Böyük Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryu BP şefi Robert Dadlini Azərbaycana görə saraya çağırıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The Daily Mail” saraydakı mənbələrə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, üç il əvvələ qədər Britaniyanın ticarət nümayəndəsi olan və Azərbaycanla öz ölkəsi arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün lobbiçilik edən şahzadə Endryu BP-nin icraçı direktoru ilə iyulun 8-də Bukinhem sarayında qapalı görüş keçirib.
Qeyd edək ki, BP neftlə zəngin Azərbaycanda ən iri investorlardan biridir. Şahzadə Endryu Azərbaycan prezidenti İlham Əliyevlə yaxın şəxsi dostluq münasibətlərinə malikdir.
Şahzadənin mətbuat katibi Endryunun Robert Dadli ilə Bukinhem sarayında ikilikdə görüşdüyünü təsdiqləyib, lakin görüşün detalları ilə bağlı heç bir məlumat verməyib.
“Biz özəl görüşlərin məzmunu barədə heç bir şərh verə bilmərik. Bununla belə məlumdur ki, hersoq Britaniya biznesinin xaricdə dəstəklənməsi maraqları naminə tez-tez rəhbərlərlə görüşlər keçirir” - deyə mətbuat katibi bildirib.
“Daily Mail” xatırladır ki, ötən il şahzadə Endryu Böyük Britaniyanın Azərbaycandakı səfiri Piter Beytmanı da saraya qapalı görüşə çağırmışdı.
Qeyd edək ki, şahzadə Endryunun BP şefi ilə qapalı görüşü Böyük Britaniyanın enerji naziri Maykl Fellonun Bakıya səfəri ərəfəsində baş verib. Maykl Fellon iyulun 9-da axşam Bakıya gəlib. Bu gün onun prezident İlham Əliyev və digər rəsmilərlə görüşləri gözlənilir.
Britaniyalı nazir “Cənub qaz dəhlizi”nə dair məsələləri müzakirə etmək üçün Bakıya səfər edib. BP “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsiumun rəhbəridir və bu yataqdan hasil olunacaq qazın Avropaya nəqli layihəsinə start verilib. Hasilat və nəql cəmi 40 milyard avrodan çox vəsait tələb edir. /irtualaz.org/

Комментариев нет:
Отправить комментарий