31.07.2014

Fazil Mustafanın yeritdikləri qalstuklu təkfirçilikdir

Məsud Sədr

Bir az bundan əvvəl Fazil Mustafanın Əsgər Fərdiyə verdiyi cavabları oxudum. Maraqlı idi. Mən Əsgər Fərdini də, Fazil Mustafanı da yazılarından tanıyıram, ara-sıra onların düşüncələri və müxtəlif mövzulardakı görüşlərini öyrənirəm. Bunu nəzərə alaraq, mən Əsgər Fərdi cənablarının Fazil bəy kimisi səviyyəsində olan bir şəxslə elmi mübahisəyə girməsini heç istəməzdim. Axı mən Əsgər müəllimin hansı Əllamələr və Ustadların məktəblərində oxuduğunu, Fazil bəyin isə dini və maarifi mövzularda elmi qaynaqlarının səviyyəsini oxuduqlarımdan dolayı anlayıram.
Fazil bəy əlbəttə Azərbaycan cəmiyyətində yeni fikiri cərəyan yaratmağa can atır, bu cərəyan yeni formalı təkfirçilikdir. Onun “Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü” kitabını neçə ay əvvəl oxuyub-bitirəndən sonra, son səhifəsində yazmışam: bu təkfirçiliyin yeni versiyasıdır- Qalstuklu təkfirçilik!

Amma bu arada Fazil bəyin verdiyi cavablar maraqlıdır. O cənab Fərdinin elmi tənqidlərini heç görməmiş kimi "Peyğəmbərin xanımına namussuz deyənlər mənə niyə böhtan atmasınlar ki?!" və "Deyəsən havanın hərarəti 40-45 dərəcəyə çatdıqca insanlar nə danışdıqlarını bilmirlər" deyə cavablar səsləndirib, amma yaxşı olardı ki, məsələn, şiədə İctihad və Təqlid, yaxud coğrafi fərzi xətt məsələsi, yaxud şiə və əhi-sünnətin qəməri aylara aid fiqhi görüşləri və s. məsələlərə bir cavab versin.
Bu elmi məsələləri bir yana buraxanda bir ayrı məsələ də çox maraqlıdı, o da Azərbaycan Respublikasının 90-ci illərdə çalışan diplomatlar və dövlət işçilərinin bəzi məsələlərdə İrana qarşı davranışıdır!
Bunun nümunəsini Pənah Hüseynin kamera qarşısında Əfşar Süleymaninin sadəcə bir cümləlik xatirəsini deməsindən necə qəzəblənib, özünü nə səviyyədə aparmağı, yaxud S. Novruzovun Mənsur Həqiqətpurun sözlərinə ağ yalanlarında görmüşdük. İndi isə Fazil bəyin hansı səviyyədə elmi sözlərə və ya siyasi xatirələrə cavab verməsini görürük. Fazil bəyə və sair həmkarlarına səmimi təklif edərdim ki, Əsgər Fərdi, Əfşar Süleymani, Ə.Bigdeli (Alireza Bikdeli), Ə.Vilayəti, M.Həqiqətpur, M.Rizai, H.Rəfsəncani və s.-lərini yaddaşlarını araşdırmağa məcbur etməsinlər, axı türk qaqaşlarınız demişkən, bunların "ezber bozan" xatirələri az deyil.
Birdə ki, fazil bəyə səmimi təklif edərdim verdiyi cavablarda diqqətli olsun! Axı qarşısındakı şəxs elə bir dənizdir ki ləpələnsə dalğaları çoxlu şeyləri yuyub-arıdlaya bilər!!!

Комментариев нет:

Отправить комментарий