10.07.2014

Ərəbistanlı alim: Bütün bəlaların və müsibətlərin mənbəyi olan vəhhabiliyi tanımağın vaxtı çatıb

Vəhhabiliyin ocağı olan Səudiyyə Ərəbistanında da xalqın və ziyalıların bu cərəyana qarşı nifrəti günü-gündən artmağa başlayıb.
İslam.az-ın “əl-Aləm” telekanalına istinadən verdiyi məlumata görə, bu dəfə səudiyyəli tədqiqatçı alim Həsən Fərhan əl-Maliki “Twitter” sosial şəbəkəsindəki səhifəsində vəhhabilik əleyhinə fikirlərini bölüşüb: “Bütün bəlaların və müsibətlərin mənbəyi olan vəhhabiliyi tanımağın vaxtı çatıb. Nə vaxta qədər həqiqəti ört-basdır edəcəyik? Yetər artıq. Cana gəlmişik. Bu cərəyanı kənara ataraq sülh və əminamanlıq içində yaşayaq. Bizim qəlblərimiz pak və saf idi. Sonra “vəhhabilik zəhəri” təhsil sistemi vasitəsilə bizim cəmiyyətə yeridildi və aramızda düşmənçilik toxumları səpilmiş oldu”.
Maliki sözlərinin davamında vəhhabiliyin ayağ basdığı hər yerdə fitnə və fəsad törədildiyini vurğulayaraq bildirib ki, “onlar bütün dövlətləri, hakimiyyətləri təkfir edir və Quranın “möhkəm və mütəşabih” ayələrini qarışdırıblar”.
Maliki sözlərinin sonunda vəhhabi rəhbərliyinə müraciətlə deyib: “Bizi sərbəst buraxın ki, həqiqi İslamı, Quranın təbliğ etdiyi İslamı, İslam əxlaqını, sülhü və insan haqlarını tanıyaq”.

Комментариев нет:

Отправить комментарий