20.07.2014

ŞEYX SƏBƏR ƏLİ BADKUBEYİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx Səbər Əli Badkubeyi on üçüncü hicri əsrinin məhşur alimlərindən biri olub. O, Bakı şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Nəcəfi-Əşrəf şəhərində alaraq yüksək, elmi məqama çatıb. Alimin Nəcəfi-Əşrəfdəki, ustadlarından Şeyx Məhəmməd Lahici, Seyyid Hüseyn Kuhkəməri və başqalarının adını qeyd etmək olar.
O, mərhum Ayətullah Kuhkəmərinin zamanında öz vətəninə qayıdıb, dini hökmləri təbliğ etməyə, mədrəsə açıb dərs verməyə başlayır. Çoxlu savadlı tələbələr tərbiyə edir. Lakin çox çəkmir ki, on dördüncü əsrin əvvəllərində dünyasını dəyişir.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий