Qasımbala Səfərov
Deputat Fazil Qəzənfəroğlu haqqında mətbuatda tez-tez məqalələr yazılır. Mən özüm də bu cənab haqqında tənqidi məqalə yazmışam. Onun tez-tez yazarlar tərəfindən gündəmə gəlməsi, onun fikirləriylə bağlıdır.
Bostanına daş atmadığı adam qalmayıb bəlkə də Fazil Qəzənfəroğlunun. Ölüyə də ilişir, qəbirə də, diriyə də onun namazına da, orucuna da, Ramazanına da..
Xülasə.. Onun haqda məni bu yazını yazmağa vadar edən onun sosial şəbəkədə demək olar ki, çoxları tərəfindən paylaşılan bir rəsmidir. Bu rəsmdə bu cənab ABŞ-ın dərisi qara, üzü qara prezidentinin fitnələr qaynatdığı hökümət binası "Ağ ev"in önündə bir nəfərlə birlikdə Azərbaycan xalqının, dövlətinin simvolu olan üçrəngli bayrağımızı tutub, dünyaya təqdim edir, amma başaşağı. Yaşıl rəng üstə, göy rəng altda.
Qeyd edim ki, mən Fazil bəyin boynuna odun kimi yığdığı günahını alıb bilmədiyimi danışa bilmərəm. Bəlkə də çaşqınlıqdan olub. Hansı ki, özü də müsahibəsində tələskənlikdən belə olduğunu bildirib. Amma bu qərəzli çıxışlarıyla yaddan qalan insanın səmimiliyinə necə inanmaq olar? Amma hər halda çaşqınlıqdan olubsa da ki, gərək əlində tutduğu bayrağa fikir verəydi. Görünür şiənin əqidəsinə ilişməkdən vaxt tapa bilməyib və bayrağı tərsinə tutub.
Amma bilmək lazımdır ki, bir insan adicə küçəyə çıxıb camaat arasında gəzəndə, "adam arasına çıxır" deyə özünə "əl gəzdirir". Fazil bəyin istənilən çıxışına baxsanız, köynəyi təmiz, şalvarı ütülü, pəncəyi necə deyərlər şax. Hələ üstəlik ölkəmizdə az qalsın mədəniliyin, ziyalılığın, hətta insanlığın simvoluna çevrilən qalstuku da çox vaxt unutmur Fazil bəy. Bəs, üst-başına fikir verən bu insan deputatı olduğu xalqın, dövlətin bayrağına fikir verməzmi? Axı, bayraq tutmaq danışığa bənzəməz ki, necə gəldi danışdığın kimi, bayrağı da necə gəldi tutasan!!!
Təsəvvür edin ki, Amerika kimi bir yerdə, dövlət bayrağını əlində tutub şəkilini çəkdirəsən, ictimaiyyətə bu şəkili təqdim edəsən, özün də ziyalı, deputat olasan, amma bayrağını tərsinə tutasan.
Məni düşündürən bir məsələ var: Fazil bəy bu yaxınlarda açıqca dedi ki, gərək bizlər İŞİDi (İraq Şam "İslam dövlət"i qurmaq istəyən dəstəni) terrorçu kimi tanımayaq! Üstəlik, bilindiyi kimi Fazil bəyin təriqətinin hazırkı lideri də ABŞ-da ən azı bi nazir kimi uca villalarda yaşayır. İŞİD də bilindiyi kimi ABŞ (və İsrail) layihəsidir.
İŞİD sözünün özündə də "İslam dövləti" ibarəsi və bu dövləti qurmaq məqsədi var. Suriyadakı hökümət qüvvələriylə vuruşan vahhabilər də "İslam dövləti" deyib Suriya dövlət bayrağının üst rəngi olan qırmızı rəngi də, yaşıl rənglə əvəz etmişdilər. Fazil bəyi İŞİDdən fərqləndirən cəhət odur ki, İŞİD maddi terrorla məşğuldur, Fazil Qəzənfəroğlu isə mənəvi. Bütün bunlar üst-üstə düşdükdə nə vəziyyət yaranır özünüz düşünün.
Bu şəkil hansı ildə çəkilib bilmirəm, amma yeni şəkilə bənzəyir və bayraq haqda məsuliyyətsizliyə yol verilib. Bəlkə də, qeyd edilən kimi növbə Azərbaycana çatsa, Fazil Qəzənfəroğlu əleyhimizə silah qaldıran "İslam dövləti" xülyası və röyasıyla yaşayan "mücahidlər"in xəlifəsinə çevriləcək. Zarafat deyil, bunca müddətdə o bu yolda can qoyub İŞİDi müdafiyə edib. Axı, bütün dünyada İŞİDə nifrət bəsləndiyi halda, həmçinin ölkəmizdə İŞİDin terrorçu kimi tanındığı bir dövrdə İŞİDi müdafiyə etmək hər oğulun hünəri deyil! Fazil bəy isə bu cəsarəti özündə toplayıb bu mövqedən çıxış edib. Ən çox o haqq edir xəlifəliyi. Deməli, Azərbaycana ciddi bir xəbərdarlıq, haqqında düşünüləsi proqnoz verilib. ABŞ-ın növbəti layihəsi haqda qabaqcadan tədbir görmək lazımdır. Amma dövlətimizin müvafiq orqanları və mübariz xalqı heç zaman buna yol verməz.
Sonda qeyd edim ki, İranda da bayrağımızı tərsinə qoyduqları olub. Amma yerli mətbuat bu vəziyyətə anında reaksiya verib. Nəsə Fazil bəyə hələ ki sosial şəbəkə xaricində səs-küylü reaksiya verən görmədim!

Комментариев нет:
Отправить комментарий