12.07.2014

Sünni şeyx Ərəb ölkələrini tənqid etdi

"Ərəblərin İsrail ilə döyüşməsini istəyirsinizsə, onlara İsrailin şiə olduğunu söyləyin!"

Livanın öndər sünni alimlərindən olan Şeyx Mahir Həmmud Cümə xütbəsi zamanı Ərəb ölkələrini İsrail rejiminin Qəzzaya hücumuna susmasını qınayıb və tənqid edib. 
Şeyx Mahir Həmmud xütbəsi zamanı çox maraqlı fikir səsləndirib. "Ərəblərin İsrail ilə döyüşməsini istəyirsinizsə, onlara İsrailin şiə olduğunu söyləyin!"- deyən şeyx, ancaq bu üsulla ərəb dünyasının dinlərini və əqidələrini müdafiə edəcəklərini vurğulayıb. "Əks təqdirdə ağaları ABŞ istəmədiyi təqdirdə İsrailin varlığı onları narahat etməyəcək" - deyə şeyx əlavə edib.
Şeyx Mahir Hammudun 11 iyul xütbəsinin bir hissəsini təqdim edirik:
"Qəzza yanmağa davam edir. Qəzza xalqı müqavimətin silahından başqa bir gücə malik deyil. Üstəlik həm düşmənləri, həm də dostları tərəfindən blokada vəziyyətindədir. 
Qəzza bu gün müqavimətçi xalqını "qüdrətisiz" olaraq göstərənləri bir-bir təəccübləndirir və düşmənlə hər nə bahasına olursa olsun, razılığa gəlinməyəcəyini gözlər önünə sərir. 
Müqavimətçilərin həm Livanda, həm də Fələstində zəfərlərinə şahid oluruq. Onların qazandıqları zəfərlər hiyləgərlərin və onların kuklalarının iddialarını puça çıxartmağa bəs edir. 
Qəzza qanı ilə, canı ilə hayqırır: "Biz gücsüz deyilik. Müqavimətçilərə lazım olan dəstək verildiyi müddətcə də əsla gücsüz olmayacağıq. Biz əlimizdəki bütün imkanları istifadə edərək, silah satın alıb onları Qəzzaya keçirməyi bacara bildiyimiz üçün əsla gücsüz olduğumuzu qəbul etmirik. Bizim sahib olduğumuz məhdud maddi imkanlarımız, bəzilərinin "super güclər"ə və fəsad uğruna xərclənən zənginliklərindən şübhəsiz daha xeyirlidir." 
Səhnə dəyişmiş ola bilər, amma görünən eynidir. Müqavimət xətti mövcudluğunu qorumağa davam edir. Tehrandan cürbəcür silah və mərmi göndərilir. Bu silahlar Livanın nəzarətində Suriya üzərindən Qəzzaya çatdırılır. Daha sonra isə sionist işğalçıları pərişan etmələri və bütün dünyaya səbrin, imanın, əzmin, iradənin, maddi məhdudiyyətlərə baxmayaraq əfsanə yazmaq üçün kifayət etdiyini göstərmək üçün Qəzzanın cəsur müqavimətçilərinə təslim edilir. 
Fələstindəki müqavimətçilərin Qərbin və fitnəkarların müxalif rəftarlarına verdikləri cavabları bizə Ali İmran surəsinin 172-ci ayəsini xatırladır: "Özləri döyüşdə yaralandıqdan sonra, yenə Allah və Rəsulunun çağırışına cavab verənlərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!" 
Bu məqamda ərəblərin Suriyada fitnə atəşini alovlandırmaq və müqavimət xəttini məhv etmək üçün külli miqdarda maliyyə xərcləmələrinə və səylərinə diqqət etməliyik. Daha sonra isə həmin ərəblərin Fələstin məsələsindəki mövqelərinə baxmaq lazımdır. Harada qaldı onların comərdliyi? 
Hər kəs yaxşı bilsin ki, sionistlərə qarşı aparılan mübarizənin nəticəsi yalnız və yalnız İsrailin yox olmasıdır. Elə bir vaxt gələcək ki, müqavimətçi mücahidlər heç bir zərər almadan bütün plan quranların və onların kuklalarının oyunlarını başlarına aşırdacaqlar. Allah Rəsulunun (s) bir hədisini xatırlatmaqda fayda görürəm: "Cihad nə bir ədalətlinin ədalətindən, nə də bir zalımın zülmündən zərər görmədən Qiyamət gününə qədər təsirli olacaq." Elə isə yol açıqdır. Beləcə ümmət oyanacaq və ümməti mühasirəyə alan məzhəbçilik fitnəsini yox edəcək." /
islamazeri.az/

abna.ir

Комментариев нет:

Отправить комментарий