11.07.2014

Ayətullah Əhməd Cənnəti: Xalq qüvvələri terrorçulara dağıdıcı zərbələr vurublar

"Bu əlaltı hökumətlərin başçıları Amerikanın himayəsinə görə Sionist rejimin təcavüzkar, vəhşi siyasətini tənqid etmək qabiliyyətinə malik deyillər" - Ayətullah Əhməd Cənnəti. 

Ayətullah Əhməd Cənnəti Tehranın bu həftəki cümə namazı xütbələrində Amerika, İngiltərə və Sionist rejimini məntəqənin nəhs üç bucağı adlandıraraq qeyd edib: "Belə bir şəraitdə beynəlxalq ictimaiyyət Fələstin və İraq xalqlarının kədərləndirici vəziyyətləri haqda sükut edibdir".
İraqda təkfiçi terrorçuların cinayətlərini pisləyən Tehranın cümə namazı xitabətçisi sonra qeyd edib: "Bu terrorçular islam ilə, qərbin himayəsi ilə və beynəlxalq ictimaiyyətin sükutu ilə İraq xalqını qətliam etməklə hegemonçu və imperialist dövlətləri mənafelərini təmin etmək ardıncadırlar".
Ayətullah Cənnəti həmçinin İraq şiələrinin ali təqlid mərcəyi Ayətullah Sistaninin təkfirçi terrorçular qarşısında İraqın müdafiə edilməsi üzrə xalqın ümumi formada səfərbər edilməsi haqdakı istəyinə işarə edərək qeyd edib:
"Xalq qüvvələri İraq ordusu və təhlükəsizlik qüvvələrinin kənarında terrorçulara dağıdıcı zərbələr vurublar".
Sionist rejimin Qəzzə zolağının günahsız fələstinlilərinə qarşı son cinayətlərini pisləyən Tehranın cümə namazı xitabətçisi sonra qeyd edib: "Fələstinlilər Sionist rejim və Amerikanın fitnəkar planları qarşısında möhkəm dayanıblar və müqavimətin davam etməsi ilə Fələstin ərazilərində düşmənlərin nəhs hədəflərinin reallaşmasına mane olacaqlar".
Bəzi məntəqə ölkələrini tənqid edən Ayətullah Cənnəti sonra qeyd edib: "Bu əlaltı hökumətlərin başçıları Amerikanın himayəsinə görə Sionist rejimin təcavüzkar, vəhşi siyasətini tənqid etmək qabiliyyətinə malik deyillər."/Tehran Radiosu/

nardaranpiri.com

Комментариев нет:

Отправить комментарий