24.07.2014

Yəhudi din xadimindən şok fətva: Qəzzada uşaq, qadın və yaşlıları öldürün

Yəhudu din adamını faşistsayağı fətvası dünyanı şoka salıb.  

Qəzzada bütün anaların öldürülməsini istəyən irqçı vəkil Şekedə, yəhudu din adamı Dov Liordan dəstək gəlib. Tövratı qaynaq olaraq göstərən Lior Qəzzada yaşayan uşaq, qadın və yaşlılara fərq qoymadan öldürülməsinin vacibliyini bildirib.   
Dov Lior Tövratı qaynaq göstərərək deyib: "Tövrat müharibə vaxtı necə davranmağı, əxlaqi ölçüləri neçə qorumağımızı bizə göstərir. Bütün müharibələrdə yəhudilərə hücum edən düşmən xalqına ayrı-seçkilik qoymadan (qadın, uşaq) hücum etmək haqqına sahibik. Müharibə vaxtı hücuma məruz qalan yəhudilər düşmənlərə hər cür hücumla cavab verə bilər. Təkcə düşmən əsgərlərini öldürməməlidir, düşməni azdıran, yox edən bütün addımları atmalıdır".    

Keçən həftə də israilli deputat Şeked soyqırımı dəstəkləyərək demişdi: "Onlar bizim düşmənlərimizdir. Onların qanı bizim əlimizdə olmalıdır. Bu öldürülən terrorçuların anaları üçün də keçərlidir. Anaları oğullarının dalınca yollamaq daha ədalətli olar. Ölməlidilər və evləri uçurdulmalıdır ki, bir daha terrorçu böyüdə bilməsinlər".    
Qeyd edək ki, bir neçə gündür Qəzzaya girməyə cəhd edən İsrail quru qoşunları Həmasın müqaviməti qarşısında tab gətirməyib. Keçən həftə başlayan əməliyyatda İsrail 27 əsgərinin öldürüldüyünü açıqlayıb. Həmas isə bu rəqəmin 45 olduğunu bildirib. İsrailin get-gedə artan əsgər ölümləri ilə bağlı açıqlama verən İsrail xarici işlər naziri Aviqor Liberman Həmas lideri Xalid Məşalı günahlandıraraq "Sui-qəsd bu işin çıxış yoludur. O yüzlərlə israillinin ölümünün səbəbkarıdır" deyib. /avropa.info/

Комментариев нет:

Отправить комментарий