25.07.2014

Azercell mətbuatı 50 manatlıq konturla susdurur

Məlum olduğu kimi, ölkənin mobil rabitə sektorunda əsl dərəbəylikdir. Düzdür, bu sektorda adı müxtəlif olan üç şirkət – Azercell, Bakcell və Narmobile fəaliyyət göstərir. Amma bu sözügedən sahədə rəqabət mühitinin yaranmasına gətirib çıxarmayıb. Çünkü, bu şirkətlərin əslində gizli şəkildə bir əl tərəfindən idarə olunduğu bəllidir. Xidmətin keyfiyyətsizliyi və bahalılığı baxımdan fəaliyyətindən daha çox narazılıq edilən isə Azercelldir.
Savash.org-un məlumatına görə, AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu da sonuncu statuslarından birində məhz bu mövzuya toxunub və “Azercell”i ucuz vasitələrlə jurnalistləri ələ almaqda suçlayıb:

“Azərbaycan mətbuatı, jurnalistləri özündə cəsarət tapıb Azərsell barədə tənqidi məqalələrə qucaq açmalıdır. Çox təəssüf ki, Azercell kontur, filanla bir çox jurnalisti və əksər media orqanın susdurub”.
Savash.org-un bu istiqamətdə apardığı kiçik araşdırmadan sonra isə bəlli olub ki, Azercell bir çox media quruluşları ilə ayda 50 manatlıq kontur paketi hesabına anlaşıb və bu səbəbdən də həmin media quruluşları Azercell-in bütün qanunsuzluqlarına göz yumur.

Комментариев нет:

Отправить комментарий