Roma İmperiyasının zənginləri tez-tez möhtəşəm Vezuviya dağının ətəklərində Pompey adlanan şəhərə istirahətə gəlirdilər. Şəhərin cəlb edən tərəfi insanların dünyəvi nemətlərdən ləzzət alması üçün hər cürə şəraitə malik olması idi: burada hər zövqə uyğun əyləncələr, o cümlədən, romalıların əxlaqına uyğun olaraq gözəl vaxt keçirmək üçün xüsusi yerlər, cürbəcür şərablar və gözəl ədvalı yeməklər. Lakin əyyaşlıq mövsümündə ən gözəl əyləncə yüngül əxlaqlı insanların olması idi.
Mən yazımda təsadüfən yüngül əxlaqlıları tək bir cinsə aid eləməmişəm. Çünki bu məsələdə, qadın, kişi, hətta uşaq bir-birinə qarışıbmış.
Pompeyin özündə belələrinin kifayət qədər olmasına baxmayaraq, bir çoxları istirahət etməyə gələndə özləri ilə əyləncəyə adamlar gətirirdilər. Əyyaşlıq, əxlaqsızlıq, zina və homoseksuallıq gecə-gündüz davam edirdi. Təsəvvür edin ki, bu bir qism insanlara deyil, hər kəsə aid tidi. Elə bil bütün şəhər bu bitib-tükənməz kefdə iştirak edirmmiş. Heç kəsin ağlına belə gəlməzdi ki, kimsə bu şənliyin qabağını ala bilər.
Bəli, Pompey, Romada əxlaqi degenerasiyanın simvolu idi. Bu xalq da eyni ilə Lut qövmü kimi cinsi azğınlıqlara yönəlmiş, Allahın əmr etdiyi əxlaqa və insanlığa zidd bir həyat tərzini seçmişdi. Ancaq onların sonu da Lut qövmü kimi oldu. Çünki Allahın əmrlərinə baş qaldıran hər birlik, bunun qarşılığını mütləq alacaq. Bu Allahın bir qanunudur və Allah "(Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən" (Fatır Surəsi, 43) ayəsiylə bu həqiqəti bizlərə çatdırıb.
B.e.ə 79-cu ildə gözəl avqust səhərində sübh tezdən insanlar aydın səmanın ortasından yerin dərinliklərinə qədər titrədən möhkəm partlayışın, ardınca isə dəhşətli gurultu səsinə ayıldılar. Dəhşətə gəlmiş və qorxmuş insanlar 2000 il idi ki, yatan Vezuvi dağının üstündə sadəcə bir anlıq kül, alov, dumanın yüksəldiyini gördülər. Sonra dağın ətəklərində qarşısına keçən hər şeyi məhv eləyən qan və ərinmiş dəmir rəngində odlu lava gəlməyə başladı. Partlayan Vezuvi həmin an üç şəhəri qaynar lavanın altında qoydu – Pompey, Herkulanum və Stabiya. İnsanlar axtarsalar da özlərinə sığınacaq tapa bilmirdilər. Bəziləri diri-diri yanarkən, digərləri yer tərəfindən udulur, başqaları isə tüstü və küldən boğulurdular.
İlk olaraq dağın düz ətəyində olan Herkalanum məhv oldu. Onun əhalisi heç qaçmağa belə imkan tapmayaraq lavanın və külün altında qalaraq məhv oldular. Lakin onların dəhşətli ölümü bədbəxtliyin onlara gəlməyəcəyini düşünərək şənlənməkdə davam edən Pompey xalqını içki və əyləncədən ayırmadı. Bədbəxtlər elə düşünürdü ki, onlar ölüm saçan dağdan lazımı qədər uzaqdadırlar, ona görə də sakit idilər. Elə bil həqiqi mənada onların bəsirəti bağlanmışdı. Pozğunluqdan, içki içməkdən özlərinə nəzarəti itirmiş insanlar elə düşünürdülər ki, lava möcüzəli şəkildə onlara çatmadan dayanacaq.
Qurani-Kərimdə belələri üçün buyurulub: «Biz… insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvanlar kimi, hətta onlardan da azğındırlar. Onlar həmin qafillərdir». (Əraf surəsi, ayə 179)».
Bəli bu qafillər heç öz xilasları üçün də bir şey eləməyərək əyyaşlıqda davam edirdilər. Nəticə özünü çox gözlətmədi: Vulkan bir neçə dəqiqə ərzində bu şəhəri də yer üzündən sildi, minlərlə insan həlak oldu.
Müqəddəs Qurani-Kərimdə buyurulub: «Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik».
«Pampeyin ölümü», yaxud «Pompeyin son günü» adı ilə məşhur olan tarixi hadisənin günümüzə məlum olan xülaləsi belə idi. Lakin buna baxmayaraq bu hadisə hələ də tarixçilər və arxeoloqlara sirli gəlir.
1748- ildən başlayaraq Pompey ərazisində qazıntı işləri aparılıb. 1941-1950-ci illərdə artıq Pompeyin bir çox hissəsini qazıb çıxartmışdılar, o cümlədən şəhərə giriş darvazası, evlər, məbədlər, hamam, amfiteatr, abidə qalıqları, üzərində şəkillər və mozaikalar olan divarlar və döşəmələr kül və daş yığının altından təmizlənmişdi.
Dağıntıların görünüşü hadisənin gözlənilməzliyindən xəbər verir: evlər, ictimai binalar, meyxanaları elə bil ki, sahibləri heç tərk eləməyib. Ən təəccüblüsü isə Pompey xalqının qalıqlarının görünüşüdür. 3 metr, bəzi yerlərdə isə 10 metr lavanın altında qalan cəsədləri bu günə kimi yaxşı vəziyyətdə çatıb. Onların çoxu elə bir vəziyyətdədir ki, elə bil heç onların üstündən zaman keçməyib.
Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil kiminsə əmri ilə donuq vəziyyətdə qalıb. Əxlaqsızlıq edən insanlar elə olduqları utancverici vəziyyətdə küllə örtülüblər. Özü də əxlaqsızlıq edənlərin çoxu ya eyni cinsə mənsub idi, ya da uşaq və yeniyetmələr idi. Maraqlıdır ki, onların üzündə ölümün dəhşətindən yaranan ifadə belə olduğu kimi qalıb.
Hazırda Pompey muzeyində şüşə vitrinlər arxasında qorunan təbii «abidələr» elə bil ki, insanlara uzun əsrlərdən boylanaraq müqəddəs Qurani-Kərimin dəfələrlə bəyan elədiyi həqiqəti bizə çatdırırlar: «Sənin Rəbbin çox bağışlayan və rəhmət sahibidir. Əgər onları (şirk və küfr əhlini) kəsb etdiklərinin müqabilində cəzalandırsaydı, onlara əzab verməkdə mütləq tələsərdi. (Lakin tələsmir,) əksinə, onlar üçün (Bədr müharibəsi və ya Qiyamət günü kimi) əsla nicat yolu və sığınacaq tapmayacaqları bir vəd vaxtı vardır. O cəmiyyətləri (Nuhun, Hudun, Salehin və Lutun qövmünü) zülm etdikləri zaman həlak etdik və (tələsmədik, əksinə) onların həlak olmaları üçün bir vaxt qoyduq» («Əshabi-Kəhf», 58-59).
Doğrudan da, diqqətlə araşdıranda belə məlum olur ki, bu tarixi hadisədə nəsə möcüzə gizlənib. Çünki həqiqətən sadə vulkan partlaması olsaydı, insanlar ən azı hərəkət edə bilərdi. Axı vulkan püskürməzdən əvvəl yeraltı təkanlar olur, müxtəlif səslər gəlir ki, insanlar bunu nəzərə ala bilərdilər. Ən azı oturduğu yerdən durardı ki, bunün üçün saniyədən də az vaxt lazımdır. Lakin mənzərə tamam başqa həqiqəti deyir: Belə hesab olunur ki, lava onlara səsdən sürətli gəlib çatıb. 10 metrlik külün altında qalması isə onu göstrir ki, yer saniyədən də az müddətə insanları udub. Bəs bu mümkündürmü? Əlbəttə, Yaradanın əlində hər şey mümkündür. Uca Xaliq onları elə olduqları vəziyyətdə günümüzə qədər çatdırıb ki, Pompey fəlakətindən dərs alaq. Lakin dərs alırıqmı? Bu gün ən böyük dövlətlərdə yaşanan sunami, nüvə fəlakəti, meşə yanğınları, zəlzələlər, dəniz və aviaqəzalar, kütləvi epidemiyalar, aclıq, dünyada yaşanan qarmaqarışıqlıq, hələ də bizi özümüzə gətirmir. Elə bil ki, Pompey xalqı kimi bəsirətimiz bağlanıb, lavanı görürük, ancaq möcüzəli şəkildə bizə çatanda dayanacağını düşünürük.
Yazımın sonunu Həzrət Əlinin bir kəlamı ilə bitirmək istəyirəm: «Bəsirət gözü kor olan zaman gözün baxmasının faydası yoxdur». Gəlin, Pompeyin, Səmud, Lut,Nuh qövmünün dərslərindən ibrət almırıqsa, heç olmasa, özümüzdə qüvvə tapıb gündəlik xəbərlərə baxaq və «papağımızı qarşımıza qoyub» hardan gəlib hara getdiyimizi diqqətlə düşünək.
Müəllif: Emilya
Комментариев нет:
Отправить комментарий