11.07.2014

Ziba Xəlil - Sən Eyfel, mən Çin Səddi

Keçmişə toxunmaq

Hərdən əl uzadıb  keçmişə toxunmaq  istəyirəm.
O balaca qızcığaza.
Hələ düşməmiş  dəli  tufanlara.
Hələ adlammış sərt aşırımları.
Toxunsam kövrəldər məni.
Qorxuram...
Elədiklərimə peşman,
Eləmədiklərimə üzüləcəyimdən.
Yaşadıqlarım birər-birər keçər  xəyalımdan.
Qayğısız günlərim - duyğularımdan.
Əzablı  günlərim - ürəyimdən, damarlarımdan...

Hərdən əl uzadıb keçmişə toxunmaq  istəyirəm.
İtirdiyim əzizlərimə...

Uzaq düşdüyüm  dostlarıma, rəfiqələrimə.
Məni  qıran,  incidən birilərinə.
Göz  yaşlarıma...
Çox vaxt  bəsit , adi şeylərə tökdüyüm.
Həsrətlərimə...
Bilə-bilə gömdüyüm...
Məkutublara, açıqcalara,
Suvinerlərə, hədiyyələrə...
Ağlımın ən dərin qatında ilişib qalanlara.
Bəzən bir musiqi , bəzən bir qoxu, ətir  ilə
Yadıma  düşənlərə...

Hərdən əl uzdaıb keçmişə toxunmaq istəyirəm.
Gəncliyimin  divarına
Gəncliyimn baharına, payızına...
Dizdən yağan qarına, leysan yağışlarına.
Lənkəranda  Mayakdan “Kiçikbazar”a  doğru 
Yol boyu açan jasminlərə...
Akasiyalara, yasəmənlərə.
Moskvada, Orexova  meşəsində
Topladığım  göbələklərə
Saralmış ,”beşbarmaq” yarpaqlara.
Sevgi  titrəyişinə həssas ürəyimə
Hələ islanmamış , bakir duyğularıma.
Dünyanın çox gözəl,
Gələcəyin  xoşbəxt olacağına...
Hərdən əl uzadıb keçmişə toxunmaq istəyirəm.
Ömrün  hələ çox uzun, möhtəşəm,
Olacağı inamına...
Gülə-gülə...
Toxunmaq istəyirəm
Hərdən, hərdən.
Hələ, hələ...

Səni hər dildə sevirəm

Səni  ispanca sevirəm.
Flamenkodakı dəli ehtirasda.
Tanqodakı vəhşi yanğıda.
Səni  yunanca sevirəm!
Həzin..
İncə-incə...
Sırtakidə naxışlarda
Zərif  çiyin  atışlarda...
Səni  italyanca sevirəm!
Mosartın Fiqarosunda
Bizenin Karmenində
Verdinin Aidasında...
Səni türkcə sevirəm!
Cəngidə, Yallıda
Kövrəldən Vağzalıda...
Səni hər dildə sevirəm.
Hər musiqi notunda.
Yazdığım hər sətirdə.
Hər çoşqulu mahnıda
Hər  ən həzin ritmdə.
Sevginin dili varmı?!
Sevginin öz cığırı
Sevginin yolu varmı?
Səni hər dildə sevirəm!
Bilidiyim yeddi notda.
Gördüyüm yeddi rəngdə.
Göydə, yerdə sevirəm!
Sənlə əlaqəsi yox.
Səni  bütün dillərdə
Səni evdə, yollarda
Öz içimdə...
Sevirəm!

Lavanda qoxulu gecə

Lavanda qoxulu  şeirini oxudum Günelin.
Ən sevdiyim çiçəyin ətrini aldım şeirdən.
Bir zamanlar bihudə gəncliyimin təravəti
dəliliyi, həsrəti  hopmuş sətirlərə...
Lavanda ətirli yuxular gördüm o gecə.
Lavanda rəngli əlbisədə
Bahar özü qonaq gəlmişdi bizə.
Lavanda çöllüyündə.
Dərdsiz-qəmsiz yürüryürdüm 
çiçəklərin arasında...
Bir pəriydim qanadsız.
Küləklər saçlarımı dağıdırdı.
Lavanda qoxusuna qatıb.
Məndən bəxtəvəri yoxdu.
Məndən sevgilisi,
Məndən sevəni.
Bir çiçəyə çevrilmişdim.
Lavanda olmuşdum elə
Bir gecəlik.
Bir şüşəlik Lavanda ətiri kimi.
Mübhəm, sirli, əlçatmaz.
Sanırıdm əbədi, toxunulmaz alımdəyəm əbədilik...
Lavanda qoxulu yuxudan ayıldım səhər.
Durulmuş, tər-təmiz, balaca qız.
Beynimdə Günelin şeiri,
Üzərimdə Lavandanın itməmiş qoxusu
Və mən
Və mən...
Bu vəhşi, acımasız dünyada
Çiçək qədər zərif
Yalnız...

Sən mənim ən zəif yerimsən

Sən mənim zəif yerimsən.
Məni sənlə sökmık olar.
Məni sənlə dağıtmaq.
Sən məinm ən zəif yerimsən.
Mən yalnız səndən düşə bilərəm.
Yalnız səndən yıxıla.
Mən ancaq səndən əziilə bilərəm.
Kim nə desə incimərəm.
Kim nə etsə gəlməz vecə.
Sənin zərrə dönüklüyün.
Öldürər məni ayaq üstə.
Sən mənim ən zəif yerimsən.
Kövrək, həzin nəğmələrdə 
Göz yaşlarım....
Gecələr yuxularımsan..
Gündüzlər xəyallarım.
Adını eşidəndə-əsməcələrim...
Söhbətin keçəndə -həyəcanlarım...
Sən mənim ən zəif yerimsən.
Əzəmətin, vuqarınla.
Bəzən hədsiz qururunla...
Bəzən ən güvəndiyim.
Bəzən şübhələndiyim.
Nə ata, nə uda bilirəm.
Nə varlığımdan çıxara ,
Nə sənə qovuşa bilirəm.
Sən mənim ən zəif yerimsən.
Sən mənim ən zərif yerimsən.
Məni sənlə vurmaq olar.
Məni sənlə öldürmək.
Sənlə xoşbəxt etmək.
Ya çəhənnəmə göndərmək.
Yaşamaq səni
Öyrənmək.
Sınamaq...
Bir ömür boyu
Sən mənimçün kimsən deyə...
Sən mənim ən zəif yerimsən.
Gəncliyimdən bu günə gətirdiyim.
Ürəyimdə suvarıb,
Beynimdə bitirdiyim.
İçimdəsən min ildi.
Bir əsr.
Yüz sənədi...
Bəs bunun adı nədi?!
İnanmıram-
 sevgidi?!
İnanmıram sevgidi!
Sən mənim ən zəif yerimsən...

P.S. Yəqin məni anlarsan.
Sənə zəif demirəm
Sən hamıdan güclüsən.
Sən hərkəsdən qəhrəman.
Adil, zəki, igidsən.
Sadəcə ...Sən...
Sən-mənim zəif yerimsən...

Qıyma

Hərdən salam ver mənə.
Hərdən "Necəsən əzizim?", de!
Hərdən elə-belə yaz mənə.
Ağlından keçən cəfəng sözləri...
Hərdən bir musiqi dinlə mənim üçün.
Bir çay iç pürrəngi, mürəbbəli...
Bir film izlə, məhəbbətdən...
Yada saldığını hiss elətdir.
Bilmirəm.
Bilmirəmki...
Bir zərrərdən asılı məsudluğum.
Məni anmağından.
Məni sevdiyini bilməyimdən.
Yaşamağından,
Var olmağından...
Hardasa məndən uzaqda
Məni düşündüyünü bilməyimdən...
Hərdən nəsə elə ağlıma gəlməyən.
Ziyan verməyən...
İncəcik bir şey.
Ruhumu titrədən.
Nəfəsimi kəsən.
Səni, Səni yenidən sevdirən...
Doğum günümü qeyd et.
İçində, hamıdan gizlicə.
Zər-ziba diləyim yox.
Tortla çiçək bəsimdi.
Bilim ki ağlndayam.
Bilim ki yadındayam.
Məni uzaqda gəzmə.
Məni göydə arama
Mən ki sənin içində
Öz damaq dadındayam.
Ulduzlar  qədər uzaq
Nəfəs qədər yaxınam sənə.
İçində sula məni.
Qoyma quruyam.
Saralan yarpaqları qır.
Təzə pöhrələrə bax.
Böyüt məni içində.
Qıyma!
Qıyma çürüyəm...

Sənsiz... Sevgisiz...

Dayanıb üstündə xatirələrin.
O yerə bi çiçək əksəm deyirəm.
Bəlkə də ağlına gəlməz heç sənin.
O yerdə,  buz üstdə qışda dəyirəm.

Heç bişey boşuna deyilmiş demə.
Nə ömründən keçən, nə də keçməyən.
Sən çinar - başına əlim çatmayan.
Sən təşnə- mən bulaq...
Tapıb içməyən...

Şaxtaya dözməyən çiçəksən indi.
Saralıb dünənki o yol, o cığır.
Mənim gözlərimə bahar gəlibdi.
Sənin gözlərində nədən qar yağır?!

Necə min il keçdi, min də keçəcək.
Bu ömür beləcə bitəcək sənsiz.
Kimlər barışacaq, kimlər küsəcək.
Kimlər sevgi dolu,  kimlər sevgisiz...

Gəlirəmsə

Soruşma nəçiyəm, hardan gəlmişəm.
Sənin ürəyinə tuş gəlirəmsə.
Ruhumda həyəcan, içimdə sevgi.
Gözümdə bir bulud yaş gəlirəmsə.

Ağlına da gəlməz bəlkə çoxunun
Necə rolu böyük adi qoxunun.
Nə önəmi yaşın, boyun-buxunun.
Gözünə, könlünə xoş gəlirəmsə.

Sevmirəm çeynənmiş sevgi sözlərin.
İnan, bəsim edər qara gözlərin.
Bizə məğlub olan zalım qədərin
Vəsfinə nəğmələr qoş, gəlirəmsə.

Bəlkə də bu əsrin pik görüşüdü.
Meteorun  Yerlə ilk görüşüdü.
Bu oddan, alovdan Dünya üşüdü.
Belə sakit durma! 
Cooş, gəlirəmsə!!!

Sən Eyfel, mən Çin Səddi

Kim yazdı bu taleyi,
Kim qoydu ki,  bu həddi?!
Yasaq eşqlər  yaranar,
Yaşanmazmış  deyirlər...
Kağızlar, qaydalar, sənədlər 
Cəmiyyət!
Cəmiyyət- fərdlərə,
Təklərə  pis niyyət.
Göylərdən gələn göylərə gedər.
Hədərmi bu hisslər?!
Hədər...
Sən bir çiçəyi sevər kimi...
Mən uca bir palıdı.
Ətrafında olan doğmanı, yadı 
Sənə qısqanan
Yanan, yanan.
Bəzən yandıran
Hər bahar sənə yenidən aşiq olan.
Hər payız unudulan...
Sözlər, şeirlər, nəğmələr...
Yan etkiləri-
Əlavə təsirləri yəni.
Səni, səni...
Unutmaq, unutmaq
Ayrı tutmaq bu yanan qəlbdən
Hüzündən, kədərdən...
Nə etsək, necə sevsək
Ola bilmədik ki yar...
Saxla, düşən var!
Kim yazdı bu taleyi?
Kim qoydu ki bu həddi?!
Tanrı duysa utanar.
Sən Eyfel, 
Mən Çin Səddi...

Darıx, noolar

Mənimçün  darıx,  noolaar...
Hər gün bir azca darıx.
Demirəm qış olsun için.
Yazca, payızca darıx...

Çiçəkdəki gül şehində
Rüzgarın xəfif mehində.
Hər "ah"ında, hər "eh"ində
Damlaca, tozca darıx...

Bu ağrı içimdən keçdi.
Yeridim izimdən keçdi.
Keçən keçdi, bəsdi, bəsdi!
Dirən zor-gücə, darıx...

Ömür açmış gülə bənzər.
Həyat bu çiçəyi əzər.
Ürək dözməz, ağıl dözər.
Yaşlı dözməz, cavan dözər.
Ol ahıl qoca, darıx!

Toxunma mənə!

Toxunma mənə yanarsan!
İçimdə bir atəş yatar.
Əlllərinini çək əlimdən.
Alovum səni də sarar.
Çılğın, həssas, sadəyəmsə,
Canımda bir dünya boyda məhəbbət var.
Toxunma mənə uzaq dur!
Cəhənnəm də, cənnət də mən.
İki dünya ləzzətini  gəzdirirəm bədənimdə.
Həyacanın paltarı var üzərimdə.
Yaxın gəlmə alışarsan!
Bu od, alov yaxar səni.
Aysberqi əridəcək lavalarım  tapar səni.
Düşmə bu sevgi  oduna.
 Eşqsiz yaşa!
Ağac kimi,
Bitgi kimi həyatı sakit vur başa!

Sən gəlib çatanda

Sən gəlib çatanda günəş batmışdı.
Gözümdən yox olub itmişdi dəniz.
Aləmi səssiz bir hüzün basmışdı.
Elə bil harasa getmişdi dəniz.

Sən gəlib çatanda qollarım bağlı.
Qıra bilmədiyim zəncirlər ilə.
Nə sən o alpinist, nə mən İf dağı.
Qalxış yox, düşüş var ağıza, dilə.

Sən gəlib çatanda ömür keçmişdi.
Qayğı qayığında üzürdüm artıq.
Həyat boynuma yüz borcu biçmişdi.
Vəfa, vicdan, qurur, dostluq, analıq.

Sən gəlib çatanda saçda dən idin.
Tənha bir adaydım, susuz, dənizsiz.
Nə sən o sevdiyim, nə mən idim.
Bir ömür sevdalı, bir ömür sənsiz...

O dünyada gələcəyəm

Həyat məni ağlatsa da
Sənin üçün güləcəyəm.
Səni kol-kol, yarpaq-yarpaq
Çiçək-çiçək sevəcəyəm.

Nə üsyana  gücüm, qüvvəm.
Nə asilik tabım qaılb.
Əlimdən başqa nə gəlir.
Dözəcəyəm, dözəcəyəm.

Qəmi pünhan tutanlardan
Sevgilim, nəyimiz əksik?!
Adını min kərə yazıb.
Min bir kərə siləcəyəm.

Eşqin acı şərbət kimi
İçə-içə öləcəyəm.
Bu dünyada gələmmədim.
O dünyada gələcəyəm...

Heç nə demə!

Hər şey bambaşqa düşündüyümdən.
Hər şey fərqli arzuladığımdan.
Hər şey keçici, fani.
Sanki heç nə olmamış kimi.
Nə mən səni sevmiş,
Nə sən mənə yenidən vurulmuş.
Hər şey tamlığını  itirmiş,
Hər şey yarım.
Nə xəstə kimi xəstə,
Nə sağlam kimi sağlam.
Əsəblər  tarım...
Sonu bəlli olmayan yolda
Tutuşmuş köz,
Qara tukan üstdə
Yürüyür ayaqlarım...
Demə! 
Heç nə demə!
Toxunsan...
Toxunsan üsyan edər duyğularım...

Qarağat kolu

Bir Qarağat kolu insanı bu qədər kövrəldərmiş.
Bir Qarağat kolu adamın göz bulağını çağladarmış.
Bir Qarağat kolu şəkildən,
virtualdan belə,
Səni doğma vətəninə,
Məsum körpəliyinə qaytararmış...

Bi daha gedə bilməyəcəyini düşünüb.
Bi daha o kola, o evə, o ağaclara 
toxuna bilməyəcəyini anlayıb
Dəli olar insan.
Bir Qarağt kolu rəsmini,
bi Kosmeya çiçəkliyini görüncə.
Ömür yarı...
Arzular yarı...
Ən böyük istəyinə arzu deməyə dili gəlməz.
Gərçəkləşmənin mümkünsüzlüyünü düşünüb.
Necə? Nə cür? Harda?
Göyçə gölü,  o cənnət torpaqları
İlğım kimi 
Yuxularda...
Əl uzatsan gül üstündə jalə kimi buxarlanar.
Ömür macal versə
Tale üzə güllsə
Həyat, zaman hər şey dəyişsə
Dünyanın dəngəsi kimi
Hər şey bir şairin inancı kimi olsa
Rəhmə gələrsə fələk.
Orda...
O şirin bağda bi qarağat kolu qalıbsa
Ömür hədər yaşanmadı demək....

Комментариев нет:

Отправить комментарий