi Malta çempionu “Valletta”nı sınağa çəkəcək. Üstünlüyünü qorumağa, mümkün qədər artırmağa çalışacaq Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq iddiasındadır.
“Qarabağ” zəif “Valletta” səddini adlasa, növbəti mərhələdə Avstriyanın “Zalsburq” klubu ilə görüşəcək. Maltalıları mübarizədən kənarlaşdırmaq ən azı daha 4 avrokubok matçı keçirmək deməkdir. Çünki “Zalsburq”la III təsnifat mərhələsindəki qələbə “Qarabağ”ı Çempionlar Liqasının, məğlubiyyət Avropa Liqasının növbəti mərhələsinə daşıyacaq.
Biz öz növbəmizdə Azərbaycanın acı bir yaddaşını adında ehtiva edən bu kluba uğurlar arzulayırıq. Amma…
Amma bu gün DİA.AZ redaksiyasına daxil olan məlumatlar heç də belə bir mühüm oyun ərəfəsini yaşayan «Qarabağ» klubunun fanatlarının ürəyincə olmayacaq. Əslində əldə etdiyimiz məlumatlar bu gün əksəriyyətə məlumdur. Hətta «Qarabağ»ın fanatlarına da. Lakin onlar sadəcə olaraq baş verənləri sükutla müşahidə etməkdən savayı bir yol görmədiklərindən DİA.AZ-a üz tutmalı olublar.
Redaksiyamıza müraciət edən «Qarabağ» fanatları (onlar adlarının çəkilməsini arzulamırlar -red.) bildirirlər ki, bu gün sözügedən futbol klubu rəsmən dini fanatizm meydanına çevrilib və Azərbaycan cəmiyyəti üçün bu gün kifayət qədər təhlükəli təriqət hesab olunan vəhabilərin oylağını xatırladır.
Fanatların bildirdiyinə görə, əslində mətbuatda «Qarabağ» futbol klubunda vəhabi hökmranlığı barədə dəfələrlə qeyd olunub: «Amma bu barədə klubun rəhbərliyi və klubun anna sponsoru olan «Azərsun» Holdinqin şefi Abdolbari Goozal cənabları ancaq susublar. Biz isə daha susmaq istəmirik. Çünki bu gün «Qarabağ» klubunda oyunçulara göstərdikləri oyuna görə yox, dini inanclarına görə dəyərləndirir, onları önə çəkirlər».
DİA.AZ-a danışan ürəyi yanğılı fanatlar bildirir ki, bu gün mühüm görüş ərəfəsində olan «Qarabağ» klubunun başında dayanan Qurban Qurbanov vəhabilər arasında ciddi hörmət sahibidir: «Elə buna görə də Qurban Qurbanov futbolçuların hamısını vəhabiləşdirməklə məşğuldur. Bütün oyunçuların qarşısında dayanan yeganə şərt budu rvə Qurban Qurbanovun təriqətini qəbul etməyən futbolçular ya oyuna buraxılmır, ya da küncə sıxışdırılaraq komandadan uzaqlaşdırılır».
Məlumata görə, belə basqılar altında olan futbolçulardan biri - Qara Qarayev artıq vəhabilik təriqətini qəbul edib: «Onu qınamırıq. Neçə müddət Qara Qarayevi sıxdılar, nəhayətdə o, pul-dolanışıq xatirinə vəhabiliyi qəbul etməli oldu».
Narazı fanatlar dia.az-a bildirirlər ki, indi də «Qarabağ» klubunun sayılıb-seçilən oyunçularından olan Vüqar Nadirova Qurban Qurbanov və onun klubdakı əsas vəhabi müavini olan Rəşad Sadıqov tərəfindən ciddi basqılar edilməkdədir: «Biz öyrənmişik ki, Vüqar Nadirov artıq «Qarabağ» klubundan getmək haqqında düşünür. Onu buna məcbur edirlər».
Onu da bildirək ki, fanatlar DİA.AZ-a «Qarabağ» klubu ilə bağlı, bu klubdakı maliyyə maxinasiyaları ilə əlaqədar və digər şübhəli məqamlar haqqında olduqca ilginc faktları da təqdim ediblər ki, onları da yaxın günlərdə diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin. Qarşı tərəfin də cavab haqqını tanıyırıq…
dia.az
Комментариев нет:
Отправить комментарий